Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanı Türkiyədə vuranlar: Tehran və Moskva iş başında – saxlanan Tuğberki niyə buraxdılar?!

By Vüsal Rafiqoğlu
30.09.2025 3 Min Read

Türkiyədə son günlər Azərbaycana qarşı yeni bir dezinformasiya kampaniyasının başladığı müşahidə olunur. Bu dəfə yayılan məlumatlarda, İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışında azərbaycanlı rəsmilərin iştirak etdiyi iddia edilən saxta şəkil ictimaiyyətə təqdim edilib.

Ekspertlərin açıqlamasına görə, yayılan foto ötən ilin sentyabrında Netanyahunun mavi qalstukla etdiyi çıxış zamanı çəkilib və onun real hadisə ilə heç bir əlaqəsi yoxdur. Foto asanlıqla saxta olduğu müəyyən edilə bilər və bu, məqsədli şəkildə yanlış təəssürat yaratmaq üçün istifadə olunub.

Bu arada, İspaniyada yaşayan və Azərbaycan əleyhinə bu cür saxta xəbərlər yayan Tuğberk adlı şəxs Türkiyədə hava limanında saxlanılıb.
O, ifadəsini verdikdən sonra İspaniyaya qayıdıb.

Analitiklər bildirirlər ki, belə dezinformasiya kampaniyaları yalnız ictimai rəyi çaşdırmaqla kifayətlənmir, həm də Azərbaycanın beynəlxalq imicinə təsir göstərməyə yönəlib.

Əslində Azərbaycana qarşı bu kampaniyalar kimlər tərəfindən və hansı məqsədlə həyata keçirilir?

Azər Həsrət: Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin mesajından  ciddi nəticələr çıxarmalıdır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı Musavat.com-a danışıb. Siyasi şərhçi təəssüflə qeyd edib ki, belə informasiyalar qardaş Türkiyədə zaman-zaman tirajlanır və bununla da Türkiyənin daxilində anti-Azərbaycan ovqatı körüklənir:

“Bir təəssüfimi də əlavə etmək istəyirəm ki, qardaş Türkiyə dövləti bəzən bu məsələlərə reaksiya verməkdə gec qalır. Halbuki elə ilk andan saxta olduğu bilinən belə informasiyalara qarşı dövlətin müvafiq orqanları dərhal tədbir həyata keçirməlidir. Türkiyə dövlət başqanlığında belə dezinformasiyaya qarşı mübarizə aparan qurum var və həmin qurum dərhal reaksiya verə bilərdi. Eyni zamanda Türkiyənin televiziya kanallarında, xüsusilə TRT-1-də bununla bağlı məlumat yayıla bilərdi. Amma bunu etmədilər; etmədiklərinə görə də informasiya saniyələrlə dünyanın hər yerinə yayılaraq çoxalır, bilən də, bilməyən də ona inanmağa başlayır. Belə bir şəraitdə dövlətin çevikliyi vacibdir”.

Siyasi şərhçinin fikrincə, bu fürsət əldən qaçırılıbsa belə, mübarizə aparmaq üçün hələ gec deyil:

“Əlbəttə, Azərbaycanın əlində yetərincə imkanlar var, sadəcə “kimlər və niyə bunu edir?” sualına cavab olaraq deyə bilərəm ki, qardaş Türkiyədə bu cür kampaniyaları təşkil edənlər birbaşa Moskva, Tehran və Ermənistanla bağlı mərkəzlərdir. Onlar, durduqları yerdə, özlərindən nəsə uydurub tirajlayırlar. Təəssüflər olsun ki, Türkiyədə insanların böyük əksəriyyəti siyasi cəhətdən hazırlıqsız və savadsızdır, onlar hər dezinformasiyaya inanırlar. Ona görə də həmin kampaniyaların alətinə çevrilirlər və saxta informasiyaları tirajlayırlar.

Təəssüf ki, hətta uzun illərdir milliyyətçi kimi tanıdığımız adamların bir qismi də anti-Azərbaycan kampaniyalarına qoşulur. Adamlara izah edirik ki, niyə bu cür kampaniyalara qoşulursunuz, cavab verirlər ki, “Azərbaycan Netanyahunun, İsrailin yanında durur, niyə Fələstinə dəstək olmur və s.”. Adamların xəbəri yoxdur ki, hazırda Qəzzada baş verənlərə Fələstin muxtariyyətinin rəhbəri Məhmud Abbasın özü səbrlə və təmkinlə yanaşır. Yəni, Fələstinə aid torpaqda müharibə gedir, Fələstin dövlətinin rəhbəri belə təmkinli davranarkən Türkiyədə bir qrup adam bizdən tələb edir ki, Azərbaycan İsraillə qarşı-qarşıya dayansın. Bu yanaşma məntiqlə ziddiyyət təşkil edir.

Şəxsən mən, siyasi şərhçi Azər Həsrət olaraq, Fələstin adından dərdim olmayıb, yoxdur və olmayacaq da. Qardaş Türkiyədəki bəzi cahillər buni başa düşməlidir. Əgər onlar Fələstin üçün bu qədər narahatdırlarsa, əllərinə silah alıb İsrailə qarşı vuruşa bilərlər. Yoxsa kompüter arxasında oturub ağla gələn hər şeyi tirajlamaqla məsələ həll olunmur”.

Azər Həsrət vurğulayıb ki, Azərbaycan və Türkiyə dövlət qurumları əməkdaşlıq edərək bu cür dezinformasiyıların qarşısını birlikdə almalıdırlar:

“Birlikdə bunu təməl qoymalıyıq. Necə ki Azərbaycandan kimsə Türkiyəyə bir söz deyəndə bizim insanlar dərhal reaksiya göstərir və dünyanın necə olduğunu izah edirlər, eləcə də Türkiyədə bizim tərəfdarlarımız sinə gərib anti-Azərbaycan qüvvələrə qarşı durmalıdırlar. Yoxsa Moskvanın, Tehranın və Ermənistanın əlinə alət olmağa davam edəcəklər. Həmin ünsürlər həm də Türkiyəni öz hədəfləri üçün istifadə edirlər. Türkiyə dövlətinin buna təmkinli yanaşmaması lazımdır”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Parlamentin qəbul etdiyi Bəyanatın TAM MƏTNİ

Next

Oktyabrda 4 BÜRC çətinliklə üz-üzə qalacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv