Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Bərpa və quruculuq yolunda ən təhlükəli maneə

By Vüsal Rafiqoğlu
28.10.2025 4 Min Read

Mina problemi artıq təkcə lokal humanitar məsələ deyil, qlobal inkişaf gündəliyinin tərkib hissəsidir

XXI əsrdə münaqişələrin bitməsi sülhün bərpası demək deyil. Müharibələrin ən səssiz, lakin ən uzunömürlü silahı minalardır. Bu partlayıcı qalıqlar müharibə bitəndən illər sonra belə, sanki “gözə görünməz düşmən” kimi insanların həyatına, iqtisadi dirçəlişə, humanitar sabitliyə zərbə vurur. Bu, təkcə təhlükəsizlik problemi deyil, həm də bərpa, demoqrafiya, iqtisadiyyat və sosial ədalət məsələsidir.

Azərbaycan ərazisinin 13 %-dən çoxu mina təhlükəsi ilə əhatə olunub

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “Baş katibin Humanitar Silahsızlanma və Mina Təhlükəsizliyi Kampaniyası” tədbirində bildirib ki, minalar, müharibə qalıqları və partlayıcı qurğular bir çox münaqişə və post münaqişə vəziyyətində olan ölkələrdə mülki əhaliyə, hərbçilərə, sülhməramlılara, humanitar işçilərə hələ də ölümcül təhlükə yaradır. Azərbaycan belə ölkələrdəndir. Onun ərazisinin 13 %-dən çoxu bu təhlükələrlə əhatə olunub və zərərçəkənlərin sayı artır. Diplomat qeyd edib ki, genişmiqyaslı mina çirklənməsi Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsinə ciddi maneə yaradır. Bu baxımdan Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edib. Azərbaycan 2022-ci ildən etibarən BMT ilə birgə üç beynəlxalq mina konfransı təşkil edib. Konfranslar humanitar minatəmizləmə, davamlı inkişaf və mina çirklənməsinin ətraf mühitə təsiri kimi mövzular üzrə konkret nəticələr və sənədlərlə yekunlaşıb. Səfir xatırladıb ki, Azərbaycan 2023-cü ilin dekabrında 1954-cü il Haaqa Konvensiyası çərçivəsində “Minaların mədəni irs obyektlərinə təsiri” ilə bağlı qətnamənin qəbuluna nail olub. BMT Baş Assambleyasının 79/173 saylı qətnaməsi ilk dəfə Azərbaycanın təşəbbüsü ilə qəbul edilib. Qətnamədə minaların, partlayıcı qalıqların itkin düşmüş şəxslərin axtarışı və qalıqlarının tapılması prosesinə maneələr yaratdığı qeyd olunub. Diplomat mina fəaliyyətinin gender aspektinə də toxunarub. Bildirib ki, Azərbaycanda ilk qadın minatəmizləmə qrupları Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqının birgə layihəsi çərçivəsində yaradılıb. Səfir çıxışının sonunda beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha güclü həmrəyliyə və dəstəyə çağırıb: “Dünya üzrə mina təhlükəsinin miqyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini, daha çox maliyyə və texniki dəstəyi tələb edir. Humanitar minatəmizləmə istiqamətində koordinasiyalı və adekvat fəaliyyət vacibdir”. Diplomatın bu çıxışı əslində çox konkret bir mesaj verir: mina problemi artıq təkcə lokal humanitar məsələ deyil, qlobal inkişaf gündəliyinin tərkib hissəsidir. Bu çıxış Azərbaycanın mina problemini beynəlxalq hüquq, inkişaf, mədəni irs və gender bərabərliyi müstəvisində təqdim etdiyi çoxplanlı diplomatik konsepsiyanı əks etdirir. Bu yanaşma həm BMT səviyyəsində qəbul görür, həm də ölkənin postmünaqişə dövrü siyasətinin humanitar əsaslarını formalaşdırır.

Problemin faciəvi tərəfi ondandır ki…

Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpası məhz bu görünməz təhlükənin aradan qaldırılması ilə başlayır. ANAMA-nın rəsmi məlumatına görə, son 2021–2024-cü illərdə 179 min 186 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. Bu müddət ərzində 18 min 411 tank əleyhinə, 29 min 250 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Rəqəmlər təkcə görülən işin miqyasını deyil, həm də faciənin dərinliyini göstərir. Çünki bu minalar yüzlərlə insanın canını alıb, minlərlə ailəni doğma yurduna dönmək arzusundan məhrum edib.

Məsələnin faciəvi tərəfi ondadır ki, Ermənistan işğal dövründə bu torpaqlarda planlı şəkildə minalama siyasəti həyata keçirib. Bu, artıq müharibə taktikası deyil, dövlət səviyyəsində həyata keçirilmiş mina terrorudur. Üstəlik, Ermənistan minalanmış ərazilərin xəritələrini verməyi uzadır, bu da humanitar fəlakətin miqyasını artırır.

Dünya səyyahları mina faciəsini yerində gördülər

Bu gün Azərbaycanın mina problemi artıq təkcə yerli deyil, qlobal diqqət mərkəzinə çevrilir. Səkkiz ölkədən olan beynəlxalq səyyahların Füzuli rayonunun Horadiz kəndində həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanışlığı da bu baxımdan mühüm hadisə idi. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan “Extreme Travelers International Congress” klubunun üzvləri ərazidə aparılan əməliyyatları izləyərək, mina təhlükəsinin miqyası ilə yerində tanış olublar. Bu, Azərbaycanın mina reallığının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından önəmli addımdır. Çünki fakt yerində görüləndə rəqəmlərdən daha çox təsir edir. Amerikalı səyyah Duq Keysin qeyd edib ki, zaman keçdikcə minaların yerləşmə mövqeləri dəyişir — torpaq sürüşməsi, yağış, eroziya kimi təbii proseslər xəritələrin etibarlılığını azaldır. Bu isə o deməkdir ki, Ermənistanın mina xəritələrini gizlətməsi yalnız gecikmə deyil, həm də qəsdən təhlükənin artırılması, yəni insanlığa qarşı cinayət deməkdir.

Səyyahlara mina xəritələrinin olmaması, partlamamış hərbi sursatların çoxluğu, təhlükəsizliyin təmin olunması üçün aparılan nəhəng əməliyyatlar barədə ətraflı məlumat verilib. Həmçinin mina və partlamamış sursatların zərərsizləşdirilmə prosesi nümayiş etdirilib. Bu, eyni zamanda, Azərbaycanın şəffaflığına və beynəlxalq humanitar prinsiplərə sadiqliyinə də sübutdur.

Yeni statistika: təhlükənin miqyası azalmır

ANAMA-nın oktyabrın 20-dən 26-na qədər olan həftəlik hesabatına əsasən, azad edilmiş ərazilərdə 83 tank əleyhinə, 143 piyada əleyhinə mina və 5498 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1644,6 hektar ərazi minalardan təmizlənib. Bu statistik rəqəmlər göstərir ki, mina təhlükəsi hələ də aktualdır və proses uzunmüddətli xarakter daşıyır. Hər təmizlənən hektar torpaq bir kəndin, bir ailənin, bir həyatın yenidən doğuluşu deməkdir.

Azərbaycan nifrətin davamını sülhə, dağıntını quruculuğa çevirir

Bu gün azad edilmiş ərazilərdə bərpa prosesi “mina təmizlənən yollardan” keçir. Hər təmizlənən torpaq sahəsi Qarabağda, Şərqi Zəngəzurda həyatın yenidən başlaması deməkdir. Qayıdışın təməli təhlükəsizliyə dayanır. Təhlükəsizlik isə minatəmizləmədən keçir. Azərbaycan bu prosesə dövlət siyasətinin prioriteti kimi baxır, minatəmizləməni bərpa və yenidənqurma strategiyasının ayrılmaz hissəsi kimi reallaşdırır.

Minalar təkcə müharibənin qalıqları deyil, həm də nifrətin davamıdır. Amma Azərbaycan bu nifrəti sülhə, dağıntını quruculuğa çevirir. Çünki bu torpaqlarda həyat yenidən doğur. Azərbaycanın mina terroruna qarşı mübarizəsi əslində onun gələcəyə inamının ifadəsidir. Bu mübarizə həm insan həyatının, həm də dövlət suverenliyinin qorunması uğrundadır. Və nə qədər çətin olsa da, bu yolda Azərbaycan qalib gələcək. Çünki sülh, həyat və ədalət minalardan daha güclüdür.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur dəhlizi siyasi sabitlik layihəsidir

Next

Parada hazırlıq – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv