Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Səfirin dil yanlışı, yoxsa… – sənə nə düşüb, ay Kirsti?!

By Vüsal Rafiqoğlu
18.09.2025 4 Min Read

Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki, “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb

“Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və təbii ki, ATƏT də bunu məmnuniyyətlə yerinə yetirdi”.

Finlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025″ beynəlxalq konfransı çərçivəsində NEWS.am saytına müsahibəsində ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə toxunaraq deyib.

Diplomat Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyünə də diqqət çəkib: “Sülh iradə məsələsidir. Əgər iki xalq və dövlət arasında sülh və barışıq iradəsi varsa, bu, əlbəttə, mümkündür. Amma bu, uzunmüddətli proses ola bilər”.

Səfir həmçinin bildirib: “Dağlıq Qarabağın məcburi köçkünlərinə, “artsax” xalqına gəlincə, bizim edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaqda və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqda ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil”.

Yəni əslində diplomat onların geri dönüşünün faktiki mümkünsüz olduğunu etiraf edir. Çünki Azərbaycan Prezidentinin az öncə Qarabağda dediyi kimi, “separatçıların kitabı həmişəlik bağlanıb”. Bununla belə, o, hələ də bilmir ki, “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb. Üstəlik, onlar məcburi köçkün deyil. Ümumiyyətlə, münaqişənin tarixindən bixəbər olan diplomat bəlkə heç xəritədə Qarabağın yerini də bilmir.

Bundan başqa, Ermənistan Qarabağdan gedənlərə vətəndaşlıq verib. Bir çoxu da qondarma “artsax pasportu” heç yerdə işləmədiyi üçün Qarabağda yaşadıqları illərdə də Ermənistan pasportu ilə yaşayıblar. Yəni qanunsuz şəkildə ərazilərimizdə məskunlaşıblar. Ona görə də məcburi köçkün statusu ala bilməzlər.

Görünən budur ki, erməni təbliğatı kifayət qədər təsir edib ki, fin səfir belə “artsax xalqı” deyir, əgər erməni mediası onun sözlərini təhrif etməyibsə.

Burada bizim də boşluq buraxdığımız olubmu, yoxsa bu, tipik xristina təəssübkeşliyidir?

Azər Həsrət: "Niyə şikayət edirsiniz? Səhər evdən çıxdım, nə tıxac gördüm,  nə də su basmış yer... Pravda.az

Azər Həsrət

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a danışıb. Siyasi şərhçinin fikrincə burada, xristian təəssübkeşliyi və yaxud qərəz yoxdur: “Əslində burada dəhşətli və təhlükəli heç nə yoxdur. Finlandiya səfiri açıq şəkildə erməni mediası və Ermənistan cəmiyyətinə, bütün dünya ermənilərinə mesaj ötürüb ki, bu məsələ qapanıb, onun qurdalanmağının yeri yoxdur. İndi “artsax xalqı” ifadəsi işlədib ya işlətməyib – ola bilər ki, işlətsin, bu mümkündür. Çünki Ermənistanda jurnalistlər bir qayda olaraq xarici diplomatlara sual verəndə “Qarabağ” əvəzinə “artsax” sözünü işlədirlər. Oradakı diplomatlar da, təbii ki, mövzudan xəbərdardırlar, nə olub-olmadığını bilirlər. Hələ nəzərə almaq lazımdır ki, səfir Ermənistandadırsa, öz ölkəsini Ermənistanda təmsil edirsə, təbiidir ki, həmin ölkənin bütün siyasi, iqtisadi, ictimai həyatı ilə tanışdır. Yəni Qarabağ məsələsindən də Finlandiya səfirinin xəbərdar olmadığını deyə bilmərik. Təbii ki, bilir ki, Dağlıq Qarabağ adlı bir ərazi vahidi artıq yoxdur, “artsax” qondarma addır. Bütün bunlara baxmayaraq, jurnalistin yönləndirməsi ilə bəzən olur ki, diplomatlar yumşaq görünmək üçün olduqları ölkədə belə ifadələr işlədirlər. Yəni Finlandiyanın xristian təşəbbüskarlığı, qərəzliliyi burada demək olar ki, yoxdur”.

“Azərbaycan nə edə bilər və nə etməlidir?” sualına Azər Həsrət bu cür cavab verib: “Düşünürəm ki, əgər Finlandiyanın oradakı səfirindən müsahibə alınıbsa, balansı təmin etmək üçün biz də Azərbaycandakı səfirindən müsahibə ala bilərik. Bizim jurnalistlər ona Qarabağla bağlı suallar ünvanlaya bilərlər, onun da mövqeyini alıb yayımlaya bilərik. Beləliklə də qlobal informasiya müstəvisində balans yarada bilərik. Əminəm ki, Finlandiyanın Azərbaycandakı səfiri, təbii ki, İrəvandakı həmkarından fərqli olaraq, “artsax” ifadəsini işlətməyəcək, ermənilərin geri qayıtması məsələsini dilə gətirməyəcək. Yəni məsələnin qapandığını deyəcək. Onda biz həm İrəvanda, həm də Bakıda fəaliyyət göstərən Finlandiya səfirlərinin açıqlamalarını üst-üstə qoyub dünyaya təqdim edə bilərik. Orada hər ikisi əminəm ki, deyəcək: bu məsələ qapanıb, qaçqın məsələsi yoxdur, artıq Ermənistanda normal vətəndaş münasibətlərinin formalaşmasına, üstəlik, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək istəyirik. Beləliklə, biz məsələni qapada bilərik.

Yaxud biz bəzən səhv etdiyimiz kimi edə bilərik – adamın üstünə hücuma keçə, topa tuta bilərik. Bu da Finlandiyada əks-effekt yarada bilər və biz faktiki olaraq öz tərəfimizə çəkə biləcəyimiz ölkəni, onun diplomatlarını özümüzə qarşı çevirmiş olarıq. Ermənilər bunu məqsədli şəkildə edirlər. Onlar elə danışdırırlar, elə yönləndirirlər ki, məqsədlərinə nail olsunlar. Nəticədə biz əsəbləşib hücuma keçəndən sonra artıq bizə bitərəf olanlar bizə qarşı çevrilməyə başlayırlar. Bu, diplomatiyadır.

Düşünürəm ki, ona veriləcək ən yaxşı cavab odur ki, biz də Azərbaycan tərəfindən Azərbaycandakı Finlandiya səfirini tapıb ondan məsələyə münasibət öyrənək. Məsələn, ATƏT-in Minsk Qrupu buraxılıb, bu məsələ bitib – buna münasibəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasına necə töhfə verəcəyini, ümumiyyətlə, bu prosesi necə qiymətləndirdiyini soruşa bilərik. Yəni bu barədə suallar verib cavab almaq olar – xarici dillərdə də, məsələn, rus, ingilis, hətta fincə. Məncə, bu yanaşma bizim xeyrimizə olacaq”.

Siyasi şərhçi vurğulayıb ki, Finlandiya bu münaqişədə tərəf deyil: “Olan da deyillər. ATƏT-in Minsk Qrupunun üzvü idilər, həmsədr olmasalar da üzv dövlətlərdən biri idilər. Yəni passiv şəkildə də olsa bu prosesdə iştirak ediblər. Ona görə də Finlandiya əksər hallarda öz neytrallığını qoruyub. Məsələn, Fransa və Rusiya kimi birtərəfli olmayıb. Əksinə, çalışıb ki, xalqlar arasında anlaşma olsun. O baxımdan məsələnin üzərinə bir qədər yumşaq diplomatik gediş etmək lazımdır ki, biz özümüzə yeni dostlar qazanaq, kimisə özümüzə qarşı çevirməyək. Zatən ermənilərin məqsədi odur ki, kimisə qıcıqlandırıb Azərbaycana qarşı çevirsinlər və biz də bunu körükləyək, nəticədə ermənilər də istəklərinə nail olsunlar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bazar tənzimlənməsi, yoxsa bazar təmizləməsi? – Ziyanla işləyənlərin deposu

Next

Hökumət Bakının xilası üçün çırmandı – tıxaclara son?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv