Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

ABŞ öz “düzəlişinə” düzəliş etdi, AŞ PA yola gəlmir – Bakının tələbi

By Vüsal Rafiqoğlu
30.10.2025 4 Min Read

Azərbaycana təzyiq etmək imkanları tükənib; qərəz ortadan qalxdıqdan sonra Azərbaycan nümayəndələrinin AŞ PA-da fəaliyyəti bərpa oluna bilər

Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bununla bağlı bəyanat verib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün hazırladığı iş planında bir sıra beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı inkişaf etdirmək məsələsi də yer alıb. 

Ötən il AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. AŞ PA-nın 2024-cü ilin qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib və onların səsvermə hüququ məhdudlaşdırılıb. Bundan sonra Azərbaycan nümayəndə heyəti AŞ PA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb.

Belə görünür ki, 2026-ci ilin əvvəlində də “buzlar əriməyə” bilər. Halbuki Azərbaycanla Ermənistan barışığa razılaşıb, sülh mətni paraflanıb, Bakını ittiham edən həmin qərar əhəmiyyətini itirib. Çünki Azərbaycan Qarabağdan köç edən erməniləri qovmayıb və Ermənistan hakimiyyəti də narazılıq bildirməyib.

1725540149_1680505352_fazil-mustafa.jpg (66 KB)

Fazil Mustafa 

Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a şərhində bildirdi ki, bu məsələ ilə bağlı münasibət bildirmək Azərbaycana düşmür, bu AŞ PA-nın qərarıdır: “Bu qərarın Azərbaycanın mövqeyinə təsiri yoxdur, çünki bu, ermənipərəst qüvvələrin çıxardığı qərəzli qərardır. BMT öz mövqeyində dəyişiklik etdi, ABŞ “907-ci düzəliş”i ləğv etdi. Primitiv, xaotik idarəetmə mövcuddur. Hələ də anlamırlar ki, artıq bu məsələlər üzərindən Azərbaycana təzyiq etmək dövrü bitib, imkanlar tükənib”.

sehla_celilzade.jpg (67 KB)

 Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert  Şəhla Cəlilzadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avropa Şurası Avropa İttifaqına üzv 27 ölkə daxil olmaqla, ümumilikdə Avropa siyasi məkanına aid olan 46 ölkəni əhatə edir. O vurğuladı ki, Azərbaycan coğrafi olaraq  Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovşağında yerləşsə də, Aİ ilə 1990-cı illərin sonundan etibarən inkişaf etdirilən dərin tərəfdaşlıq əlaqələrinə malikdir. 1999-cu ildə bu əlaqələr ikitərəfli “Tərəfdaşlıq və əməkdaşlıq sazişi” ilə, 2009-cu ildə isə çoxtərəfli “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində hüquqi-siyasi forma alıb: “Xüsusilə Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol bu əlaqələrin 2022-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Avropa Şurası isə Avropa siyasi məkanında insan hüquqlarını və azadlıqlarını müdafiə edən bir təşkilatdır. Avropa Şurasının iki strukturu var – Nazirlər Komitəsi və Parlament Assambleyası. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olub və dolayısıyla müvafiq strukturlarda təmsil olunur. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “ölüm hökmü”nün tətbiq olunan cəza növlərindən biri olaraq Cinayət Məcəlləsindən çıxarılması AŞ-yə üzvlük prosesini sürətləndirmək üçün idi. Bununla Azərbaycan beynəlxalq insan hüquqları və prinsipləri ilə ayaqlaşdığını nümayiş etdirirdi. Lakin AŞ-da 25 illik üzvlük dövrü göstərir ki, bu təşkilat insan hüquqlarının müdafiəsindən daha çox ölkələrin daxili işlərinə qarışan, qərəzli və ikili standartları olan, qətnamə və bəyanatlarının hətta Aİ vahid siyasəti üzərində belə real təsir gücü olmayan bir təşkilatdır. Məsələn, Azərbaycan torpaqlarını viran qoyan, işğal, soyqırımı kimi cinayətlər törədərək beynəlxalq hüquq prinsiplərini və təməl insan haqlarını pozan Ermənistana deyil, ölkəmizə qarşı xüsusilə II Qarabağ müharibəsindən sonra vüsət alan qarayaxma kampaniyası çərçivəsində AŞ strukturları tərəfindən qəbul edilən bəyanat və qətnamələr qeyd oluna bilər. Hətta 1 günlük antiterror əməliyyatından öncə qlobal erməni şəbəkəsi və onların havadarları Avropa Şurasının ölkəmizdə, Qarabağda faktaraşdırıcı missiyasının təsis olunmasına açıq çağırış edirdilər. Halbuki Azərbaycan 30 il idi ki, müvafiq institutları ölkəmizin üzləşdiyi işğalı və dağıntıları aktlaşdırmağa çağırır, onlar isə gəlmirdilər. Qarabağdakı vəziyyəti araşdırmaq üçün ölkəmizə gəlmək niyyətlərini 1 günlük antiterror tədbirlərindən sonra, 2023-cü ilin oktyabrında AŞ PA-da qəbul edilən qərəzli qətnamə və AŞ Nazirlər Komitəsinin müvafiq bəyanatında da görmək olar. Maraqlıdır ki, 2016-cı ildə AŞ PA-da Ermənistanın eko-terror cinayətləri törətdiyini və buna görə məsuliyyətə cəlb edilməli olduğunu nəzərdə tutan qətnamə qəbul edilmişdi. Lakin təbii ki, Ermənistan buna görə heç bir məsuliyyətə cəlb edilmədi, onların AŞ PA-dakı nümayəndələrinin fəaliyyəti dondurulmadı, əksinə, qətnaməni təşviq edən alman deputatlar hələ də təqibə məruz qalmaqdadırlar və Almaniya siyasətindən uzaqlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Göründüyü kimi, AŞ PA-da və digər Avropa strukturlarında ölkəmizə qarşı mövcud qərəzin, ikili standartların formalaşmasında daha üstün təsir gücləri mövcuddur. Məhz bu təsir gücləri Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsinə reaksiya olaraq 2024-cü ilin yanvarından ölkəmizin AŞ PA-dakı nümayəndələrinin fəaliyyətinin dondurulmasına nail olublar. Yalnız bu qərəz ortadan qalxdıqdan sonra Azərbaycan nümayəndələrinin AŞ PA-da fəaliyyəti bərpa oluna bilər. 8 avqust 2025-ci il tarixli Vaşinqton sülh bəyannaməsi bu istiqamətdə siyasət dəyişikliyi üçün mühüm istinadgah təşkil edir. Belə ki, Vaşinqton bəyannaməsini AŞ baş katibi Alan Berset də alqışlayıb, hətta sentyabr ayında BMT sessiyası çərçivəsində cənab Prezidentlə görüşüb. Bu, Azərbaycanın AŞ PA ilə nə qədər gərgin münasibətləri olsa da, Avropa Şurasında üzvlüyünün davam etdirilməsinin hər iki tərəfin marağında olduğunu göstərir”.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Lənkəranda qazilərin iştirakı ilə KÜTLƏVİ DAVA – Saxlanılanlar var

Next

Leyla Əliyeva Qəbələdə bu ailənin qonağı oldu – FOTOLAR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv