Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığı

By Vüsal Rafiqoğlu
21.10.2025 4 Min Read

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Dövlət başçılarının bəyanatları siyasi münasibətlərin artıq dostluqdan qardaşlığa keçdiyini və bu əməkdaşlığın əsas sütununun iqtisadi-ticarət əlaqələri olduğunu təsdiqlədi. Prezident Tokayevin “iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir” fikri, Prezident İlham Əliyevin “bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik” bəyanatı son illərdəki ticarət artımının siyasi məntiqini formalaşdırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova “İki sahil”ə bildirib ki, son altı ilin göstəricilərinə əsasən, Azərbaycan–Qazaxıstan ticarət əlaqələri həm həcm, həm də struktur baxımından mühüm dönüş mərhələsindən keçib. Ümumilikdə, 2020–2025-ci illərdə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi təxminən 3,8 dəfə artıb, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. 2025-ci ilin yanvar–avqust aylarında isə göstərici artıq 547,6 mln. ABŞ dollarına yüksəlib. Bunun 481,6 milyon dollarını idxal, 66 milyon dollarını isə ixrac təşkil edir. Qazaxıstandan Azərbaycana idxal olunan məhsulların təxminən 90%-i üç kateqoriyadan ibarətdir: qızıl (yarımemal formalarda) – təxminən 54%, buğda – 25%, xam neft və neft məhsulları – 8%. Bu göstəricilər Qazaxıstanın Azərbaycan üçün enerji və xammal mənbəyi rolunu təsdiqləyir.

Azərbaycanın Qazaxıstana ixracında isə son illərdə sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artır. 2025-ci ilin göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35%, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17%, dizel mühərrikli avtomobillər 10% təşkil edib ki, bu ixrac strukturu Azərbaycanın Qazaxıstan bazarında re-eksport və sənaye təchizatçısı kimi rolunun möhkəmləndiyini göstərir.

Vüsalə Cəfərova Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələrinin də genişləndiyini qeyd edib. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. 2005-2025-ci illərdə Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon ABŞ dolları, Qazaxıstandan isə Azərbaycana 156 milyon ABŞ dolları həcmində investisiya yönəldilib. İki ölkə arasında investisiya əlaqələri də səfərin əsas gündəliyində durur. Beləliklə, səfər zamanı iki liderin iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında bəyan etdiyi hədəflər bu rəqəmlərlə birbaşa uzlaşır.

2025-ci ilin ticarət dinamikası göstərir ki, tərəflər arasında xammal ticarətindən yüksək əlavə dəyərli sənaye və xidmət əməkdaşlığına keçid gündəlikdədir. Prezident İlham Əliyevin səfəri bu keçidin yeni mərhələsinə start verən əsas siyasi hadisə kimi qiymətləndirilə bilər.  Azərbaycanın ixrac payının artırılması üçün emal sənayesi, aqrar məhsullar və logistika sahəsində potensial gücləndirilməlidir.

Əlavə olaraq, son illərdə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı turist axınının da dinamik artım nümayiş etdirdiyi müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, 2023-cü ildə Qazaxıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 49 min nəfərdən 2024-cü ildə 51 min nəfərə yüksəlib, 2025-ci ilin yanvar–avqust aylarında isə artıq 34 min nəfərə çatıb. Azərbaycanı ziyarət edən Qazaxıstan vətəndaşlarının sayı 2023-də 58 min nəfərdən 2024-də 86 min nəfərə çatıb, yəni təxminən 49% artıb, 2025-in ilk səkkiz ayında isə 69 332 nəfərə bərabər olub. Bu dinamika iki ölkə arasında turizm və biznes əlaqələrinin intensivləşdiyini, xüsusilə də nəqliyyat-logistika əlaqələrinin güclənməsi fonunda insan axınlarının da strateji əməkdaşlığın təbii davamına çevrildiyini göstərir.

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük dövriyyəsində Qazaxıstan limanları ilə daşımaların payı illik təxminən 35% təşkil edir. 2024-cü ildə bu həcm 2,6 milyon ton, 2025-ci ilin ilk doqquz ayında isə artıq 2,1 milyon ton səviyyəsində qeydə alınıb.

Ümumilikdə isə son illərdə məhz Azərbaycan–Qazaxıstan nəqliyyat və enerji əməkdaşlığı səyəsində Orta Dəhliz üzrə yüklərin həcmi rekord templərlə artır. Xüsusilə konteyner daşımaları təxminən iki dəfə artaraq 40,200 TEU səviyyəsinə çatıb. Son beş ildə ümumi yük dövriyyəsi 0,8 milyon tondan (2020) 4,5 milyon tona (2024) yüksəlib. 2025 üçün hədəf 5,2 milyon ton və 70 min TEU həcmində müəyyən edilib. Dəhliz üzrə Qazaxıstanın əsas ixracını neft və neft məhsulları, metal, kimya məhsulları və taxıl, idxal və tranzit axınlarını isə istehlak malları, qida, nəqliyyat vasitələri və avadanlıqlar təşkil edir.

Bundan əlavə, Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixracı getdikcə daha böyük əhəmiyyət qazanır. KazMunayGas və SOCAR arasında 2022-ci ilin noyabrından etibarən həyata keçirilən birgə ixrac çərçivəsində 2023-cü ildə 1 milyon ton, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ilin ilk səkkiz ayında isə təxminən 0,9 milyon ton neft göndərilib. Planlara əsasən, 2027-ci ilə qədər illik ixrac həcmi 7 milyon tona çatdırılacaq, həmçinin Bakı–Supsa marşrutu alternativ istiqamət kimi nəzərdən keçirilir. Bu göstəricilər Qazaxıstan üçün Azərbaycan üzərindən keçən enerji və logistika marşrutlarının strateji rolunun artdığını, iki ölkə arasında iqtisadi əməkdaşlığın artıq neft, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində dərin inteqrasiya mərhələsinə daxil olduğunu təsdiqləyir.

TDAM rəhbərinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib. Səfər zamanı dövlət başçıları münasibətləri strateji müttəfiqliyə yüksəldən “Strateji Tərəfdaşlıq Müqaviləsinin 20 illiyi ilə bağlı Birgə Bəyanat”, “Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci Qərarı” və “Xarici İşlər Nazirləri Şurasının Əsasnaməsinin təsdiq edilməsinə dair 2-ci Qərar” kimi mühüm sənədlər imzalayıblar. Bu razılaşmaların ticarət, investisiya və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığı gücləndirməsi, xüsusilə Orta Dəhliz layihələrinin inkişafını artırması gözlənilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib və yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakının mərkəzində “aləmi bir-birinə qatan” maşınlar kimindir? – VİDEO

Next

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv