Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Minaaxtaranlara “veteran” statusu verilə bilərmi?

By Vüsal Rafiqoğlu
30.09.2025 4 Min Read

Milli Məclis hökumətdən təklif gözləyir – ekspertlər də dəstəkləyir

Azərbaycanın azad olunmuş ərazilərində aparılan minatəmizləmə əməliyyatları ölkənin təhlükəsizliyi və bərpa-quruculuq prosesinin əsas şərtlərindən biridir. Vətən müharibəsində iştirak edən minaaxtaranlara “müharibə veteranı” statusunun verilməsi təklifi də son günlər gündəmə gəlib. Bu məsələ “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin kasetli sursatlarla bağlı hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, mina əməliyyatları zamanı yaralanan şəxslərə “müharibə əlili”, Vətən müharibəsi dövründə fəaliyyət göstərən minaaxtaranlara isə “müharibə veteranı” statusu verilməsi məsələsi nəzərdən keçirilməlidir. Bu, həm onların təhlükəli əməyinə dövlət səviyyəsində dəyər verilməsi, həm də sosial müdafiə baxımından mühüm addım ola bilər.

Mina təmizləmə əməliyyatlarını əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl şirkət həyata keçirir.

2020-ci ilin noyabrından 2025-ci ilin sentyabrına qədər aparılan əməliyyatlar nəticəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonları da daxil olmaqla, ümumilikdə 228,689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Bu müddətdə 210,655 ədəd partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda həm xüsusi təlim görmüş itlər, həm də müasir mexaniki texnika istifadə olunub.

Rəsmi məlumata görə, təkcə 2025-ci ilin ilk yeddi ayında 15 mina hadisəsi baş verib, nəticədə 20 nəfər xəsarət alıb. 2020-ci ildən bəri ümumilikdə 70 nəfər həlak olub, 332 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Daha geniş miqyasda baxdıqda isə, 1991-ci ildən bu günə qədər 3 400-dən çox vətəndaş mina və PHS qurbanı olub.

Əldə olunan nəticələr mühüm olsa da, iş hələ də tam başa çatmayıb. Ermənistanın qeyri-dəqiq və natamam mina xəritələri, həmçinin azad edilmiş ərazilərin dağlıq və mürəkkəb relyefi işin sürətini ləngidir. Mütəxəssislərin hesablamalarına görə, mövcud resurslarla bütün torpaqların tam şəkildə minalardan təmizlənməsi ən azı 30 il çəkə bilər.

Dünya təcrübəsi göstərir ki, minatəmizləmə əməliyyatlarında iştirak edən şəxslərə bir çox ölkədə xüsusi status verilir. Məsələn, Bosniya və Herseqovinada 1990-cı ildə müharibədən sonra minaaxtaranlar “dövlətin müdafiəsinə xidmət edən şəxslər” kateqoriyasına daxil edilib və sosial təminatlarla əhatə olunublar.

Kambocada uzun illər davam edən münaqişələrdən sonra minatəmizləyənlər milli qəhrəman statusuna yaxın sosial imtiyazlara sahibdirlər, onların ailələrinə də xüsusi güzəştlər tətbiq olunur.

Əfqanıstanda BMT-nin dəstəyi ilə həyata keçirilən proqramlarda minaaxtaranlar rəsmi olaraq “sülhün qorunması üçün çalışan mülki qəhrəmanlar” adlandırılır və dövlət tərəfindən mükafatlandırılır.

Xorvatiyada isə Avropa İttifaqına inteqrasiya prosesi çərçivəsində minatəmizləyənlərə sosial paketlər təqdim olunub, onlara əlavə tibbi sığorta və güzəştlər verilir.

Bu nümunələr göstərir ki, minaaxtaranların əməyinə dövlət səviyyəsində qiymət verilməsi yalnız mənəvi təşəkkür deyil, həm də beynəlxalq humanitar normalara uyğun bir addımdır.

Minatəmizləmə əməliyyatlarında iştirak edən mütəxəssislər faktiki olaraq hərbi əməliyyat şəraitində fəaliyyət göstərirlər. Onlar hər gün həyatlarını riskə ataraq həm ölkənin təhlükəsizliyini təmin edir, həm də azad edilmiş torpaqlara böyük qayıdışın əsasını qoyurlar.

Ekspertlər hesab edir ki, minaaxtaranlara “veteran” statusunun verilməsi yalnız mənəvi deyil, həm də hüquqi-sosial ədalətin təcəssümü olardı. Bu status həmin şəxslərə əlavə imtiyazlar qazandırmaqla yanaşı, onların əməyinə verilən yüksək dövlət qiyməti kimi də qəbul edilə bilər. Çünki Azərbaycanın mina problemi hələ uzun illər ölkənin təhlükəsizlik gündəliyində qalacaq. Bu mübarizənin ön cəbhəsində dayanan minaaxtaranların əməyinə dövlət tərəfindən xüsusi status verilməsi, həm təhlükəli peşəyə marağı artırar, həm də ictimai rəydə onların roluna layiqincə qiymət verilməsini təmin edər.

Hafiz Səfixanov minalarla mübarizədə əməkdaşlıq, ağac əkmə kampaniyasından  danışdı - AÇIQLAMA

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, məsələ millət vəkillərinin nəzərinə çatdırılıb. Onun sözlərinə görə, Milli Məclis hökumətdən təklif gözləyir. Hökumət Milli Məclisə belə bir təkliflə müraciət etməlidir: “İnsanın düşmənin atdığı güllədən yaralanması ilə onun qoyduğu minadan yaralanması arasında heç bir fərq yoxdur. O, düşmənin təxribatı nəticəsində əlillik qazanıb. Buna görə də belə bir təkliflə çıxış etmişdik”.

Bu mənim ilk qrip karantinim deyil" - Sahib Məmmədov ilə müsahibə

Sahib Məmmədov

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, döyüş əməliyyatı zonasında mina axtaran şəxs hərbçidirsə, ona “müharibə veteranı” və ya “müharibə əlili” statusu verilə bilər: “Döyüş əməliyyatı zamanı fəaliyyət göstərən mülki işçi ilə də bağlı müəyyən qərar qəbul etmək olar. Çünki onun düşmən təxribatından xəsarət alma ehtimalı var.

Dinc dövrdə isə minaaxtaran hər hansısa zərər görürsə, bu zaman hadisə istehsalatda bədbəxt hadisə və peşə xəstliyi kimi qiymətləndirilir, qanuna uyğun olaraq da kompensasiya verilir. Doğrudur, mina axtarmaq ən riskli işlər sırasındadır. Təəssüf ki, minaaxtaranlar o siyahıda yoxdur. Mən dəfələrlə demişəm ki, ən riskli iş kimi siyahıya alınmalıdır. Lakin bütün hallarda dinc dövrdə mina axtarmaq hərbi deyil, mülki iş kimi qəbul edilir. Şaxtalarda işləyənlər də ən riskli peşə ilə məşğul olurlar. Onların da hər an ölüm ehtimalı var və risklidir.

Bu baxımdan “müharibə veteranı” və “müharibə əlili” statusu yalnız döyüş əməliyyatları aparılan və ya döyüşən ordunun hücuma keçməsini təmin edən zaman iştirak edən şəxslərə verilə bilər”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlin sonu 6 BÜRC üçün çox sehrli olacaq

Next

Bakıda bu ərazilər qazsız qalacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv