Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakı-Moskva xətdində “sülh dili” – Emosiyalar yox, diplomatiya qalib gəldi

By Vüsal Rafiqoğlu
11.10.2025 4 Min Read

Azərbaycanla Rusiya arasında son aylarda müşahidə olunan gərginlik Düşənbədə keçirilən Vladimir Putin və İlham Əliyev görüşündən sonra arxada qalıb. Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, AZAL təyyarəsinin qəzaya uğramasından sonra yaranan emosional fon aradan qalxıb və münasibətlər “normal məcraya” qayıdıb:

“İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır.

Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik.

İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, – əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, – raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub. Həmçinin ona təklif olunub ki, – bu da “qara qutular”da var, yaxşı eşidilir, – Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır.

Faciənin səbəblərini indi Sizə təqdim etdim. Bütün bunlar baş verənlərin texniki xarakteristikasının dəqiq analizindən və “qara qutular”ın nəticələrinin saniyəbəsaniyə yoxlanılmasından sonra sənədlərdə öz əksini tapıb.

Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, -deyə Putin İlham Əliyevlə görüşündə bildirib.

ddd875607f144a1755b8f55ea0f5db61.jpg (150 KB)

Putinin sözlərinə görə, istintaq demək olar ki, yekunlaşıb, hadisənin səbəbləri aydınlaşıb, faciə ətrafında anlaşılmazlıq doğuran bütün detallar artıq sənədləşdirilir. O, Prezident İlham Əliyevlə danışıqlardan sonra “pis səhifənin bağlandığını” vurğulayıb:

“Ümid edirəm ki, bu səhifəni çevirdik və irəliyə doğru gedəcəyik. Heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcək və böyük planlarımızı həyata keçirəcəyik”

Əslində, bu sözlər həm də iki ölkə arasında aparılan intensiv, amma sakit diplomatik təmasların nəticəsidir. Son dövrlər tərəflər emosiyadan uzaq, soyuqqanlı şəkildə münasibətləri normallaşdırmağa çalışırdılar və görünür, bu səylər nəticə verib. Putinin sözləri də bunu təsdiq edir. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və əməkdaşlıq dinamikası davam edir, emosiyalar isə iki ölkə münasibətlərinin inkişafına mane olmamalıdır.

“Düşünürəm ki, bütün bu çətinliklər artıq keçmişdə qalıb. Bu, emosiyaların böhranı idi, ancaq biz onu arxada qoyduq”.

Azərbaycan–Rusiya münasibətlərinin normallaşması təkcə iki dövlətin yox, bütün regionun maraqlarına cavab verir. Qafqazda yeni qarşıdurma ocağının yaranması heç kimin marağında deyil. Lakin Qərbdəki bəzi dairələr və Rusiyanın öz daxilindəki ermənipərəst, revanşist qruplaşmalar məhz bunu arzulayırdılar. Onlar Bakı ilə Moskva arasında süni şəkildə gərginlik yaradaraq, sanki “ikinci cəbhə” açmaq, Azərbaycanı təzyiq meydanına çevirmək istəyirdilər.

Bu plan baş tutmadı. Çünki hər iki paytaxtda emosiyalar yox, dövlətçilik məntiqi üstün gəldi. İlham Əliyev və Vladimir Putin məsuliyyətli liderlər kimi situasiyanı nəzarətdən çıxarmağa imkan vermədilər.

c9798c9f60959749a60df12bd6cfac07.jpg (164 KB)

Prezident İlham Əliyev Düşənbədəki görüşdə Rusiya tərəfinin istintaqa şəffaf yanaşmasını və şəxsi nəzarəti xüsusi qeyd etdi:

“Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim.

Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir.”, – deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan liderinin sözləri həm diplomatik təmkinin, həm də qarşılıqlı etimadın ifadəsidir. Bu ton həm də rəsmi Bakının emosiyalara deyil, dövlət maraqlarına və konkret nəticələrə əhəmiyyət verdiyini göstərir.

Düşənbə görüşü dərhal praktiki nəticələrə də yol açdı. Rəhbərliklər arasında razılaşmaların ardınca “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxıldı. Bu isə həm rəsmi təşəbbüslərin, həm də arxa planda gedən razılaşmaların olduğunu göstərir. Bunlar qarşılıqlı addımların və razılaşmaların icrası istiqamətində atılan ilkin, amma vacib göstəricilərdir.

resize.php (65).jpg (99 KB)

Münasibətlərin bərpası ilə bağlı ən vacib növbəti addım Rusiyada yaşayan azərbaycanlılara qarşı son aylarda müşahidə olunan təzyiqlərin dayandırılması olmalıdır. Bu məsələ həm humanitar, həm də siyasi əhəmiyyət daşıyır. Bu cür təzyiqlərin ən ağır formasını azərbaycanlılar bu ilin iyun ayında xüsusi iləYekatrinburq hadisəsi zamanı gördülər.

Prezidentlərin görüşündən sonra artıq Rusiya hüquq-mühafizə orqanlarının bu istiqamətdə lazımi impulslar aldığı ehtimal olunur. Çünki iki ölkə arasında “sülh dili” bərpa olunduqca anti-Azərbaycan kampaniyaları üçün zəmin daralır.

Düşənbə görüşü bir daha göstərdi ki, Azərbaycanla Rusiya arasında münasibətlərin bərpası hər iki tərəfin qalibiyyətidir. Bu, nə kiminsə güzəştə getməsi, nə də kiminsə təzyiqlərə boyun əyməsi deyil.

Bu, sivil və praqmatik diplomatiyanın qələbəsidir – emosiyaların yox, dövlət maraqlarının üstün gəldiyi bir mərhələdir.

İndi əsas məsələ bu müsbət dinamikanı qorumaq və qarşılıqlı inamın yenidən siyasi və iqtisadi əməkdaşlığa çevrilməsini təmin etməkdir.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda vulkan püskürməsi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Next

Bərdədə avtoqəzada xəsarət alanların SON DURUMU

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv