Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

NATO səfirləri Azərbaycanda – tək hədəf

By Vüsal Rafiqoğlu
28.10.2025 3 Min Read

Alyansla əməkdaşlığımız hara qədər genişlənə bilər? – Kremlin narahatlığı

NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək. Heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.

Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda olublar. Həmin səfər çərçivəsində onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.

Bu ilin iyulunda Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib. Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Son aylar Rusiya mediasında Azərbaycan-NATO münasibətlərinin inkişafına xüsusi diqqət hiss olunmaqdadır. Xüsusilə Kremlə yaxın media Cənubi Qafqazdakı prosesləri Qərbin təsirləri prizmasından təhlil edir.

Bu ilin iyununda isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərindən Kremlin narahatlığını ifadə edib. Onun sözlərinə görə, Kreml Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı riskləri tam şəkildə nəzərə aldıqlarına ümid edir. XİN rəsmisi hesab edir ki, NATO Cənubi Qafqazın təhlükəsizliyinə təhlükə törədir. Onun fikrincə, Qərbin əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır.

Azərbaycan-NATO əməkdaşlığı hara qədər genişlənə bilər? Qarşıdakı səfərin əhəmiyyəti nədir?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında Bakı və İrəvanın heç bir halda Kiyevin yolunu getməyəcəyini qeyd etdi: “Azərbaycan və Ermənistanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil. Ən azından, alyans rəsmiləri buna eyham vuracaq bəyanatlar səsləndirməyiblər. Ermənistan KTMT-də təmsil olunur. İrəvan hələ ki bu qurumdan rəsmi şəkildə uzaqlaşmayıb.  Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür. Hətta müəyyən dövrdə ona rəhbərlik də edib. Bakının NATO ilə bağlı mövqeyi də ortadadır. Sadəcə olaraq, strateji əməkdaşlıqdan söhbət gedə bilər. Əlaqələrin daha da dərinləşməsi ancaq NATO üzvü Türkiyə vasitəsilə mümkündür. Digər tərəfdən, nə Bakı, nə də İrəvan Kiyevin düşdüyü vəziyyətlə üzləşmək istəmir. Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı hegemonluğunun fərqindədir. Kremli Güney Qafqazdan tam şəkildə neytrallaşdırmadan bu iki ölkə NATO-ya üzv olmayacaq. Biz NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmuşuq. Əlaqələrimiz ancaq bu müstəvidə inkişaf edə bilər”.

Bakı HƏRƏKƏTƏ KEÇDİ: Azərbaycanın gizli bağlama siyasətində NƏLƏR VAR? – Səxavət  Məmməd yazır - Yeni Çağ

 Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Azərbaycanın NATO ilə əməkdaşlığı digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə çox rahatdır: “Cənubi Qafqaz həm Rusiya, həm də NATO üçün çox əhəmiyyətlidir. Ona görə də hər iki tərəf Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir. Müəyyən mənada müdaxilə etməyə də çalışırlar. Cənubi Qafqaz ölkələrinin birbaşa NATO ilə yüksək səviyyədə əməkdaşlıq etməsi onlar üçün müəyyən problemlər yarada bilər. Ona görə də istər Azərbaycan, istər Gürcüstan, istərsə də Ermənistan ehtiyatlı davranırlar. Çünki NATO ilə birbaşa yaxınlıq Rusiyanın birbaşa maraqlarına ziddir. Ancaq İranı da unutmaq olmaz. Azərbaycanın NATO ilə əməkdaşlıq etməsi Gürcüstan və Ermənistandan bir qədər daha rahatdır. Çünki Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə ordu modelinə keçid etdi. Türkiyə də müəyyən sahələrdə, xüsusilə hava hücumundan müdafiə sahəsində Azərbaycanın təcrübəsindən yararlanır. Bakının birbaşa NATO ilə sıx əməkdaşlıq etməsi Rusiyada qıcıq yarada bilər, ancaq Azərbaycanın Türkiyə ilə münasibətləri Rusiyanı narahat etmir. Azərbaycan məhz Türkiyə xətti ilə NATO ilə müsbət münasibətlər içərisindədir. NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərin Azərbaycana səfərləri NATO-nun təkcə ölkəmizə olan marağından yox, həm də Cənubi Qafqaza olan marağından irəli gəlir”.

Onun sözlərinə görə, təsadüfi deyil ki, onlar daha öncə Ermənistanda səfərdə olublar: “Hazırda Cənubi Qafqazda bir balans formalaşıb. Rusiya və ABŞ Cənubi Qafqazda uzlaşma əldə ediblər. Ona görə də regionda sabitliyin olduğunu müşahidə edə bilirik. NATO hazırda vahid bir təşkilat kimi də fəaliyyət göstərə bilmir. Müəyyən mənada ABŞ ilə Avropa İttifaqı ölkələri arasında anlaşmazlıqlar olur. Bunu Rusiya-Ukrayna müharibəsində dəfələrlə müşahidə etmişik. ABŞ başqa xətt tutmaq istəyir, NATO-nun Avropa üzvləri isə ABŞ-ni onların xəttinə gətirmək istəyir. NATO-nun Şərqə doğru genişlənmə planlarının uğurlu olub-olmaması mübahisəlidir. Qərbdə bəzi dairələr bunun yalnış olduğunu deyir. Hətta ABŞ də bu fikirdədir. Ancaq Avropa dövlətləri sanki bu planı davam etdirmək niyyətindədir. Avropa dövlətlərinin bu qərarı Cənubi Qafqazda əldə olunmuş ABŞ-Rusiya uzlaşmasını poza bilər. Ona görə də Cənubi Qafqaz ölkələri bu məsələdə maksimum ehtiyatlı olacaqlar. Misal üçün, Tiflisin meri Kaxa Kaladze açıq şəkildə bildirdi ki, Rusiya Ukraynaya təcavüzə başlayanda Avropa ölkələrindən biri onlara təklif edib ki, onlar da müharibəyə başlasınlar. Ona görə də Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan bu tip əməkdaşlıqda balansı qorumağa çalışacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Etimad KİDS” bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)

Next

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv