Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakının son şərti referendumsuz reallaşa bilər

By Vüsal Rafiqoğlu
23.09.2025 4 Min Read

Paşinyan Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılmasını parlamentdə həll edə bilərmi? – rəy 

Rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti məlum: qonşu ölkənin konstitusiyasındakı (preambula hissəsi) Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılması. Ermənistan rəhbərliyi bunu nə qədər tez həyata keçirsə, bir o qədər sənəd tez imzalanacaq. 

Nikol Paşinyan hökuməti isə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu prosesinə başlamaq niyyətindədir. Bu barədə hakim “Mülki müqavilə” partiyasının ötən həftəsonu İrəvanda keçirilən VII qurultayında bildirilib. 

Lakin bəzi politoloqlara görə, Bakının son şərtinin referendumsuz reallaşması da mümkündür, çünki Ermənistan Konstitusiyasında Dağlıq Qarabağa iddianın yer aldığı Müstəqilik Bəyannaməsinə istinad məhz parlamentin qərarı ilə konstitusiya mətninə daxil edilib. Eyni qaydada indiki parlament onu oradan çıxara bilər. 

Nəzərə alsaq ki, parlamentdə çoxluq hakim partiyaya məxsusdur, o zaman düzəliş problemli görünmür. Deməli, referenduma da ehtiyac qalmaya bilər. Bəs Bakını bu variant qane edəcəkmi? 

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan üçün önəmli olan ölkəmizə ərazi iddialarını ehtiva edən müddəanın Ermənistan Konstitusiyasının preambula hissəsindən çıxarılmasıdır: “Ermənistanın bunu necə edəcəyinin bizə o qədər də dəxli yoxdur. Bunu referendumla edəcəklər, yoxsa parlamentdə sadə səs çoxluğu ilə həyata keçirəcəklər, bu, Ermənistanın işidir. Bizim üçün əsas odur ki, həmin müddəa konstitusiyanın preambula hissəsindən çıxarılsın. Sadəcə olaraq, referendum keçirməklə çıxarılmanın üstünlüyü ondadır ki, bu, bütün xalqın səsi ilə qəbul edilmiş konstitusiya, qərar olacaq və hakimiyyət dəyişikliyi baş verərsə belə, yeni hakimiyyət konstitusiyanın dəyişdirilməsi ilə həmin müddənın oraya daxil edilməsinə risk etməz. Bu, həm də Azərbaycana qarşı yeni müharibə çağırışı olar. Parlamentdə isə bu gün Nikol Paşinyanın Mülki Müqavilə Partiyası səs üstünlüyünə malikdir  və bu üstünlükdən istifadə edib konstitusiyanın preambula hissəsindən həmin o bəndi çıxarsa, sabah hökumət dəyişərsə, Paşinyanın partiyası seçkidə məğlub olarsa, parlamentdə üstünlüyü ələ almış yeni hökumət o bəndi yenidən bərpa etmək istəyərmi? Bu sual açıq qalır. Əgər buna cəhd etsələr, bu da Azərbaycanla müharibəyə başlamaq çağırışı olacaq ki, bu, Ermənistan dövləti və cəmiyyəti üçün yaxşı heç nə vəd etməyəcək”. 

Ekspert hesab edir ki, Nikol Paşinyan məsələnin həllini sürətləndirməlidir: “Paşinyan gözləməməlidir ki, gələn ilin iyununda parlament seçkiləri keçirilsin, sonra Azərbaycana qarşı ərazi iddiaları ana qanundan çıxarılsın və sonra sülh müqaviləsi imzalansın. Çünki Ermənistanda proseslər sürətlə cərəyan edə bilər, təxribatlar ola bilər, Rusiya daxildə aranı qarışdıra bilər. Ona görə də Paşinyan bəlkə də alternativ variant kimi məsələni parlamentdə səs çoxluğu ilə həll etsə yaxşı olar. Preambula hissəsi məhz vaxtilə parlamentdə qəbul olunmuşdu. İndi də preambuladakı Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan bənd parlamentdə ləğv oluna bilər. Azərbaycan, hər halda, buna normal yanaşar və sülh müqaviləsinin imzalanması üçün maneə qalmaz”.  

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli 

Siyasi ekspert, hüquq professoru Qulamhüseyn Əlibəyli isə dedi ki, Ermənistan Konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddiasını parlamentdə səsvermə ilə də ləğv etmək mümkündür: “Bu məsələni referendum keçirmədən, yeni konstitusiya qəbul eləmədən də həll eləmək mümkündür. Söhbət nədən gedir? Konstitusiyanın bütün mətnində Azərbaycana qarşı ərazi iddiası yoxdur. Konstitusiyanın preambula deyilən giriş hissəsində Ermənistanın müstəqillik bəyannaməsinə istinad var. Müstəqillik bəyannaməsində də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin, səhv etmirəmsə, 1989-cu ildə qəbul olunmuş qərarı əksini tapır. Bu qərar o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin iştirakı ilə qəbul olunub. Müstəqillik bəyannaməsində də həmin qərarda göstərilən məqsədlər Ermənistan dövlətinin və xalqının ali niyyəti kimi nəzərdə tutulur. Konkret desək, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi Ermənistan dövlətinin və xalqının ali niyyəti hesab olunur. Bu baxımdan, hesab edirəm ki, həmin müstəqillik bəyannaməsindən müvafiq ifadəni çıxarmaqla, eyni zamanda Ermənistan Ali Sovetinin dediyimiz qərarını ləğv etməklə problemi Ermənistan parlamentində həll etmək mümkündür. Yəni konstitusiyanın giriş hissəsində istinad olunan bəyannamədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara istinad çıxarılır və eyni zamanda Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərarı da ləğv olunur. Bundan başqa, səhv etmirəmsə, 1992-ci ildə Ermənistan Ali Sovetinin başqa bir qərarı da var və o qərarda deyilir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi nəzərdə tutan hər hansı sənədi imzalamaq Ermənistan hakimiyyətinə qadağandır. Ermənistan parlamenti bu qərarını da ləğv etməlidir”. 

Ekspert qeyd etdi ki, parlamentdə hazırda Nikol Paşinyanın partiyası səs üstünlüyünə malikdir. Buna görə də bu məsələni də parlamentdə səs çoxluğu ilə həll etmək olar: “Amma konstitusiya məsələsində müəyyən risklər qalır. Tutaq ki, konstitusiyada müstəqillik bəyannaməsinə istinad çıxarıldı. Axı müstəqillik bəyannaməsi yenə də qüvvəsində qalır və orada Azərbaycana ərazi iddiası var. Deməli, Müstəqillik bəyannaməsinin özündə də həmin müddəa ləğv edilməlidir. Bunu da parlament ayrıca qərarla edə bilər. Hər bir halda referendumla qəbul edilən qərarlar və dəyişikliklər parlamentdə qəbul edilən qərarlardan daha üstündür və mötəbərdir. Ona görə də daha yaxşısı dediyimiz qərarların parlamentdə ləğvi, konstitusiyanın giriş hissəsindəki ərazi iddiasını nəzərdə tutan bəndi isə rerefendum keçirməklə ləğv etməkdir. Lakin Nikol Paşinyan cəmiyyətin bu gün bunların heç birinə tam hazır olmadığını hiss etdiyindən əməli addım atmaqdan çəkinir. Ona görə də məsələni yubatmağa çalışır”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Trampın adamından qorxunc xəbərdarlıq – Azərbaycana təhlükə?

Next

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv