Hadisə Salyanda gənc oğlan faciəvi şəkildə öldü By Vüsal Rafiqoğlu 01.11.2025 1 Min Read Salyanda gənc oğlan faciəvi şəkildə həyatını itirib. “Unikal”ın məlumatına görə, rayonun Boranıkənd kənd sakini, 21 yaşlı İlqar İlham oğlu Əliyev ot biçən maşının altında qalıb. Nəticədə o həyatını itirib. Hadisənin başvermə səbəbi araşdırılır.