Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Göz gördüyündən qorxar…

By Vüsal Rafiqoğlu
04.11.2025 3 Min Read

Ermənistanda qarşıdurma pik həddə çatır

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidarla birləşmiş radikal müxalifət arasında təbliğat savaşı qızışır. Hökumət üsyana çağıran müxaliflərə qarşı həbslər apardıqca onun əleyhdarları hakimiyyəti nüfuzdan salmaq üçün əllərindən gələni edirlər. Müxaliflər saman çöpündən də yapışaraq ondan imdad gözləyirlər.

Həbsdə olan oliqarx-milyarder, xarici dövlətin rezidenti Samvel Karapetyanın təsis etdiyi və seçkilərdə qələbəni təmin etməli olan “Bizim yolumuz” hərəkatının koordinatoru və “Taşir Capital” QSC-nin baş direktoru Narek Karapetyanın iddiasına görə, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası (DXTK) onların elektrik enerjisi qiymətlərini endirmək təklifini rədd edib. O, bildirib: “Beş ay əvvəl biz DXTK sədrinə elektrik enerjisi qiymətinin 3,6 milyard dram azaldılması təklifi ilə müraciət etdik, çünki qənaət və itkilərin azalması sistemdə müsbət balansa səbəb olmuşdu. Təklif komissiya sədrinin cavab məktubu ilə rədd edilib. Hakim partiya tərəfindən təyin olunmuş vəzifəli şəxsin niyə bunu rədd etdiyini təxmin edə bilərsinizmi? Aydındır ki, bu, provokasiya xarakteri daşıyır, ona görə də hakimiyyət tərəfindən hər hansı fikir bildirilmir.”

Narek Karapetyan xüsusi vurğulayıb ki, hələlik hökumət bu ittihama heç bir cavab verməyib. Ancaq aydındır ki, radikal müxalifət bununla əhalinin “həssas yeri”ndən vurmaqla onu seçkilər ərəfəsində hakimiyyət əleyhinə qaldırmaq istəyir. Çünki enerji qiymətləri istənilən ölkədə ərzaq qiymətlərinə birbaşa təsir edir. Hələlik bu, bir fərziyyədir, çünki Ermənistanda ərzaq qiymətlərində bahalaşma yoxdur. Ancaq çətin ki, müxalifət belə əsası olmayan   xırdaçılıqla hakimiyyəti gözdən sala bilsin. Əgər hay toplumu 2020-ci ildə ölkəsi müharibədə məğlub olmuş Nikol Paşinyanı yenidən baş nazir seçibsə onda enerji qiymətinin 3-5 qəpik artmasına görə baş nazirə olan etmadını geri götürməz. Bütün bunlara baxmayaraq zəif müxalifət mənasız mübarizəsini davam etdirir.

Tamamilə gözləniləndir ki, Ermənistanda parlament seçkiləri öncəsi Moskvaya bağlı və Paşinyan hakimiyyətinə müxalifətdə olan kiçik narazı toplumun aktivliyi maksimum artacaqdır.  Lakin bir böyük həqiqət ondan ibarətdir ki, narazı zümrə səsvermədə iştirak edəcək elektoratın 20-25 faizindən çox deyil. Bu isə o deməkdir ki, müxalifət gələn il keçiriləcək parlament seçkilərini elə bəri başdan uduzub. Çünki bu qüvvə ilə hazırkı baş nazirə üstün gəlmək mümkün olmayacaq. Şübhə yoxdur ki, Ermənistandakı müxalifətin imkanları bundan artıq olsaydı, Nikol Paşinyan hakimiyyəti çoxdan siyasi səhnədən getmiş olardı. Lakin Moskvanın da Ermənistandakı ”beşinci kolon”a verdiyi hərtərəfli dəstəyə baxmayaraq, müxalifət seçkilərdə heç cür uğur qazana bilmir. Çünki dediyimiz kimi, seçicilərin çox böyük hissəsi Paşinyan hakimiyyətinin ətrafında cəmləşib və onun kursunu dəstəkləyir. Yəni, ermənilərin böyük əksəriyyəti anlayır ki, Paşinyan Ermənistanı Rusiyanın forpostu statusundan xilas edib, onu normal dövlətə çevirmək istəyir. İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu meyil daha da güclənib. Paşinyanın hakimiyyətdə olduğu yeddi ilin yekunları bunu deməyə tam əsas verir. Ona görə də həmin elektorat bu günə qədər Paşinyanın Ermənistanın müstəqil dövlət olması yolunda etdiklərini yüksək qiymətləndirir. Bununla bərabər, xarici ölkələrdə yaşayan erməni diasporlarının üzvləri Ermənistanı müstəqil dövlət kimi görmək istəyirlər. Odur ki, bu və digər səbəblərə görə gələn ilki parlament seçkilərində Paşinyanın partiyasının qalib gələcəyinə şübhə yoxdur.

Avropa Birliyinin özünün növbəti tədbirini gələn il Ermənistandakı seçkilərdən bir qədər əvvəl İrəvanda keçirmək qərarı da təsadüfi qərar hesab edilməməlidir. Bu tədbirə Türkiyə və Azərbaycan prezidentlərinin dəvət olunması isə Nikol Paşinyanın dünya siyasət müstəvisində əldə etdiyi uğurların daha bir təsdiqi hesab ediləcək.

Yuxarıda söylədiklərimizə əsasən deyə bilərik ki, Ermənistanda Moskvanın dəstəyi ilə Sarkisyan və Koçaryan kimi hərbi cinayətkarların yenidən hakimiyyətə gəlməsi qətiyyən mümkün deyil. Çünki hər ikisi qonşu türk dövlətləri ilə ədavət aparır. Övladları müharibədə öldürülən və ya sikəst olan hay toplumu müharibə körükləyənləri bir daha hakimiyyət başına gətirmək istəmir. Lakin bu cütlük hay toplumunun iradəsi əleyhinə gedərək hətta ağır məğlubiyyətdən sonra da müharibə ritorikasından əl çəkmək fikrində deyil. Onlar öz iddiaları ilə cəmiyyətə ölüm, şikəstlik, itkinlik  və digər məhrumiyyətlər vəd edirlər. Cəmiyyət isə otuz beş il çəkən hərbi münaqişədən bədbəxtlikdən başqa heç nə əldə etməyib. Adları çəkilən bu iki yaramaz hər vaxt aranı qarışdıraraq hərbi əməliyyatların davam etdirilməsinə, sülhə aparan bütün yolları qapatmağa çalışıblar. Onlar axmaqcasına Türkiyə və Azərbaycanı hayların əbədi düşməni elan ediblər. Ancaq hadisələr göstərir ki, heç də belə deyil. Azərbaycan humanizm göstərərək Ermənistana üzücü blokadadan çıxması üçün yol verir. Türkiyə bazarlarını erməni iş adamlarının üzünə açmağa hazırdır. Hazırda Türkiyə bazarlarında alış-veriş edən 70 mindən artıq erməninin olmasının özü hərbi canilərə və siyasi fırıldaqçılara tutarlı cavabdır.

Artıq Azərbaycanla danışıqların aparılması, sərhəddə demarkasiya və delimitasiya işlərinin davam etdirilməsi, vətəndaş cəmiyyəti nümayəndə heyətlərinin görüşlərinin keçirilməsi qarşılıqlı etimad mühiti formalaşmaqdadır. Bir neçə gün əvvəl daha bir addımın atılması etimad mühitini daha da zənginləşdirib. Ermənistan vətəndaşlarının xarici pasportlarında giriş-çıxışı təsdiqləyən viza möhüründə qıcıq yaradan Ağrı dağının təsviri noyabrın 1-dən möhürdən çıxarılıb. Bu, o deməkdir ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından əl çəkir. Bəyəm eks-prezidentlər Robert Koçaryan və Serjik Sarkisyan buna yol verərdilər? Əlbəttə, verməzdilər, heç ağıllarına belə gətirməzdilər. Sadə ermənilər onların hansı yuvanın quşları olduqlarını yaxşı bilirlər. Şübhəsiz ki, onlar öz talelərini bir daha belə yırtıcıların əllərinə tapşırmazlar. Çünki göz gördüyündən qorxar…

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xalqın iradəsindən Zəfərə gedən yol

Next

Dabaq xəstəliyinə qarşı nəzarət gücləndirilir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv