Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakının “İbrahim sazişləri”nə qoşulması yenə ertələndi

By Vüsal Rafiqoğlu
29.10.2025 4 Min Read

Avropalı ravvinlərin Azərbaycan paytaxtında keçirilməsi planlaşdırılan toplantısı niyə təxirə salındı? 

Noyabrın 3-6-da avropalı ravvinlərin Bakıda keçirilməsi planlaşdırılan toplantısı gözlənilmədən təxirə salınıb. Tədbirdə Avropa, İsrail, ABŞ və digər ölkələrdən 600-ə yaxın ravvinin iştirakı gözlənilirdi. 

Minval.info xəbər verir ki, tədbirin ləğv səbəbləri və mümkün yeni tarix açıqlanmayıb. Forumun gündəliyinə İsrailin dörd ərəb ölkəsi ilə sülh müqavilələri imzaladığı “İbrahim sazişi”nin  genişləndirilməsi də vardır. Bu dəfə müzakirə Azərbaycanın onlara qoşulmasının mümkünlüyü, eləcə də dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmlə mübarizəyə həsr olunacağı deyilirdi. Avropalı ravvinlərin həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər etməli idilər.

Qeyd edək ki, Avropada əsas pravoslav ravvinlər ittifaqı olan təşkilat Avropadakı icmalardan 700-dən çox dini lideri birləşdirir. 1956-cı ildə qurulan təşkilat Avropadakı yəhudilərin hüquqlarını müdafiə etmək üçün çalışır, din azadlığı və yəhudi icmaları ilə bağlı məsələləri müzakirə edir.

“İbrahim sazişi”nə gəlincə, bəllidir ki, 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir.

Tədbirin ertələnməsi və ya təxirə salınmasının səbəbləri haqda birmənalı fikir bildirmək çətindir. İranla bağlı bir sıra regional amilləri də nəzərə almaq lazımdır. Digər tərəfdən, uzun müddətdir ki, Tel-Əvivlə Ankara arasındakı münasibətlər soyuqdur. Hətta iki ölkə arasındakı əlaqələrdə müəyyən kəskin ritorika, söz döyüşü bir-birini əvəzləyir. Belə bir vəziyyətdə isə Bakının “İbrahim sazişi”nə “hə” deyəcəyini gözləməyə dəyməzdi…

Fikrət yeni.jpeg (153 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, Azərbaycanın yerləşdiyi böyük regiondakı ölkələr arasında olduqca mürəkkəb bir münasibətlər sistemi formalaşıb: “Bir dövlət kimi xarici siyasətimizin əsasında heç kimin daxili işlərinə qarışmamaq, hər bir ölkə ilə maksimum əməkdaşlıq etmək dayansa da, əhatəmizdə olan dövlətlər arasında baş verən ciddi qarşıdurmalar bizi hərdən çıxılmaz duruma sala bilir. Bu  sırada İsrail – Azərbaycan, İsrail- Türkiyə, Azərbaycan-İran, İran-İsrail münasibətlərindəki durum xüsusi qeyd olunmalıdır. İndi meydanda Azərbaycan üçün bəzi region ölkələri ilə “dostumun dostu mənim dostumdur, düşmənimin düşməni məni düşmənimdir” kimi münasibətlər formulası demək olar ki, işləmir. Daha doğrusu, bəzi ölkələrə münasibətdə bu formulada hər şey öz yerini  dəyişir  və o belə oxunur – “dostumun düşməni mənim dostumdur (Azərbaycan-Türkiyə-İsrail) və ya dostumun dostu mənim düşmənimdir (İran-Azərbaycan-Ermənistan)”. Kimsə deyə bilər ki, İran bizə qonşu ölkədir, dost ölkə deyil. Lakin mən belə fikirlərlə razı deyiləm. Biz İrana nə qədər qonşu ölkə desək də, əhalisinin az qala 3/2-si Azərbaycan türkləri olan bu ölkə Azərbaycana qarşı hansı münasibət sərgiləməsindən asılı olmayaraq bizə dost və qardaş ölkədir. Münasibətlərdə məntiqin bu qədər deformasiyasından bir dövlət olaraq biz müəyyən qədər əziyyət çəkirik. 44 günlük müharibədə həm Türkiyə, həm də İsrail bizim yanımızda dayanıb, qələbəmizə ürəkdən dəstək verdilər. Bu gün Azərbaycanın da səylərinə baxmayaraq, hər iki ölkə arasında yaranmış gərginlik öz həllini tapa bilmir. Qonşu İranla münasibətləri yaxşılaşdırmaq istəyimizin yetərincə reallaşa bilməməsinin səbəblərindən biri İran-İsrail düşmənçiliyidir. Bütün bu dediklərimiz fonunda Bakıda Avropa, İsrail, ABŞ və digər ölkələrdən 600-ə yaxın ravvinin iştirakı ilə keçiriləcək tədbirin təxirə salınması müəyyən qədər anlaşıla bilir. Düşünürəm ki, bu gün Qəzzada baş verənlər fonunda bütün dünya müsəlmanlarının İsrailə qarşı çıxışlar etdiyi bir durumda bizim ən azından neytral mövqedə dayanmağımız doğru seçim ola bilər.  Nə qədər çətin olsa da, biz yaranmış bu durumda balanslaşdırılmış siyasət yürütməkdə davam etməliyik. Ən doğru seçim budur…”

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Bakı üçün bu məsələ o qədər də aktual olmamalıdır: “Avropalı ravvinlərin noyabrın əvvəllərində Azərbaycanda toplantılarının keçirilməsi planlaşdırılsa da, sonradan qeyri-müəyyən müddətə təxirə salındı. Azərbaycan tolerant ölkədir və heç bir dini, milli ayrı-seçkilik olmayan ölkə kimi nümunə kimi göstərilib. Yəhudi xalqı ilə Azərbaycan xalqları arasında tarixi dostluq əlaqələri mövcuddur və qarşılıqlı mənafelərin təmin edilməsində bu amil mühüm faktora çevrilib. Təl-Əvivlə Bakı bütün beynəlxalq platformalarda bir-birilərini dəstəkləyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində də İsrail Azərbaycanın yanında oldu. Bu gün hər iki dövlət arasında əməkdaşlıq yüksək səviyyədədir. İqtisadi və ticari tərəfdaşdırlar. İxrac olunan Azərbaycan neftinin əsas alıcılarından biri də məhz İsraildir. İsrailin də Azərbaycanda qarşılıqlı investisiyaları var. İran da həmişə İsrail-Azərbaycan münasibətlərinin intensiv inkişafından narahat olub və buna zaman-zaman öz mövqeyini açıq şəkildə ifadə edib. Bakının xarici siyasəti ədalətə, beynəlxalq hüquq və prinsiplərə əsaslandığından İsrail-Fələstin probleminin nizamlanmasına bu kontekstdən yanaşır. İki dövlətli, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaranması mövqeyindən çıxış edir. Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Misirdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində Azərbaycanın iştirakı beynəlxalq miqyasda oynadığı mühüm rolunun daha bir əyani sübutu oldu. Eyni zamanda həm İsraillə, həm də İslam coğrafiyası ilə sıx əlaqələrin təzahüri idi. Avropalı ravvinlərin Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı İranda və Türkiyədə narahatlıq yaratmamalıdır. Baxmayaraq ki, Yaxın Şərqdə hazırda baş verən hadisələr və həssas dönəm nəzərə alınaraq bu tədbir təxirə salındı. Bakı qonşularının və müttəfiqlərinin mövqelərini nəzərə alır. Hətta demokratik və tolerant cəmiyyət sayılan Avropada antisemitizm geniş vüsət alsa da, Azərbaycanda belə bir hal yoxdur. Yəhudilər təhlükəsiz və azad şəkildə, Azərbaycan xalqının ayrılmaz bir tərkib hissəsi olaraq yaşayırlar. Bakının “İbrahim sazişi”nə qoşulmasına gəlincə, onu qeyd etməliyəm ki Azərbaycanla İsrail arasında münasibətlər həmin sazişdə nəzərdə tutulduğundan daha üst səviyyədə, strateji müttəfiqlik səviyyəsindədir. Azərbaycan İsrailin müstəqilliyin tanıyan tək-tək müsəlman ölkələrindən də biridir. Həmin saziş İsraili rəsmən dövlət kimi tanımayan, onunla diplomatik əlaqələri olmayan İslam dövlətləri üçün daha çox nəzərdə tutulub. Azərbaycanın da “İbrahim sazişi”nə qoşulması, məncə, o qədər də aktual olmamalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İşğalçı ordunun “qabığını” dəyişmək niyyəti

Next

Yuliya Pasternak bu dövlət qurumunda yüksək vəzifəyə təyin edildi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv