Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Məktəb direktorlarını cəzalandırmaq çıxış yolumu?

By Vüsal Rafiqoğlu
23.09.2025 3 Min Read

Pul yığımı ilə bağlı direktorların işdən çıxarılması bir daha göstərir ki, köklü struktur problemləri mövcuddur – rəy 

Məlum olduğu kimi, paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.  

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – araşdırmada vurğulanır. 

Azərbaycanda təhsil sektoru sanki mövsümi “ticarət platforması”dır. Burada uzaqbaşı 3 ay fasilə və durğunluq olur. Yeni tədris ili başlayan kimi direktor-sinif rəhbəri-valideyn komitəsinin sədri şəbəkəsi hərəkətə keçir. Onlar fond pulu, təmir pulu və naməlum istiqamətlərə pullar yığmağa başlayırlar. Qalan 9 ayda da intensiv şəkildə pulyığma halları qeydə alınır.  

Təbii ki, bu kimi hallara yol verən direktorları cəzalandırmaq, işdən çıxarmaq lazımdır. Amma bu da problemin köklü həllində çıxış yolu olmur. Sistemli iş aparılmalı, yanaşma dəyişməli, ən əsası Elm və Təhsil Nazirliyi konkret proqramla çıxış etməlidir. 

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovun fikrincə, məktəblərdə pul yığımı ilə bağlı direktorların işdən çıxarılması xəbərləri bir daha göstərir ki, təhsil sistemində köklü struktur problemləri mövcuddur. “Yeni Müsavat”a açıqlamasında ekspert təhlillərin nəticələrinə diqqət çəkdi: “Təhlillər göstərir ki, problem yalnız fərdi direktorların davranışından yox, idarəetmə və maliyyələşmə mexanizmlərinin natamamlığından qaynaqlanır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda açıq şəkildə qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələri pulsuz fəaliyyət göstərir və dövlət büdcəsi hesabına maliyyələşir. Ancaq faktiki vəziyyət bu normativ baza ilə üst-üstə düşmür. Məktəblərin gündəlik fəaliyyəti üçün tələb olunan vəsaitlərin bir qismi büdcədən qarşılanmadığına görə valideynlərdən qeyri-rəsmi vəsait yığımı baş verir. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi addımlar, xüsusilə direktorların şəffaf seçim imtahanı ilə işə götürülməsi və maliyyə nəzarətinin gücləndirilməsi müsbət istiqamətdə addımdır, çünki bu, ictimaiyyət qarşısında məsuliyyəti artırır və dövlətin təhsildə korrupsiyaya qarşı mübarizədə qətiyyətini nümayiş etdirir.  

Statistik məlumatlara nəzər saldıqda aydın olur ki, hazırda Azərbaycanda 4400-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və onların əksəriyyəti mərkəzləşdirilmiş maliyyələşmə ilə idarə olunur. Təhsil Nazirliyinin hesabatlarına görə, 2024-cü ildə məktəblərin saxlanması və təchizatı üçün dövlət büdcəsindən 2 milyard manata yaxın vəsait ayrılıb. Amma bu vəsaitin paylanma mexanizmi hələ də kifayət qədər şəffaf deyil və məktəblərin lokal ehtiyaclarını tam təmin etmir”. 

Dünya təcrübəsi barədə danışan K.Əsədov qeyd etdi ki, maliyyə resurslarının açıq idarəsi korrupsiya risklərini minimuma endirir: “Məsələn, Estoniyada bütün məktəblərin maliyyə hesabatları ictimai onlayn platformalarda paylaşılır, Türkiyədə “okul aile birliği” mexanizmi vasitəsilə valideynlər maliyyə prosesinə birbaşa nəzarət edirlər. Azərbaycanda da belə mexanizmlərin tətbiqi radikal dəyişiklik yarada bilər. Direktorların işdən çıxarılması cəza xarakterli tədbir kimi qısamüddətli təsir göstərsə də, uzunmüddətli həll yolu ola bilməz. Burada əsas dəyişiklik maliyyə müstəqilliyinin və ictimai nəzarətin gücləndirilməsidir. Məktəb büdcələrinin onlayn olaraq açıqlanması, hər bir qəpik xərcləmənin valideyn, müəllim və ictimai şuralar tərəfindən izlənilməsi pul yığımına ehtiyacı tamamilə aradan qaldıra bilər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin son dövrlərdə direktorların məsuliyyətini artırması və ictimaiyyət qarşısında hesabatlılığı gücləndirməsi müsbət qiymətləndirilməlidir. Bu yanaşma göstərir ki, nazirlik problemləri təkcə sözlə deyil, konkret idarəetmə qərarları ilə həll etməyə çalışır. Amma problemin digər tərəfi də pedaqoji kadr hazırlığı ilə bağlıdır. Universitetlərdə müəllim hazırlığı yalnız nəzəri bilik üzərində qurulduğu üçün dəyər formalaşdırmaq, şagird-müəllim münasibətinə sağlam yanaşma gətirmək mümkün olmur”.  

Onun sözlərinə görə, məsələn, pedaqoji fakültələri bitirən gənc kadrların bir çoxu sinfə girəndə yalnız fənn bilikləri ilə məhdudlaşır, amma məktəbin idarəetmə mədəniyyəti, etik davranış qaydaları və korrupsiya ilə mübarizə bacarıqları onlara öyrədilmir: “Bu isə sonradan həmin şəxslərin direktor və ya rəhbər vəzifələrə gələndə sistemin təzyiqlərinə boyun əyməsinə şərait yaradır. Universitetlərin əsas problemi əmək bazarına uyğun, yüksək etik dəyərlərə malik, idarəetmə bacarıqları olan müəllim kadrlar yetişdirə bilməməsidir. Pedaqoji təhsil dəyərsiz nəzəriyyələrlə məhdudlaşmamalı, real praktik bacarıqlara yönəlməlidir. Bütün bunların fonunda görülən müsbət işləri də vurğulamaq lazımdır. Elm və Təhsil Nazirliyi son illərdə “Məktəblərin Akkreditasiyası”, “Direktorların Sertifikatlaşdırılması” və “Elektron Təhsil Platformaları” kimi layihələr vasitəsilə şəffaflığı gücləndirib. Bu islahatlar valideynlərin, müəllimlərin və cəmiyyətin məktəb idarəçiliyinə inamını artırır. Əgər universitetlər də eyni cür islahatlara qoşularaq pedaqoji kadr hazırlığında yalnız bilik deyil, həm də dəyər və məsuliyyət yönümlü model tətbiq etsə, gələcəkdə məktəblərdə pul yığımı kimi problemlərin kökü kəsilə bilər. Hesab edirəm ki, direktorların işdən çıxarılması problemi yalnız müəyyən müddətə təxirə salır. Əsas dəyişiklik məktəb büdcələrinin açıq və ictimaiyyətə hesabatlı olması, valideynlərin və müəllimlərin qərar proseslərinə cəlb olunması, universitetlərin isə real dəyər daşıyan pedaqoji kadrlar hazırlamasıdır. Nazirliyin bu istiqamətdə atdığı addımlar müsbət və sistemli islahatların xəbərçisidir və davamlı dəstəklənməlidir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Payız gəldi…

Next

Şahin Mustafayev Təbrizə səfər etdi – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv