Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tarixi Zəfərə gedən yol

By Vüsal Rafiqoğlu
05.11.2025 5 Min Read

Tarixi Zəfərimizin beş ili tamam olur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı   Zəfər tarixi milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Bu şanlı Qələbəmiz daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.

44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» əməliyyatı  gücümüzün, birliyimizin təqdimatı oldu. Müharibənin  ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Məhz bu amalla döyüşən  Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Silahlı Qüvvəlrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

44 günlük İkinci Qarabağ müharibəsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və  qurucusu, Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordun olmalıdır. Ordu quruculuğu istiqamətində atılan addımların uğurlu nəticələri bugünkü reallıqarımızda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb yolu istisna olunmur. Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə əsaslanırdı. Ordumuzun potensialının, gücünün təqdimatında öz sözünü deyən 44 günlük İkinci Qarabağ müharibəsində təcrübəmiz inkişaf etmiş  ölkələrin hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu təcrübənin kitablarda, tədqiqatlarda əksini tapmasına çağırışlar səsləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu  Ordunun  qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində nəinki döyüş meydanında, eləcə də informasiya cəbhəsində üstünlüyünü dünyaya çatdırdı. Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə xarici KİV-lərə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Belə ki, cənab İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

Prezident İlham Əliyevin  ürəkdən səslənən, xalqın hisslərini əks etdirən  hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk olundu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqın yenilməz övladını görürdülər.

İkinci Qarabağ  müharibəsinin davam etdiyi  44 günündə  baş verənlər dövlətimizin başçısı İlham Əliyevin  30 ilin imitasiya naminə danışıqlara son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaratdı. Ermənistanın baş nazirinin sərsəm bəyanatları, münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlüyü barədə qeyri-ciddi fikirləri  Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu.  Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi. Dövlət başçısı İlham Əliyevin müharibənin gedişi dövründə müsahibələrində, xalqa müraciətlərində səsləndirdiyi «Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!» fikirləri sabaha, gələcəyimizə olan inamın ifadəsi idi. 44 gündə 30 ilin işğalında son qoymaq gücümüzlə yanaşı, torpağa. Vətənə bağlılığımızın təqdimatı oldu. Azərbaycan oğulları bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Bu gün Qarabağımız. Şərqi Zəngəzurümuz dirçəlir, sənnət məkana çevırilir. Dünya hərb tarixində ilkə imza atan ölkəmiz müharibə başa çatan kimi dərhal azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərin başladı. Zəfər yolu  tikilib istifadəyə verildi. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının qısa müddətdə istifadəyə verilməsi  bu ərazilərimizin strateji əhəmiyyətini, ölkəmizin iqtisadi qüdrətini dünyaya bəyan etdi. Artıq 6 şəhər, 2 qəsəbə, 20-dən artıq kənd sakinlərinə qovuşub. Böyük Qayıdışı Proqramının I mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün öz doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub.  Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində artıq 50 mindən çox  insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır. İşğaldan azad edilmiş ərazilərimizin Azərbaycan Milli Şəhərsalma forumlarına ev sahibliyi etməsi də özündə mühüm məqamları açıqlayır. Bu, həm tədbir iştirakçılarına erməni vəhşiliklərini gözlə görmək imkanı yaradır, eyni zamanda, bərpa-quruculuq işlərinin fonunda Azərbaycan xalqının yenilməzliyini, qurucu xalq olduğunu nümayiş etdirir. Ağdam, Zəngilan və Xankəndi şəhərləri bu forumlara ev sahibliyi ilə şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya çatdırdılar. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq modelinin müəllifi kimi mövqeyini möhkəmləndirir.

Tarixi Zəfərimizin açdığı imkanlardan saatlarla, günlərlə. aylarla danışmaq olar. 30 il torpaq həsrəti ilə yaşayan, əsas diqqəti  bu ərazilərimizin işğaldan azad edilməsinə yönəldən xalqımız hazırda bərpa-quruculuq işlərinin miqyası ilə dünyanın diqqətini özünə yönəldir. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə yönələn addımlar davamlılığı ilə diqqətdədir. İşğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik.  Qarabağın tacı Şuşanın azad edildiyi 8 noyabr tarixinə saylı günlər qalır. Bu tarix cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis edildi. Müharibənin başlandığı 27 sentyabr isə Anım Günü kimi qeyd edilir. Zəfərimizin qəhərmanlarını unutmağa haqqımız yoxdur. Onların hər birinin yazdığı dastan bir vətənpərvərlik məktəbidir.

Arzu Süleymanova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.

Next

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv