Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Şuşa razılaşmasının hərbi bəndi işə düşdü – BAŞLAYIR

By Vüsal Rafiqoğlu
24.10.2025 3 Min Read

Xüsusi təyinatlılarımız Birləşmiş Ərəb Əmirliklərinin bölmələri ilə təlimlərə başlayıb; Azərbaycan hərbi müttəfiqlik arealını genişləndirir

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə birgə təlimlərə başlayıb. Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək bildirib ki, təlimin əsas məqsədi ölkələrimizin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir.

Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdirəcəklər.

Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirəcək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübəsindən bəhrələnərək, tətbiq edilən forma və üsulları mənimsəyəcəklər. Sonra təlim iştirakçıları üçün yaradılmış şəraitə baxış keçirilib. Qeyd edək ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi birgə təlimində bölmələr döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Son illərdə Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də BƏƏ-dir. BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur.

Sentyabrda Prezidenti İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşaya birgə səfər ediblər. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə budəfəki səfəri çərçivəsində sentyabrın 16-da Şuşada 14 sənəd imzalandı. Bunların ən önəmlisi isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”dir. Bu bəyannamə iki ölkə arasında münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxmasını ifadə edir və siyasi, iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsini nəzərdə tutur. O cümlədən tərəflər müdafiə və təhlükəsizlik sahələrində, xüsusən də kibertəhlükəyə qarşı birgə mübarizəni genişləndirməyi planlaşdırırlar. Müdafiə sistemlərinin yaradılması və regional sabitliyin qorunması baxımından vacibdir.

Bəyannamənin 8-ci bəndi təhlükəsizlik məsələlərində məsləhətləşmələrlə bağlıdır. Bu bənd tərəflərə milli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyətlərdə qarşılıqlı məsləhətləşmələr aparmaq imkanı verir. Xüsusi halda, komitə çərçivəsində fövqəladə iclasların keçirilməsi razılaşdırıla bilər. Bu mexanizm tərəflərin təhlükəsizlik məsələlərində vahid mövqe formalaşdırması, mümkün risklərə vaxtında və koordinasiyalı reaksiya verməsi baxımından önəmlidir.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun çoxtərəfli hərbi təlimləri davam edir: “Bu hərbi təlimlər müxtəlif ölkələrin ordu birlikləri ilə birgə həyata keçirilir. Hazırda Birləşmiş Ərəb Əmirliyi ilə paralel Orta Asiya dövlətləri ilə də hərbi təlimlərimiz olub. Həmçinin dövlət başçısı Qəbələ zirvəsində türk dövlətlərinin birgə təlimlərinin keçirilməsini təklif edib. Eyni zamanda Azərbaycanın Türkiyə və Pakistanla hərbi təlimləri olub.

Bundan başqa, cənub qonşumuzla Xəzərdə dəniz qüvvələrinin hərbi təlimləri keçirilib. Yəni Ordumuzun hərbi təlimlərdə aktiv iştirakını müşahidə edirik. Bu həm peşəkarlığın artırılması baxımdan əhəmiyyətlidir, çünki ayrı-ayrı dövlətlərin təcrübəsinə yiyələnirik, həm də əməkdaşlıq əlaqələrini genişləndiririk. Burada məqsəd çoxşaxəli hərbi əməkdaşlıq siyasəti həyata keçirməkdir. Azərbaycan ərəb dünyası ilə siyasi-iqtisadi əlaqələrlə yanaşı hərbi sahədə də münasibətləri inkişaf etdirir”.

Hərbi analitik vurğuladı ki, BƏƏ ordusu müharibə görməyib, Azərbaycan Ordusu isə yeni savaşdan çıxıb: “Bu mənada, biz də öz təcrübəmizi onlarla bölüşürük. Həmçinin ərəb əmirliyi ilə silah satışında da əməkdaşlığımız var. Yəni bu əlaqələr tərəfdaşlıq səviyyəsindən müttəfiqliyə qədər yüksələ bilər. Baxın, Azərbaycan ABŞ ilə də hərbi tərəfdaşlığı gücləndirmək niyyətindədir. Digər ölkələrlə də hərbi müstəvidə əlaqələri inkişaf etdiririk. Bu baxımdan, siyasətimiz çoxvektorludur”.

R.Məmmədli yada saldı ki, Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan silahları nümayiş etdirilib və bu da BƏƏ ilə əməkdaşlığın bir elementidir: “Onu da deyim ki, Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı ilə görüşmüşdü. Bu da tərəfdaşlığın müxtəlif sahələri əhatə etdiyini deməyə əsas verir. Bizim hərbi əməkdaşlıq sektorunda addımlarımız türk-müsəlman dünyası ilə əlaqələri sıxlaşdırmaqdır. Bura Türkiyə və Pakistan başda olmaqla, göründüyü kimi, digər müsəlman dövlətləri də daxildir. Misal üçün, Bakıda “Sonsuz qardaşlıq – IV” təlimində iştirak edən ölkələrdən biri də Qətər idi. O cümlədən Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələr qurub. Bir sözlə, zəfərdən sonra hərbi əməkdaşlıq doktrinamız və siyasətimiz genişlənir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Oktyabrın sonunda cekpot qazanacaq BÜRCLƏR

Next

Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv