Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyanın Bakıdan iki qəribə gözləntisi – biri Zəngəzur…

By Vüsal Rafiqoğlu
30.09.2025 4 Min Read

Erməni baş nazir BMT tribunasından Naxçıvana maneəsiz keçidin adı və “həbs olunanların problemini” qaldırmaqla bizdən nə umur? – rəylər

“İtkin düşmüş sayılan şəxslərin taleyinə aydınlıq gətirilməsi, uzun müddətdir davam edən münaqişənin nəticəsi kimi həbs olunanların probleminin həlli bizim gündəlik fəaliyyətimizin mühüm tərkib hissəsidir”.

Bu sözləri ötən həftəsonu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

Paşinyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə artıq dönüş yaranıb. “Sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya olunmaqla ali hüquqi qüvvə qazanıb. Ermənistan və Azərbaycan dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişi razılaşdıra bilib və sənəd avqustda ABŞ-də paraflanıb. Fədakarlığı, ardıcıllığı və dürüstlüyü ilə qeyri-mümkün kimi görünənləri mümkün edən ABŞ Prezidenti Donald Trampın bu sülh prosesində rolu mühümdür. Beləliklə, sülh bərqərar oldu, lakin bu, gündəlik qayğı tələb edir”, – baş nazir qeyd edib.

O, çıxışında həmçinin Zəngəzur dəhlizi ifadəsinin Vaşinqtonda imzalanmış razılaşmalarda əks olunmadığını xüsusi vurğulayaraq, bunun rəsmi diskursda işlədilməməli olduğunu xahiş edib. Bu zaman unudub ki, Ağ Evdə imzalanan sənədlərdə əksini tapmış “Naxçıvana maneəsiz keçid” elə dəhliz məntiqi deməkdir.

İkincisi, Paşinyan BMT tribunasından “həbs olunanların problemini” qaldırmaqla nəyi nəzərdə tutur, Bakıdan nə umur? Bura hərbi cinayətlərdə ittiham olunan və məhkəməsi gedənlər də daxildimi? Sülh sənədi imzalanana və ya qonşu ölkədə növbəti parlament seçkilərinədək erməni dustaqların bir qismi qaytarıla bilərmi?

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi” |  Modern.az

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsini bu şəkildə dilə gətirməklə yenə özü-özünü təkzib edib: “O BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda “Zəngəzur dəhlizi” ifadəsinin gündəmdən çıxarılması gərəkliyini bildirib. Ona toxunan odur ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmadan sonra həmin layihə qısa adı “Tramp dəhlizi” (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) kimi çağırılmalıdır. Halbuki Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni “Zəngəzur dəhlizi” adlandırmasına etiraz etməməsini belə əsaslandırmışdı: “Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən “Tramp marşrutu”na qoşulacaq layihə belə adlandırıla bilər”.

Görünür, Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı beynəlxalq aləmdə də “Zəngəzur dəhlizi” ifadəsi populyardır, bir qism hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur. 1990-cı illərin sonlarında beynəlxalq tədbirlərin birində erməni ekspertlə adla bağlı mübahisəmi xatırlayıram. Çıxışımda Xankəndi söylədikcə o əsəbiləşirdi, fasilədə mənə yaxınlaşaraq “Stepanakert qəbul olunmuş addır, niyə reallığı qəbul etmək istəmirsiz” deyə sual etmişdi. “Kimin necə adlandırmasından asılı olmayaraq bizim üçün həmin şəhər Xankəndidir” demişdim və sonda biz deyən oldu, bu gün beynəlxalq aləm də bu adı qəbul edib. İndi ermənilər kefləri istədikləri qədər “Tramp dəhlizi” ifadəsindən istifadə edə bilərlər, biz bu adla yanaşı, “Zəngəzur dəhlizi” ifadəsindən də istifadə edəcəyik. Bu ada dəhlizin ikinci adının müəllifi olan Ağ Ev sahibi də etiraz etmir. Əsas olan Azərbaycan vətəndaşlarının Zəngəzur və Tramp dəhlizindən maneəsiz istifadəsinin təmin edilməsidir. Paşinyan bunu reallaşdırmalıdır, özünün istifadə etdiyi “Tramp dəhlizinin” də əsas şərti məhz budur”.

Politoloq qeyd etdi ki, Nikol Paşinyan üçün Bakıda məhkəməsi gedən separatçıların məsələsi əsas məsələ deyil: “Əslində həmin cinayətkar dəstənin nə azad olunmasını, nə də Ermənistana verilməsini Paşinyan istəyir. Sadəcə, seçkilər yaxınlaşdıqca erməni cəmiyyəti, daxili auditoriya üçün son vaxtlar Paşinyan Bakıda həbsdə olan ermənilərin məsələsi” kimi fikirlər səsləndirir. Məqsəd seçkiqabağı dövrdə müxalifətin, revanşistlərin, Qarabağ klanının əlinə “Paşinyan Bakıda həbsdə saxlanan ermənilərin məsələsini dilinə gətirmir” kimi antitəbliğat üçün bəhanə verməməkdir. Şübhəsiz ki, Bakı da bunu bu cür qəbul edir və Paşinyanın qaldırdığı məsələyə Bakı “qaldırdığın məsələni qəbul edirik” kimi cavab verəsi deyil. Separatçı canilərin məhkəməsi gedir və onlar qanun qarşısında cavab verirlər, cəzalarını da alacaqlar. O ki qaldı müharibə zamanı itkin düşmüş şəxslərin məsələsinin qaldırılmasına, Ermənistan özü ilk növbədə bu məsələdə cavab verməli tərəfdir. 4 minə yaxın azərbaycanlı Birinci Qarabağ müharibəsində itkin düşüb və onların böyük əksəriyyəti Ermənistan tərəfindən əsir götürülüb. Ermənistanın heç bir hökuməti bu qədər azərbaycanlının taleyi haqda məlumat vermir. Azərbaycanın bu məsələ barədə İrəvan qarşısında tələbi qüvvədə qalır. Paşinyan ilk növbədə bunun cavabını verməlidir”.

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər  baş verməkdədir" » Newscenter.az

 Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Nikol Paşinyan BMT Baş Assambleyasında təxminən 25 dəqiqəlik çıxışının daha çox hissəsini Azərbaycan Prezidenti İlham Əliyevin orada etdiyi çıxış əsasında qurub: “Sanki Paşinyan daha çox Azərbaycan Prezidentinin çıxışındakı fikirlərə cavaba fokuslanmışdı. Erməni baş nazir itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini istədiyini deyir. Bu tələblə Azərbaycan illərdir ki, çıxış edir. Azərbaycanın Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşı itkin düşüb. Onların çoxunun Ermənistan tərəfindən girov və əsir götürüldüyü məlumdur. Ermənistan bu günə qədər həmin şəxslərin sonrakı taleyi barədə Azərbaycana, müvafiq beynəlxalq təşkilatlara məlumat verməyib. Bu, əslində Ermənistanın beynəlxalq konvensiyaların tələblərini pozmasıdır. Ermənistan özünün törətdiyi cinayətlərin üstünün açılmaması üçün məlumatları gizli saxlamaqla növbəti cinayətə yol verir. Bu faktor Azərbaycanla Ermənistan arasında sülh prosesinə təsir edə biləcək çox həssas faktorlardandır. Səmimi və əbədi sülh istəyiriksə, bu cür məsələlərə aydınlıq gəlməli və suallar qalmamalıdır”.

Politoloq bildirdi ki, Zəngəzur dəhlizi söhbətini Paşinyanın gündəmə gətirməsi Ermənistanın yenə də kəlmələr üzərində oyun qurmağa başlamasıdır: “Məsələnin bu şəkildə qoyulması sülh prosesinə mənfi təsir göstərir. Ərazinin tarixi adı Zəngəzurdursa, oradan keçən yolun adının Zəngəzur olmasında qeyri-adi nə isə axtarmaq düzgün deyil. Ola bilsin ki, Paşinyan erməni xalqını sakitləşdirmək üçün o cür fikirlər səsləndirir. Bakıda həbsdə saxlanan ermənilərin məsələsini BMT tribunasından səsləndirməsi də Paşinyanın erməni cəmiyyətinə hesablanmış fikirləridir. Paşinyan əslində Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinin bu gün buraxılmasını və gedib Ermənistanda yaşamalarını istəmir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vitkoff vəzifəsindən gedəcək

Next

ADB: 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 2,4 % artacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv