Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan iqlim fəaliyyətinin qlobal mərkəzinə çevrilir

By Vüsal Rafiqoğlu
30.09.2025 4 Min Read

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025

Azərbaycanın paytaxtı Bakı şəhəri ikinci dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə (Baku Climate Action Week -BCAW) ev sahibliyi edir. Dünya Braziliyada keçiriləcək COP30 iqlim konfransına hazırlaşdığı bir dönəmdə Bakı İqlim Fəaliyyəti Həftəsi2025 Azərbaycanın iqlim sahəsindəki ardıcıl liderliyini və öhdəliklərinə sadiqliyini aydın şəkildə ortaya qoyur. İlk dəfə bu təşəbbüs COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməyə hazırlaşan Azərbaycan üçün mühüm bir mərhələ kimi həyata keçirilmişdi. O zaman keçirilən tədbirlər iqlim dəyişmələri ilə mübarizədə qlobal həmrəyliyin və milli öhdəliklərin aktuallığını bir daha gündəmə gətirmişdi. Budəfəki İqlim Fəaliyyəti Həftəsi isə 29 sentyabr -3 oktyabr tarixlərini əhatə edəcək. Tədbir çərçivəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf, yaşıl enerji, karbon emissiyalarının azaldılması, ekosistemlərin qorunması və bu sahədə yerli və beynəlxalq əməkdaşlıq imkanları mövzusunda geniş müzakirələr aparılacaq. Həmçinin müxtəlif panel sessiyalar, tematik forumlar, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunacaq.

İqlim Fəaliyyəti Həftəsinin əsas məqsədi Azərbaycanın iqlim gündəliyini daha da gücləndirmək, ictimaiyyətin bu məsələyə diqqətini artırmaq və qlobal iqlim çağırışlarına qarşı birgə həll yolları axtarmaqdır. Tədbirin rəsmi və qeyri-rəsmi iştirakçıları sırasında dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti nümayəndələri və ekoloji fəallar yer alacaq. BCAW2025 tədbirlərinin həm ölkə, həm də region üçün strateji əhəmiyyəti daha da artır. Bu, Azərbaycanın iqlim diplomatiyasında artan rolunu və dayanıqlı gələcək naminə atdığı addımların ciddiliyini bir daha nümayiş etdirir.

BCAW2025-in proqramı olduqca zəngindir və müxtəlif istiqamətləri əhatə edir. Tədbir çərçivəsində enerji, iqlim maliyyəsi, adaptasiya strategiyaları, kiçik və orta biznes müəssisələrinin iqlim çağırışlarına uyğunlaşması, eləcə də ədalətli keçid (just transition) mövzularında yüksək səviyyəli siyasi dialoqlar təşkil olunur. Bu sessiyalarda yerli və beynəlxalq siyasətçilər, hökumət nümayəndələri və qərarverici şəxslər iqlim gündəliyinin prioritetlərini müzakirə edirlər. BCAW2025 çərçivəsində keçiriləcək panel müzakirələr, seminarlar, tematik sessiyalar və ekoloji təşəbbüslər vasitəsilə iştirakçılar yaşıl enerji, karbon neytrallığı, şəhər mühitində dayanıqlılıq, təmiz texnologiyalar və iqlim ədaləti kimi mühüm mövzuları müzakirə edirlər. Tədbir dünya liderlərini, aparıcı iqlim mütəxəssislərini, sərmayəçiləri, sahibkarları, gəncləri və müxtəlif icmaları bir araya gətirərək iqlim böhranına qarşı ortaq və innovativ həll yolları axtarışına töhfə verir. İqlim dəyişikliklərinin qlobal təsirlərinə qarşı regional səviyyədə cavabvermə imkanlarını gücləndirən BCAW2025, həmçinin yaşıl iqtisadiyyat, təmiz enerji, ekoloji texnologiyalar və iqlim ədaləti sahəsində əməkdaşlıqları təşviq edir. Bu platforma vasitəsilə iştirakçılar öz bilik və təcrübələrini bölüşmək, uğurlu layihələrə start vermək və gələcək nəsillər üçün daha dayanıqlı həyat qurmaq məqsədilə birgə fəaliyyət imkanlarını müzakirə edirlər.

“İqlim böhranı artıq uzaq gələcəyin problemi deyil, bugünkü reallıqdır. İqlim dəyişikliyi davamlı şəkildə həyatımızı təsirləndirir, təbiəti və ekosistemləri zəiflədir. Onun ətraf mühitə mənfi təsirləri gündən-günə daha açıq şəkildə üzə çıxır. Bu reallıq bizə göstərir ki, hər bir ölkə və cəmiyyət qətiyyətli addımlar atmalıdır.”

Bu sözləri Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində deyib.

O qeyd edib ki, keçən il COP29-un Bakıda keçirilməsi ilə Azərbaycan böyük bir məsuliyyətin daşıyıcısına çevrilib. Bu məsuliyyət yalnız dialoqlar üçün platforma yaratmaqla bitməyib. Əsas hədəf real nəticələr əldə etmək olub. COP29 zamanı qəbul edilən qərarlar və qurulan çoxtərəfli tərəfdaşlıqlar bunun ən bariz nümunəsi olub. “Azərbaycan artıq 2030-cu ilə qədər olan milli fəaliyyət proqramında iqlim hədəflərini müəyyənləşdirib. Buraya bərpaolunan enerji mənbələrinin inkişafı, tullantıların azaldılması, ekoloji davamlılığın gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi daxildir. Bu siyasət bu gün öz müsbət nəticələrini göstərməyə başlayıb. Son illərdə qeyri-neft sektoruna aid məhsulların ixracında müşahidə edilən artım ölkəmizin yeni iqtisadi modelə keçidinin göstəricisidir”,- deyə S. Bəşirli vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Bakı İqlim Fəaliyyəti Həftəsi bu baxımdan unikal bir platformadır. Burada dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək ideyalarını, təcrübələrini və həll yollarını bölüşürlər. Bu müzakirələr nəticəsində yeni təşəbbüslər yaranır, daha güclü əməkdaşlıqlar formalaşır: “Bilirik ki, iqlim böhranı yalnız bir ölkənin səyi ilə həll edilə bilməz. Bu, qlobal həmrəylik və birgə məsuliyyət tələb edir. Azərbaycan COP29-dan sonra da bu məsuliyyəti öz üzərinə götürüb və beynəlxalq tərəfdaşlarla birlikdə işləməyə davam edir. Biz inanırıq ki, atılan hər bir addım, qəbul edilən hər bir qərar gələcək nəsillər üçün daha sağlam, daha yaşıl və daha davamlı dünya qurmağa xidmət edəcək”.

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 həm regional əməkdaşlığı gücləndirmək, həm də qlobal iqlim məqsədlərinə çatmaq üçün vacib bir platformadır. Burada irəli sürülən təşəbbüslər, qurulan tərəfdaşlıqlar və qəbul edilən qərarlar yaxın illərdə iqlim siyasətinin formalaşmasında mühüm təsirə malik olacaq. Tədbir çərçivəsində iqlim sahəsində fəaliyyət göstərən startaplar və innovativ layihələr üçün platforma rolunu oynayır.

Sənaye və innovasiya liderləri, həmçinin yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar müxtəlif sahələr üzrə təşkil edilən sektorial dəyirmi masalarda iştirak edirlər. Burada konkret texnoloji həllər, biznes modelləri, investisiya imkanları və yaşıl keçidin iqtisadi əsasları ətrafında fikir mübadiləsi aparılır.

Tədbirin diqqətçəkən yeniliklərindən biri isə iqlim idarəçiliyinə və fəaliyyətinə yeni baxış bucağı gətirən sessiyaların gənclərin moderatorluğu ilə təşkilidir. Bu sessiyalar gənc liderlərin və ekofəalların təşəbbüslərini önə çıxarır, onların baxışlarının siyasət və qərarvericilik proseslərinə inteqrasiyasını təşviq edir. BCAW2025 gənclərin iqlim mövzusunda təkcə iştirakçı deyil, həm də dəyişimin aparıcı qüvvəsi kimi çıxış etməsinə geniş imkan yaradır.

Tədbirin məqsədi yalnız mövcud problemləri müzakirə etməklə kifayətlənmək deyil, eyni zamanda, iqlim dəyişikliklərinə qarşı mübarizədə innovativ və praktik həll yollarının müəyyən edilməsi, tətbiqi və genişləndirilməsidir. Bu baxımdan həftə ərzində özəl sektor nümayəndələri, elmi tədqiqat qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında möhkəm tərəfdaşlıqların qurulması əsas prioritetlərdən biri olacaq. Əməkdaşlıq imkanlarının genişləndirilməsi və elmi əsaslı yanaşmaların iqlim siyasətinə inteqrasiyası tədbirin mərkəzi xəttini təşkil edəcək. Xüsusilə aşağı karbonlu iqtisadiyyatın qurulması, bərpaolunan enerji mənbələrinin tətbiqi, enerji səmərəliliyi kimi konkret layihələrin və təşəbbüslərin irəli sürülməsi nəzərdə tutulur.

Göründüyü kimi, Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 təkcə bir tədbirlər silsiləsi deyil, həm də iqlim sahəsində daha güclü, məqsədyönlü və əlaqələndirilmiş fəaliyyət üçün regional və qlobal miqyasda önəmli bir platforma rolunu oynayır. Bu çərçivədə aparılan müzakirələr, qurulan əməkdaşlıqlar və irəli sürülən təşəbbüslər isə Azərbaycanın iqlim liderliyini daha da möhkəmləndirir, dayanıqlı gələcəyin qurulmasına əhəmiyyətli töhfə verir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

III MDB Oyunları hər bir ürəkdə qələbə işığı yandıracaq

Next

FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv