Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şuşada iki tarixi görüş – Əliyevdən bədxahlara əzici mesaj

By Vüsal Rafiqoğlu
18.09.2025 3 Min Read

Prezidentin türk generalı və BƏƏ liderini Qarabağda qarşılaması bölgəni həm də siyasi mərkəzə çevirməkdədir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı qəbul edib. Bundan bir gün qabaq Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selcuk Bayraqdaroğlunu qəbul etmişdi. 

Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını bildirib. Söhbət zamanı iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunulub. Həmçinin görüşün 15 sentyabr – Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulanıb, Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, Şuşa mədəni paytaxtla yanaşı, həm də siyasi mərkəzə çevrilməkdədir. Bu mənada ali qonaqların məhz Qarabağın “ürəyi” Şuşada qəbul edilməsi, şübhəsiz, məlum çevrələrə, o sırada hələ də revanşizm havasında olan radikal erməni dairələrinə və onların havadarlarına ağıllarını başlarına yığmaq üçün növbəti ciddi mesajdır. Özü də Qarabağda antiterror əməliyyatının ikinci ildöünümünə sayılı günlər qalmış…

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, torpaqlarımız işğaldan azad edildikdən indiyə qədər Prezident İlham Əliyevin həmin ərazilərimizə, o cümlədən Şuşaya səfərlərinin, orada keçirdiyi qəbulların çox böyük siyasi əhəmiyyəti var: “Birincisi, ən mühüm məqam cənab Prezidentin işğaldan azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə aparılan quruculuq işlərinə birbaşa nəzarət etməsidir. Bu, çox vacib nüansdır. Şəhərlərimizin, kəndlərimizin qurulmasına cənab Prezident birbaşa özü nəzarət edir. Digər bir xüsusi əhəmiyyətli məqam Prezident İlham Əliyevin Şuşada dövlət rəhbərlərini, yüksək ranqlı xarici qonaqları qəbul etməsidir. Bununla dövlət başçımız Şuşaya, belə demək mümkündürsə, həm də yeni bir mühüm status qazandırmış olur. Bu, çox önəmli məsələdir. Bununla həm də dünyaya, bir sıra maraqlı instansiyalara mesaj da göndərilir ki, Şuşa Azərbaycan ərazisi olaraq bizim üçün necə böyük əhəmiyyət daşıyan şəhərdir”.

Deputat vurğuladı ki, dövlət başçıları Şuşada qəbul edilməklə Şuşaya ölkəmizin paytaxtı qədər xüsusi önəm verildiyi bir daha nümayiş etdirilir: “Bu gün Qarabağ yenidən qurulur, dirçəlir, orada qonaqlar qarşılanır, beynəlxalq səviyyəli böyük tədbirlər keçirilir. Azərbaycanın möhtəşəm qələbəsinin beynəlxalq səviyyədə qəbul etdirilməsi işi 44 günlük müharibədən sonra qarşımızda duran ən vacib məsələlərdən idi. Cənab Prezidentimizin çox böyük məharətlə, ustalıqla apardığı siyasət ölkəmizi bu məsələdə də qarşısına qoyduğu hədəfə çatdırdı. Bu uğurlu siyasət hazırda davam etdirilir. Şuşanın bir mərkəz kimi tanıdılması da bu siyasətin əsas elementlərindən biridir. Dünya Şuşanın Azərbaycanın qədim və müasirliyin vəhdət təşkil etdiyi şəhəri olduğunu tanıyır, qəbul edir. Bu, cənab Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Ermənilərə də mesaj verilir ki, utopik iddialarına son qoysunlar”.

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb” |  Modern.az

Aydın Quliyev 

Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, qısa fasilələrlə Azərbaycan Prezidentinin keçirdiyi son görüşlər ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərinin bir-biri ilə əlaqələndirildiyini və vahid hədəflərə yönəldildiyini bir daha sübut edir: “Həm Türkiyənin ali hərbi rəhbərliyinin, həm Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Şuşada, Qarabağın digər yerlərində qəbul olunması Azərbaycanın çoxvektorlu, balanslı və müstəqil siyasət apardığının ifadəsidir. Eyni zamanda onu göstərir ki, Azərbaycan üçün hər hansı bir ölkəyə münasibətdə qapalı istiqamət yoxdur. Yetər ki, həmin ölkə, onun təmsil olunduğu regionun  dövlətləri sülhə, təhlükəsizliyə xidmət eləsinlər. O ölkə ki beynəlxalq hüquq normalarına uyğun hərəkət edir, Azərbaycanın haqlı maraqlarına hörmətlə yanaşır, həmin ölkələrlə onun hansı siyasi blokda olub-olmamağından asılı olmayaraq ikitərəfli əlaqələrimiz daim inkişaf etdirilir. Azərbaycan Prezidentinin artıq elan olunmuş və güclü mövqe kimi qəbul olunan belə bir prinsipi də mütləq şəkildə ifadə etmək lazımdır: indiki dəyişən dünyada yeni dünya düzəninin formalaşdığı, gələcəyin necə olacağını heç kimin dəqiq bilmədiyi bir şəraitdə beynəlxalq münasibətlərin və dövlətlərin təhlükəsizliyinin ən mühüm amili birinci növbədə yaxın qonşularla, sonra isə kənardakı dövlətlərlə ikitərəfli münasibətləri daim normal saxlamaqdır. Beləliklə, əslində Azərbaycan yeni dünya düzənində ikitərəfli münasibətlər diplomatiyasının ən etibarlı müdafiə silahı olduğunu nümayiş elətdirir. Şuşada, Qarabağ iqtisadi zonasında qəbulların reallaşdırılması bu baxımdan da mühüm hadisədir. Bu, həm də Azərbaycanın kimsədən asılı olmayan siyasət apardığının ifadəsidir. Bu siyasətin hədəfi Azərbaycanın dayanıqlı və təhlükəsiz inkişafını təmin etməkdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diqqət! Yeni pensiya sistemi gəlir – əhalinin gözləntisi

Next

“Sülh müqaviləsi 2026-ya qalmayacaq…” – sensasion gəlişmə

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv