Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Adnan Əhmədzadə necə “ruslaşdı”? – Xəyanətin ifşası…

By Vüsal Rafiqoğlu
23.09.2025 6 Min Read

Azərbaycanın xam neft ehtiyatlarında üzvi xlorid çirklənməsi bu ilin iyul ayında bir sıra Avropa enerji dairələri tərəfindən gündəmə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, bu iddialar əsasən anonim mənbələrə və araşdırılmamış hesabatlara əsaslansa da, beynəlxalq enerji bazarlarında müəyyən rezonans doğurub.

Rusiya mətbuatı və Qazproma bağlı informasiya şəbəkələri hələ ilin əvvəlindən Azərbaycanın enerji tədarükünün etibarlılığına dair mənfi xəbərləri tirajlamağa başlayıb. Bu kampaniya xüsusən Avropanın Rusiya qazından asılılığını azaltmaq və Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanla əməkdaşlığı gücləndirmək siyasəti fonunda daha da intensivləşib. 2022-ci ildə Avropa İttifaqının Azərbaycanla qaz ixracının artırılması barədə strateji tərəfdaşlıq memorandumu imzalamasından sonra BTC və CQK-yə qarşı dezinformasiya yayımı güclənib. Azərbaycan neftində üzvi xlorid tapılması isə əsl informasiya savaşı elementinə çevrilib. Analitiklərin fikrincə, bu tip xəbərlər Azərbaycanın artan enerji rolunu zəiflətmək və Avropanın diqqətini etibarlılıq məsələlərinə yönəltmək məqsədi daşıyır.

Məlumat üçün deyək ki, neft məhsullarının üzvi xloridlə çirklənməsi insidenti 2019-cu ildə Rusiyanın “Drujba” kəməri fonunda məşhurlaşmışdı. Bu böhran zamanı Rusiyadan Avropaya nəql olunan 5 milyon tona yaxın xam neftin çirkləndiyi aşkarlanmış, bu isə Rusiya iqtisadiyyatına təqribən 2,5–3 milyard dollar zərər vurmuşdu.

Bu presedentin fonunda Azərbaycanın BTC kəməri ilə Avropaya ixrac etdiyi neftə qarşı təxribat anlaşılandır, onun siyasi və iqtisadi motivləri də heç kimə sirr deyil. Hələ 2025-ci ilin avqust ayında Ukraynada yerləşən SOCAR-ın infrstrukturlarına iki hücum, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiber hücumlar təşkil olunub. Ukraynada SOCAR-ın infrstrukturlarına hücumlar, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiber hücum, enerji sektoru haqqında dezinformasiya və iqtisadi təzyiqlər, “Azəri Light”ə qarşı təxribatlar geniş hibrid əməliyyatların bir hissəsidir. Bu təxribatlar Rusiyanın regionda və qlobal miqyasda geosiyasi və iqtisadi təsirini qoruyub saxlamağa yönəlmiş düşünülmüş strategiyadır. Rusiyanın beynəlxalq bazarlarda neftin qiymətinə və tədarükünə təsir etmək üçün vasitəçi şirkətlərin iştirakı ilə mürəkkəb sxemlərdən istifadə etməsi ilə bağlı sənədləşdirilmiş faktlar var.

2023-2024-cü illərdə Rusiyanın maraqları ilə idarə olunan treyderlər və şirkətlər şəbəkələri “Azeri Light” markalı xam neft tədarükünü süni şəkildə pozmaq üçün istifadə olunub. Belə aktivlərə logistik operatorlar vasitəsi ilə daşınmada gecikmələr, məhsulun keyfiyyətinin manipulyasiyası və qiymət maxinasiyaları daxildir. Bu aktivlər Azərbaycanın xam neftinin rəqabət qabiliyyətini azaltmaqla , Rusiyanın “Urals” xam neftinə Avropa və Asiyanın əsas bazarlarında öz mövqeyini qoruyub saxlamağa imkan yaradıb.

Əhmədzadə necə “ruslaşdı”?

Azərbaycan ictimaiyyəti SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəni neft daşımaları sahəsində fəaliyyəti ilə zənginləşmiş şəxs kimi tanımaqla yanaşı, ara-sıra mediaya sızan məlumatlara əsasən onun sanksiya tətbiq olunmuş ölkələrdən Avropaya neft ixracını həyata keçirən qaranlıq biznesi barədə də kifayət qədər məlumatlıdır. Qərbin sanksiya tətbiq etdiyi İran neftini dünya bazarına daşımaqla o, yüz milyonlarla dollar məbləğində gəlir əldə etdi. Bu prosesdə Əhmədzadənin ofşor zonalarda təsis etdiyi şirkətlərdən istifadə olunur, tankerlərə suyu qiymətinə vurulan İran nefti digər ölkələrin xammalı kimi dünya bazarlarına çıxarılır və satılırdı. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə kimi işbazlara yeni imkanlar açdı. Dünya mediasına nəzər yetirsək, Rusiya neftinin başqa ölkələrə məxsus xammal adı altında daşınması və satılması barədə kifayət qədər fakt görə bilərik. İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək ofşor zonalarda geniş şirkətlər şəbəkəsi yaradır və saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayır.

adnans.png (198 KB)

Məsələn, iddia olunur ki, o, bir şirkət vasitəsilə Liviya və Rusiya neftinin daşınmasını və satışını təşkil edib. Bu şirkətin Maltada fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı və Böyük Britaniya hökumətləri araşdırma aparırlar. Analoji araşdırmalar bu yaxınlarda 22.5 min ton Rusiya neftinə həbs qoymuş Albaniyanın hüquq mühafizə orqanları tərəfindən də həyata keçirilir.

Rusiya ilə yaxın əlaqələr onun “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovla xüsusi əlaqələrində də özünü büruzə verir. Əhmədzadənin Bodrumda Vahid Ələkbərovun ad günündə iştirak etməsi, rusiyalı milyarderə məxsus 108 milyon dollarlıq “Galactica Super Nova” gəmisini öz adına rəsmiləşdirməsi bu əlaqələri aydın göstərən faktlardır.

Azeri Lightə qarşı təxribatda Adnan Əhmədzadə faktoru

Görünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan miliardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmaq üçün tam bir struktur olaraq yetişdirilməsi, formalaşdırılması ilə nəticələnib. Azərbaycanın iqtisadi təhlükəsizliynə qarşı təxribatda və xüsusilə külli-miqdarda mənimsəmə əməllərində ittiham olunan bu şəxs dünya bazarına ixrac olunan Azərbaycan neftinin xloridlə çirkləndirilməsində ittiham olunur. Sual oluna bilər ki, uzun illər neft daşımaları ilə məşğul olan, bu sahədə kifayət qədər təcrübə qazanmış şəxs neftə xlorid qatılmasının hansı fəlakətli nəticələrə səbəb olacağını bilmirdi? Neft bir yana, bunun boru kəmərlərinə, tankerlərə, zavodlara necə təsir göstərəcəyini düşünmürdü?

adnan_esas.jpg (195 KB)

İctimai fikir budur ki, Adnan Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altına düşərək, öz dövlətinə xəyanət edib, Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən “Azəri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib.

Məsələ təkcə maddi itkilərdə deyil. Əhmədzadənin əməli qlobal neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini korlayır. Bu fakt artıq Avropa rəsmilərinin dilindən də səslənir. O baxımdan, Əhmədzadənin Rusiyanın “maxinasiyalarına boyun əyməsi” təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir.

Rusiyanın himayəsinə sığınan, Ukraynanın müstəqilliyinə qarşı çıxan qalmaqallı ekspert/bloger Yuri Podolyak avqust ayının 20-də paylaşdığı status da “çirklənmiş neft skandalında Rusiya izi” ehtimalını gündəmə gətirir. Bloger sosial şəbəkə postunda Bakının neft ixracında probleminin olduğunu diqqətə çatdırıb. Dəyən zərərin maddi səviyyəsinin yüksək olduğunu bildirib.

Maraqlı olan məqam Podolyakın baş vermiş insidentin siyasi səbəbləri barədə eyhamlarıdır. “Rusiya siyasətinin danışan dili” öz yazısında qeyd edir ki, “çirkləndirilmiş neft” skandalı onun dövlətinin (Rusiyanın ) Azərbaycana xəbərdarlığıdır.

Podolyak Rusiya tərəfinin perespektiv üçün hədələrini də ifadə edir: “Hər hansı bir “hadisə” istənilən vaxt təkrar oluna bilər”. Yəni, təxribatlar davam edəcək. O, Azərbaycan neftinin sabotaj edilməsinin davamının olacağına, Rusiyanın təxribatlarının sistemli hal alacağına işarə vurur.

Əlbəttə, Podolyak da, onu danışdıranlar da haqsızdırlar. Rusiyanın Avropanın enerji bazarından sıxışdırılıb çıxarılması, sanksiyalara məruz qalması bu dövlətin öz siyasətinin nəticəsidir. Həmçinin, Rusiyanın enerji satışını bazar kontekstindən çıxarıb siyasi silah kimi istifadə etmək cəhdləridir. O, uzun illər ərzində enerji tədarükünü siyasi təzyiq vasitəsi kimi istifadə edib. Bu yanaşma xüsusilə təbii qaz və neft tədarükü üzərindəki dominantlıqla həyata keçirilib. Məsələn, 2006 və 2009-cu illərdə yaşanan siyasi mübahisələr nəticəsində Rusiya, Avropaya qaz tədarükünü kəsib, qaz üzərindən siyasi təzyiq göstərib. Bu cür hadisələr Avropanın enerji təhlükəsizliyini təhdid edib. Avropa da Ukrayna müharibəsindən istifadə edərək, Rusiyanı öz bazarından uzaqlaşdırıb .

Amma Rusiya bu həqiqətləri gözardı edir. Əməllərini korrektə etmək əvəzinə, təzyiqlərə əl atır. Azərbaycanın neft ixracına təxribat törətməklə, Avropanı özündən asılı vəziyyətdə saxlamağa çalışır. Görünən budur ki, Podolyak düşüncəsində olan Rusiyanın öz həqiqətləri, öz reallıqları var.

Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı yoxdur. Bu prosesdə böyük bir şəbəkənin iştirakı ehtimalı aydınlaşacaq. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal güclənir. Sövq-təbii olaraq düşünülür ki, Əhmədzadənin arxasında hansısa böyük qüvvələr var. Bütün analizlər “xarici qüvvə” ehtimallarını aparıb Moskvaya çıxarır.

Təxribatın informasiya və dezinformasiya üzü

Adnan Əhmədzadənin əməllərinin motivləri, bu cinayətin gətirib çıxardığı nəticələr hələ araşdırılacaq və prosesdə iştirak edən oyunçuların tam ifşa olunacağına heç bir şübhə yoxdur. Amma bu məsələdə maraq doğuran məqam təkcə iqtisadi təxribat deyil, həm də Adnan Əhmədzadənin malik olduğu imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı dezinformasiya fəaliyyətidir. Onun həbsi az qala bütün dünya mediasında əksini tapdı, amma Rusiya mediası bu xəbərə susqun yanaşır. İnternet axtarış sistemləri, o cümlədən quql Rusiya KİV-də Adnan Əhmədzadənin həbsi ilə bağlı dərc edilmiş heç bir məlumat göstərmir. Yəni, bu xəbərin bloklanmasını məqsədəmüvafiq biliblər.

486725803_1330255044860778_8526785088879106696_n.jpg (231 KB)

Azərbaycan neftinin çirkləndirilməsi ilə bağlı ilkin məlumat getdikdən sonra informasiya axınına nəzər yetirsək, hədəfləndirilmiş dezinformasiya cəhdlərini də aydın şəkildə görə bilərik. Xarici ölkədən başlayan və yerli şəbəkə mediası tərəfindən inkişaf etdirilən ictimai rəyi aldatmaq cəhdləri hələ sentyabrın 11-də Rumıniyanın “Cancan” nəşrində “SOCAR Rumıniya”ya qarşı hücumla başladı və sentyabrın 15-də “SOCAR Petrolium”a qarşı yeni dezinformasiya ilə davam etdirildi.

Bu xəbərlərin hədəfi Azərbaycan neftinin ixracında mühüm məntəqələrdən biri olan Rumıniyada fəaliyyət göstərən “SOCAR Rumıniya”nı, ümumilikdə isə SOCAR Petroliumu vurmaq olub. Niyə? Ya baş vermiş insidentə görə bütün günahları başqa şəxslərin üzərinə atıb onları “qurbanlıq qoyun” etmək, ya da Adnan Əhmədzadənin maxinasiya sxemlərinin araşdırılmasını əngəlləmək məqsədi güdülüb.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Adnan Əhmədzadə öz nəzarətində media şəbəkəsi yaratmaq istiqamətində də az iş görməyib. Real nəticələr bir yana, Azərbaycanda media ilə işləyən strukturlara nəzarəti ələ götürmək üçün də planlar qurub, addımlar atmağa çalışıb. Ancaq indi bütün bunların heç bir mənası qalmayıb.

Bu gün iddialı, hikkəli, özünü dövlət içində az qala dövlət görən Əhmədzadə dəmir barmaqlıqlar arxasındadır. Hər şeyə görə cavab verməli olacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın birinci xanımı Nyu-Yorkda “Gələcəyi birlikdə qurmaq” adlı ziyafətdə iştirak edib

Next

Turan İbrahimova yüksək vəzifə verildi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv