Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Faciəvi təsadüf”ün xatırlanması – məkrli niyyət göz önündədir

By Vüsal Rafiqoğlu
21.09.2025 3 Min Read

Vətəndaşlarımız yaxşı xatırlayar, 2023-cü il 20 sentyabrında Qarabağın Canyataq kəndi yaxınlığında bir faciəvi hadisə baş vermişdi: necə olmuşdusa, rus sülhməramlıları atışma zamanı həlak olmuşdular.

Həmin vaxt Azərbaycan hərbçiləri Xankəndi ətrafında cəmləşmiş Ermənistan hərbçilərinə qarşı lokal xüsusi əməliyyat keçirirdilər. Əməliyyatın keçiriləcəyi öncədən bəlliydi, rus komandanlığının da, şübhəsiz ki, bundan xəbəri vardı.

Ancaq heç kəsin gözləmədiyi halda rus hərbçilər atəş nöqtəsində peyda olmuşdular və bu, faciəvi sonluqla bitmişdi.

Bu, Azərbaycana, onun cari və strateji planlarına uyğun olmayan fors-major hal idi. Elə ona görə də Moskva, Kreml, Putin Azərbaycan hakimiyyətinin izahatını anlayışla qarşıladı.

İndi erməni tərəfi həmin rus sülhməramlılarının faciəvi döyüşdən sonrakı şəkillərini yayıblar. Ermənistan nəşri “İravunk” şəkilləri hadisə barədə əlavə və qərəzli məlumatla birlikdə dərc edib.

Xankəndinin azad edilməsinin, Qarabağdakı separatizmə son qoyulmasının, mahalın silahlı quldurlardan təmizlənməsinin ikinci ildönümündə belə şəkillərin dərc edilməsi təbii görünə bilər. Nə də olmasa, həmin hadisələrin ildönümüdür.

Ancaq ermənilər nəyə görə öz “dərd”lərini kənara qoyur, rus sülhməramlıları ilə bağlı bu xoşagəlməz hadisəni qabardırlar?

Bəs o şəkilləri kim çəkib? Bunu böyük ehtimalla hadisə yerinə gələn rus sülhməramlılarının özləri lentə alıb. Belə çıxır ki, onlar bu fotoları nə zamansa ermənilərə ötürüb. İndi onlar bu şəkilləri dərc edəndən sonra, rus təbliğatçılar ermənilərə istinadla təkrar nəşr edirlər.

Bu keçmişə ekskurs nədən ötən il olmamışdı? (Olmuşdusa da, bu qədər ictimailəşməmişdi). Bu il isə həmin şəkillər Rusiyanın, Ermənistanın və Azərbaycanın informasiya kanallarının, sosial şəbəkə fəallarının müzakirə predmetinə çevrilib.

Bunun əsas səbəbi o idi ki, ötən il Azərbaycanla Rusiyanın münasibətləri normal idi. Bu iki dövləti idarə edənlər arasında yüngülvarı umu-küsülər, fikir ayrılıqları olsa da, bu ictimailəşdirilmirdi, xalqa duyurulmurdu.

Ötən ilin son günlərində Qroznı üzərində rus hərbçilər tərəfindən vurulan sərnişin təyyarəmiz Xəzərin o üzündə, Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğradıqdan sonra ikitərəfli münasibətlərdə gərginlik yarandı və bu ilin iyun ayında Yekaterinburq hadisələri ilə öz pik nöqtəsinə çatdı.

Bu barədə çox yazılıb, danışılıb, təfərrüata varmayaq.

Hazırda Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçilərinin arasında qalaraq həlak olan rus sülhməramlıları üzərində aparılan təbliğatın məqsədi gərginliyi daha da artırmaq, ortalığı qarışdırmaqdır.

Ermənilərin niyyəti bəllidir, onlar bu şəkillərdən rusları qızışdırmaq və onlara “görürsünüz, o vaxt bizi müdafiə etmədiniz, azərbaycanlılar sizə asi çıxdı” deyə tənə etməkdir.

Bu xüsusda canfəşanlıq edən rus təbliğatçılar isə zaman keçdikcə sönükməyə doğru gedən ocağın üstünə bir kanistr benzin çiləmək, üstəlik, Azərbaycan tərəfinə “o vaxt biz sizin etdiyinizin üstündən keçdik, amma siz təyyarə söhbətindən əl çəkmirsiniz” deyə minnət qoymaqdır.

Erməni saytı hadisəyə daha faciəvi çalar vermək, rusların hisslərinə toxunmaq üçün rus sülhməramlıların pusquya salındığını, yaxın məsafədən güllələndiklərini yazır.
Əslində həmin gün belə bir pusqu olubsa da, bu, yenidən toparlanmaq və silahlı müqaviməti davam etdirmək istəyən Ermənistan hərbçiləri üçün olub. Azərbaycan hərbçilərinin rus kontingenti ilə heç bir problemi yox idi, zatən, planlaşdırılmış əməliyyat öncədən razılaşdırılmışdı.

Həmin vaxt Azərbaycanın Baş Prokurorluğunun verdiyi açıqlamada bu hadisə “ərazi relyefinin mürəkkəbliyi və dumanlı-yağışlı hava şəraiti” ilə izah olunmuş, insident “faciəvi təsadüf” adlandırılmışdı.

Başqa nə ola bilərdi ki? Məntiqli açıqlamaydı və həqiqətə tam uyğun idi. İndi ermənilər bu açıqlamanın gerçəyi əks etdirməsini şübhə altına alır və Azərbaycanın hadisədə səhlənkarlığa yol vermiş hərbçiləri cəzalandırmadığı iddia olunur.

Əslində isə həmin hadisədə rolu olan hərbçilərimiz cəzalandırılıb və bu barədə ictimaiyyətə məlumat verilib. Ancaq heç bir dövlət gərgin döyüş zonasında, yağışlı-dumanlı havada baş verən adi müharibə epizoduna görə öz döyüşçülərini “hərbi cani” elan etməz. Adı üstündədir: “müharibə epizodu”.

Əgər həlak olanlar mülki avtomobillə irəliləyən dinc insanlar olsaydı, onda məsələnin məğzi dəyişərdi. Döyüş əsnasında düşmən tərəfdən yaxınlaşan minik vasitəsinin kimə məxsusluğu, kamikadze olub-olmaması isə dərhal aydınlaşdırılası məsələ deyil. Erməni quldurlar rus hərbçilərin avtomobili və mundiri ilə Azərbaycan hərbçilərinə yaxınlaşa və onları güllələyə bilərdilər.

Yəni təfərrüata varsaq, yeni-yeni detallar üzə çıxar. Amma artıq çox gecdir. Ümumi mahiyyəti hər kəsə bəlli olan bu hadisə artıq keçmişdə qalıb. Bunu təzədən qaldırmaq, insanların hisslərinə təsir göstərmək məkrli niyyətdir.

Həm də Azərbaycan tərəfi bu hadisəyə görə üzrxahlıq etmiş, hadisədə zərər çəkənlərin ailə üzvlərinə maddi təzminat ödəmişdi. Vurulan təyyarəmizə görə isə nə üzr istənilir, nə də təzminat ödənilir.

Bu iki faciəvi hadisə arasında heç cür bərabərlik işarəsi qoymaq olmaz.

P.S. Dünən daha bir təxribat xarakterli video yayılıb. Rusları təhqir edən, hədələyən bir boynu xaçlı erməni azərbaycanlı kimi təqdim edilib.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 2 %-dən çox artıb

Next

Günün ULDUZ FALI – Gərginliklər səbrinizi sınaya bilər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv