Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

By Vüsal Rafiqoğlu
19.09.2025 4 Min Read

Ekspertlər deyir ki, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq

Məktəblərdə istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında rəqəmsal dərsliklər hazırlanacaq. Musavat.com xəbər verir ki, bu barədə mediaya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, rəqəmsal dərsliklərin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi də müəyyənləşib. Belə ki, nazirliyin sifarişi ilə rəqəmsal dərslikləri “İnnovative Business Products” şirkəti hazırlayacaq.

Nazirliklə şirkət arasında bununla bağlı 200 min manat dəyərində müqavilə bağlanılıb.

Bundan əlavə, nazirlik bir müddət əvvəl Təhsil Resursları Mərkəzi ilə ümumilikdə maliyyə dəyəri 1 milyon 817 min manat olan iki yeni müqavilə bağlayıb. Müqavilələrdə dərslik və metodik vəsaitlərin hazırlanması, eləcə də Azərbaycan dilində olan orijinal dərslik və metodik vəsaitlərin digər tədris dillərinə tərcüməsi və törəmə nəşrlərinin hazırlanması nəzərdə tutulur.

Əlaqə

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, rəqəmsal dərsliklərin hazırlanması istiqamətində indiyə qədər müəyyən işlər görülüb və hazırda bir çox dərsliklərin elektron versiyasından istifadə mümkündür: “Hazırda elektron dərsliklər mövcuddur və bu sahədə müvafiq platformalar fəaliyyət göstərir. Vətəndaşlar bəzən çap olunmuş dərslikləri əldə edə bilmədikdə, həmin dərsliklərin elektron variantlarını PDF formatında yükləyə bilirlər. Hazırda sərf rəqəmsal dərsliklərin istifadəsi məsələsi Nazirlikdə də müzakirə olunur və yaxın gələcəkdə müvafiq şirkət tərəfindən hazırlanacaq. Bu prosesdə dərsliklərin dili, verilən məlumatların dəqiqliyi, yığcam olması nəzərdə tutulur. Düşünürük ki, rəqəmsal dərsliklər geniş tətbiq olunmağa başladıqdan sonra kağız dərsliklərdən istifadənin miqyası xeyli azalacaq. Şagirdlər yalnız ağır çantalar yox, planşet aparmaqla ümumi bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Alınarsa, ən gec 5-10 il müddəti üçün nəzərdə tutulur. Çünki paytaxtda “elektron məktəb” layihəsi fəaliyyətə başlayıb. Əgər bu layihə özünü doğruldarsa, onun bütün ölkə üzrə təhsil müəssisələrini əhatə edəcək. Bu da yanaşma jurnallarının üzərində qiymətləndirmə aparılması və kağız jurnallardan istifadənin qarşısını almaq baxımından mühüm addım hesab olunur. Əgər dərsliklərdə də bu yenilik təsdiqini taparsa, gələcəkdə artıq məktəbli çantalarının ağırlığı ilə bağlı məsələ də gündəmdən çıxacaq”.

Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov | Modern.az

Təhsil mütəxəssisi Kamran Əsədov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Təhlil göstərir ki, Azərbaycan təhsilində son illər həyata keçirilən islahatların əsas istiqamətlərindən biri dərslik siyasətinin təkmilləşdirilməsi və onların həm məzmun, həm də texniki baxımdan şagirdlər üçün daha əlçatan edilməsidir. Elm və Təhsil Nazirliyinin yeni qərarı ilə kağız dərsliklərin təkmilləşdirilmiş versiyaları əsasında rəqəmsal dərsliklərin hazırlanması bu prosesin davamıdır və ölkənin təhsil sistemində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Nazirliklə “Innovative Business Products” şirkəti arasında 200 min manatlıq müqavilə bağlanması göstərir ki, artıq bu işlər üçün maliyyə dəstəyi ayrılıb və texniki icra mərhələsi başlayıb. Bundan əlavə, Təhsil Resursları Mərkəzi ilə imzalanmış 1 milyon 817 min manatlıq müqavilələr dərsliklərin digər dillərə tərcüməsi, törəmə nəşrlərin hazırlanması və metodik vəsaitlərin yenilənməsi istiqamətində genişmiqyaslı fəaliyyətin aparıldığını təsdiq edir.

Statistika da göstərir ki, Azərbaycanda hər il 1,5 milyona yaxın məktəbli təhsil alır və onların hər birinin çantasında orta hesabla 5–7 dərslik olur. Nazirliyin 2022-ci ildə apardığı monitorinqlərə görə, ibtidai sinif şagirdlərinin çantalarının çəkisi bəzən normativ həddi – yəni uşağın bədən çəkisinin 10-15%-ni aşır. Bu isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi “Uşaqların sağlamlığının qorunması haqqında” normativ sənədlərdə qadağan edilən haldır. Deməli, rəqəmsal dərsliklərin tətbiqi uşaqların sağlamlığı baxımından da zəruridir.

Müsbət tərəflərdən biri odur ki, rəqəmsal dərsliklər məktəblilərin ağır çanta probleminin həllinə kömək edəcək, eyni zamanda dərsliklərə fasiləsiz çıxış imkanı yaradacaq. Elektron resursların davamlı yenilənməsi nəticəsində müəllimlər və şagirdlər ən müasir biliklərdən faydalana biləcək. Məsələn, Finlandiyada rəqəmsal dərsliklər artıq 10 ildən çoxdur ki, geniş tətbiq olunur və bu model nəticəsində şagirdlərin oxu motivasiyası artıb, əlavə resurslara çıxış imkanı daha da genişlənib. Estoniyada isə rəqəmsal dərsliklər bütün məktəblərdə tətbiq olunub və bu ölkə “PISA” qiymətləndirmələrində Avropada ən yüksək nəticələrdən birini göstərir. Azərbaycanın bu yola çıxması müsbət və düzgün addımdır”.

Məsələnin mənfi tərəfindən söz açan mütəxəssis deyib ki, bunun üçün hələ bütün məktəblərdə texniki baza tam hazır deyil:”Statistikaya görə, kənd yerlərində fəaliyyət göstərən məktəblərin 30%-dən çoxunda internet sürəti çox zəifdir və kompüter təminatı yetərli deyil. Bundan başqa, bəzi valideynlər övladlarının dərsləri yalnız planşet və ya telefon üzərindən izləməsini riskli hesab edir. Bu baxımdan, rəqəmsal dərsliklərin tətbiqi yalnız mərhələli şəkildə aparıldıqda real nəticə verəcək.

Qanunvericiliyə istinad etdikdə, “Təhsil haqqında” Qanunun 14-cü maddəsində tədris resurslarının müasir tələblərə cavab verməsi və elektron təhsil vasitələrinin tətbiqinin zəruriliyi vurğulanır. Həmçinin Nazirlər Kabinetinin 2009-cu ildə təsdiq etdiyi “Ümumi təhsil pilləsi üzrə dövlət standartları”nda da göstərilir ki, tədris vəsaitləri müasir texnologiyalardan istifadə etməklə hazırlanmalıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin addımı mövcud qanunvericiliyə tam uyğundur və dövlətin təhsil siyasətinin düzgün istiqamətdə getdiyini təsdiq edir.

Nə dəyişəcək sualına cavab olaraq qeyd etmək olar ki, rəqəmsal dərsliklərin tətbiqi ilə dərslik siyasəti daha çevik olacaq, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq. Eyni zamanda, ölkənin təhsil bazarında yeni innovativ şirkətlərin fəaliyyəti genişlənəcək. Nə dəyişməlidir məsələsinə gəlincə, məktəblərdə texniki baza gücləndirilməli, bütün şagirdlər üçün kompüter və ya planşet təminatı həyata keçirilməli, internet infrastrukturunda ciddi addımlar atılmalıdır”.

Kamran Əsədov hesab edir ki, bu, Elm və Təhsil Nazirliyinin müsbət işidir və təqdir olunmalıdır: “Nazirlik təhsilin modernləşdirilməsi istiqamətində həm pedaqoji, həm də texniki yenilikləri ölkəyə gətirir, qlobal təcrübəni nəzərə alır. Təhsil siyasətində rəqəmsallaşma və yeni nəsil dərsliklərin tətbiqi Azərbaycanın gələcəkdə daha güclü intellektual nəsil formalaşdırmasına xidmət edəcək. Elm və Təhsil Nazirliyini bu sahədə ardıcıl siyasətinə görə tərifləmək tam əsaslıdır, çünki bu addımlar sadəcə bir layihə deyil, dövlətin uzunmüddətli təhsil strategiyasının ayrılmaz hissəsidir”.

Afaq Mirayiq,

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pirşağı-Xırdalan yolu bu tarixdə yekunlaşacaq

Next

308 saylı məktəbin direktoru pul yığdığına görə işdən QOVULDU- RƏSMİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv