Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanda “Azərbaycan dili sevgisi”

By Vüsal Rafiqoğlu
03.11.2025 3 Min Read

Orta məktəblərində guya Azərbaycan dilini öyrənmək (gülməlidir, həm də 10-cu sinifdə!) xəbərlərinin arxasında ya Avropa Birliyindən qrant qoparmaq  niyyəti dayanır, ya da dünyanın gözünə “kül üfürmək” niyyəti…

Ermənilər indi guya “ayılıblar” ki, qonşu dövlətlərin dillərini öyrənmək lazımdır. Erməni mediası xəbər verir ki, ölkənin Təhsil və Elm Nazirliyi regional dil tədrisi üçün xüsusi proqram hazırlayıb. Belə ki, fars və gürcü dillərinin 5-ci sinifdən tədrisinə icazə verilir. Azərbaycan və türk dillərinin isə yalnız orta məktəbdə 10-cu sinifdən(?!) öyrənmək olar. Bildirilir ki, 2025-2026 tədris proqramında adı açıqlanmayan üç ümumtəhsil məktəbində Azərbaycan dilini öyrənmək imkanı yaradılıb.

Məlumatda deyilir ki, gələcəkdə bu təcrübə genişləndirilə bilər, lakin bu, müvafiq mütəxəssislərin sayından asılıdır. Nazirlik dil öyrədəcək müəllimlər qarşısında ciddi tələblər də qoyur. Yəni qonşu dövlətlərin (İran, Azərbaycan, Gürcüstan və Türkiyə) dilini tədris edəcək müəllim bu dili yaxşı səviyyədə bildiyini sübut etməlidir. Nazirlik etiraf edir ki, hazırda belə müəllimlər azdır…

44 günlük müharibədə uduzduqdan sonra, 2021-ci ildə Ermənistanda hökumətin xeyir-duası  ilə Azərbaycan Dili Mərkəzi yaradılıb.  Ermənistanda bu mərkəzin yaradılmasının məqsədi ermənilərin qonşu dövlətlə “adam balası kimi” münasibət qurmaq niyyəti dayanmırdı.  Müharibədə uduzduqlarına baxmayaraq, mərkəz Azərbaycan dilinin öyrənilməsini “milli təhlükəsizliklə bağlı məsələ”, “düşmən dilini bütün sahələrdə və bütün səviyyələrdə mükəmməl bilən mütəxəssislərə hər zaman olacaq ehtiyac”la izah edirdi. 

Ermənistan işğal illərində İrəvan Dövlət Universitetində “Azərbaycanşünaslıq” adlı proqram da sırf düşmənçilik niyyəti ilə, yəni kəşfiyyat və digər struktur əməkdaşlarına öyrətmək üçün yaradılmışdı. Maraqlıdır ki, bu proqram heç bir tutarlı izahat verilmədən 2018-ci ildə bağlandı. O zaman belə iddialar ortaya çıxdı ki, “düşmən dilinin öyrənilməsinin dövlət üçün riskləri də olur”.  Qısası,  dövlətin nəzarətində olan “Azərbaycan dilini öyrənmək” proqramının gözlənilmədən bağlanmasının iki səbəbi ola bilərdi. Məsələn, Azərbaycan dilini öyrənmək erməni zabitlərini “düşmən ölkəyə” işləməyə həvəsləndirərdi. Ya da Serjik Sərkisyan (2018-də hakimiyyətdə hələ o idi) öz ordusunun gücünə, torpaqların işğalını artıq “rəsmiləşdirməsinə” o qədər arxayın olmuşdu ki, daha “düşmən dilini” öyrənməyə belə ehtiyac görməmişdi.

media-464176-52so8u.jpg (81 KB)

Erməni mənbələrinin məlumatlarından o da bəlli olur ki, nədənsə, başqa dillərlə müqayisədə müasir Ermənistanda Azərbaycan dilini öyrənmək o qədər də asan iş deyil. Bunun dərin psixoloji səbəblərini ermənilər gizlədirlər. Çünki müasir Ermənistan monoetnik dövlətdir, ermənilər ancaq bir dildə danışır, bir dildə düşünür. Məsələn, Qarabağ ermənilərinin heç vaxt kursa-filana getməsinə ehtiyac olmayıb, dilimizi öyrəniblər, bəziləri  hətta səlis danışıb.  Hətta işğal illərində yaşlıların əksəriyyəti dilimizi  unutmayıblar. (“ Vallah, erməni milliət deyil” deyən qocanı yada salmaq kifayətdir). Ermənistanda isə Azərbaycan dilini minimum öyrənmək üçün səkkiz ay nəzərdə tutulur. Bu müddətdən sonra mətnləri oxumağı və tərcümə etməyi öyrənmək olur. Lakin mütəxəssislər deyir ki, mürəkkəb mətnləri və ya məsələn, videoları tərcümə etmək, dili tam başa düşmək əlavə zaman və səy tələb edir.

Azərbaycan dili ilə bağlı məsələ aydındır, ermənilər yüz illərdir düşmənçilik bəslədikləri millətin dilini öyrənməmək üçün “dərin tarixi” səbəbləri var. Bəs, işğal illərində qardaşlaşdıqları, yüz minlərlə ermənilərin yaşadığı İranın dövlət dilinə niyə indiyədək belə yad münasibət bəsləyiblər? Qonşuları Gürcüstanla da bağlı eyni fikirlər keçərlidir. (Halbuki illərdir fransız dilini 2-ci sinifdən tədris edirlər) .Bu “ögeyliyin” səbəbi bəllidir: ermənilər özlərini “ali millət” zənn ediblər, qonşu dövlətlərin dilinə, mədəniyyətinə, dininə hörmət etməyiblər…Azərbaycanın işğaldan azad torpaqlarının hər qarışı buna sübutdur. Ona görə indi orta məktəbdə guya Azərbaycan dilini öyrənmək (gülməlidir, həm də 10-cu sinifdə) xəbərlərinin arxasında ya Avropa Birliyindən qrant qoparmaq  niyyəti dayanır, ya da dünyanın gözünə “kül üfürmək” niyyəti…

Nazim SABİROĞLU, 
Musavat.com 

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gədəbəyə vurğun amerikalı qız – sazın-sözün sehrinə düşüb – VİDEO

Next

Azərbaycana xəyanət edənlərin sonu: Mehdiyevin xain məktubu ilə nələr ifşa edildi?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv