Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Səngərdən diplomatik cəbhəyə – Zəfərə gedən yolun 5 ili

By Vüsal Rafiqoğlu
23.09.2025 3 Min Read

Azərbaycanın möhtəşəm qələbəsi regiona indi dayanıqlı sülh gətirir – finalın bir addımlığındayıq 

2020-ci il sentyabrın 27-də Ordumuzun başladığı əks-hücum əməliyyatları 44 gün sonra erməni işğalına son qoydu. Zəfərə aparan bu yolun başlanmasından 5 il ötür. Bir neçə gün sonra Azərbaycan Anım Gününü qeyd edəcək. Məhz sentyabrın 27-dən etibarən Ordumuz kəndləri, qəsəbələri, şəhərləri azad etməyə başladı. 

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 

Vətən müharibəsinin ilk şəhidi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu Xalid Həsən oğlu Gözəlovdur. 

24 yaşlı Xalid Gözəlov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı mayor, hərbi pilot Abbas Qasımovla birgə şəhid olub. Vətən müharibəsinin digər ilk şəhidi isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot Abbas Rza oğlu Qasımovdur. 

Azərbaycan oğulları canlarından keçərək ərazi bütövlüyümüzün bərpasına qurban veriblər. Ona görə də təkcə Anım Günü deyil, hər an onlar yad edilməlidirlər. Çünki başımızın tacıdırlar. Vətən müharibəsinin 5 ilinin tamamında isə biz bütün Qarabağın azad olduğunu görə bilirik: torpaqlarımızda separatçı xunta rejimi, erməni silahlı dəstələri, rus hərbi kontingenti yoxdur. Bu, Azərbaycan Ordusunun və diplomatiyasının birgə əldə etdiyi Zəfərdir. Ali Baş Komandanın yürütdüyü siyasət bizə qələbəni tamamilə daddırdı. Artıq bu ilin avqustunda sülh sənədi də imzalanıb və şəhidlərimizin, qazilərimizin qanı bahasına bütövləşən Azərbaycan indi sabitlik, sülh dönəminə daxil olur. Ermənistan da məğlubiyyətdən sonra qəbul etdi ki, regionda dayanıqlı sülh yalnız onun inkişafına səbəb ola bilər. Ona görə də ötən həftə baş nazir Paşinyan etiraf etdi ki, tarix boyu onlara yalanlar danışıblar və bu da onun “Qarabağ Ermənistandır və nöqtə” kimi məsuliyyətsiz ifadə işlətməsinə səbəb olub. 

“Hələ də unuda bilmirəm: niyə 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” demişəm? Bu bəyanat üzərində düşünmək üçün çox vaxtım olub”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

“Bəs niyə bu gün sülhə sevinən biri 2019-cu ildə o bəyanatı vermişdi? Bunun çox konkret səbəbi və izahı olmalıdır. İzahat həqiqətən çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim – “vətənpərvər” idim. Sual yaranır: indi nə oldu, mən “vətənpərvər” deyiləm, buna görə indi daha az “vətənpərvərəm”, onu deyəndə çox? Bəs bu dilemmanı necə həll edək, bu, aşkar ziddiyyətin səbəbi nədir? 

İndi mən Ermənistanın (sülh istəyən) analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm. 2019-cu ildə, o dövrdə Ermənistanda mövcud olan “yeganə vətənpərvərlik modeli” ilə (qonşu ölkələrə qarşı ərazi iddiaları ilə) vətənpərvər idim. 

Bəs o vətənpərvərlik modelini kim müəyyən etmişdi, o model necə formalaşmışdı? Həmin model sovet imperiyasının, daha dəqiq desək, həmin imperiyanın rəhbərləri Stalin, Xruşşov, Brejnev tərəfindən verilən vətənpərvərlik modeli idi. “Real Ermənistan” ideologiyasından əvvəl Ermənistanda mövcud olan vətənpərvərlik modelinin 1940-cı illərdən 1980-ci illərə qədər formalaşan kitablar, mahnılar, şeirlər, bədii əsərlər, tamaşalar üzərində qurulduğunun fərqinə varmamışıq”, – baş nazir qeyd edib.  

Göründüyü kimi, Ermənistan rəhbərliyi ağıllanıb və reallığı dərk edib.  

Ramiyə Məmmədova: “Rusiya münasibətləri pozmağın ona baha başa gələcəyini  anlayır” – ÖZƏL

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, 5 il böyük rəqəmdir və bu müddətdə Azərbaycan diplomatik cəbhədə çox iş görüb: “Cənab Prezidentin praqmatik siyasəti nəticəsində 3 il sonra antiterror tədbiri keçirildi və 44 günlük, müharibədən sonra ərazilərimizdən çıxmayan, Rusiyaya güvənən, 10 noyabr razılaşmasına əməl etməyən qanunsuz silahlı birləşmələr tərk-silah olundu. Heç bir sutka belə çəkmədi ki, ağ bayraq qaldırdılar. Bununla işimiz tamamlandı. Sonra ermənilər bölgəni tərk etdi. Biz qalmağı təklif etsək də, istəmədilər. Əslində onların getməsi yaxşı idi. Ermənilərlə birgə yaşamaq bölgədə yeni problemlər yaradacaqdı. Elə bu günlərdə bir erməni Xankəndidə təxribata əl atdı. Bu da göstərir ki, içlərində xainlik, nifrət qalıb. Ona görə də ermənilərin bölgədən könüllü gedişi həm də rus hərbçilərinin Qarabağdan çıxmasını qaçılmaz etdi. Onların fəaliyyəti üçün hər hansı ehtiyac qalmadı”.  

Onun sözlərinə görə, dövlət başçısının uğurlu diplomatiyası bu problemi həll etdi, ruslar vaxtından əvvəl getdilər: “Ona görə də Vətən müharibəsinin başlanmasının 5-ci il dönümündə artıq bütün məsələlər həllini tapıb, sülh mətni də paraflanıb, gözəl bir finalın yaxınlığındayıq”.  

Hazırladı: Emil Salamoğlu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi

Next

Azərbaycan və İran ortaq baza yaradır – bu həftə Tehranda…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv