Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Ukraynanın mühasirədəki Gəncəsi…

By Vüsal Rafiqoğlu
07.11.2025 3 Min Read

Kiyev indi çətin dilemma qarşısındadır: ya qoşunların mövcudluğunu saxlamaq barədə düşünməlidir, ya da Rusiyanın hərbi və diplomatik mövqeyini gücləndirəcək qərara- şəhərdən geri çəkilməyə razılaşmalıdır

Bir neçə gün əvvəl Ukrayna ərazilərinə yaxşı bələd olan tanışlardan biri dedi ki, Gəncə və ya Yevlax Azərbaycan üçün nədirsə, Pokrovsk də Ukrayna üçün o mövqedədir. Amma Ukrayna ərazisi çox böyükdür, ona görə Pokrovskın itirilməsi paytaxta yox, Rusiya ordusunun Dnepropetrovsk vilayəti, Slavyansk-Kramatorsk aqlomerasiyasına hücum üçün əlverişli mövqe olacaq.

Əsas xəbər budur ki, ukraynalılar Pokrovskın 80 faizini itiriblər və qalan 20 faizi üçün hələ də döyüşürlər, lakin orada da uduzurlar. Asan deyil, Ukrayna iki ilə yaxındır ki, Rusiya ordusunun Pokrovska irəliləməsinə müqavimət göstərir. Kiyev indi çətin dilemma qarşısındadır: ya qoşunların mövcudluğunu saxlamaq barədə düşünməlidir, ya da Rusiyanın hərbi və diplomatik mövqeyini gücləndirəcək qərara- şəhərdən geri çəkilməyə razılaşmalıdır. Pokrovsk uğrunda döyüşlər fonunda Zelenskinin qərarları ətrafında müzakirələri yenidən alovlandırıb: çoxları vəziyyəti prezidentin generallarının məsləhətinə zidd olaraq geri çəkilmək əmrinin gecikdirildiyi Baxmutla müqayisə edir. Zelenskinin tərəfdarlarının arqumentləri də keçərlidir. Onlar da iddia edirlər ki, Pokrovskın itirməsi Vaşinqtonda Kiyevin simvolik məğlubiyyət kimi qəbul oluna bilər. Rusiya prezidenti Pokrovskini ələ keçirərək Trampa Ukraynaya yardımın mənasızlığına inandırmaq üçün istifadə edə bilər.

Yeri gəlmişkən, 2023-cü ilin mayında “Baxmut getdi, sən də get” başlıqlı məqalə yazmışdım. Bu şəhər uğrunda döyüşlərdə hər iki tərəfdən çoxsaylı itkilər səbəbindən müasir hərb tarixinə “Baxmut ətçəkəni” kimi düşüb. Zelenski isə həmin vaxtı…Yaponiyada “G-7”ölkələrinin sammitində idi. Yaponiyadakı sammitdə Çinin sülh planı gündəmə gəlmişdi. Doğrudur, Çinin bu planı itirilmiş ərazilərin Ukraynaya qaytarılmasını nəzərdə tutmurdu, amma atəşkəsə razılaşacağı təqdirdə Pekin Ukraynaya səxavətli sərmayələr vəd etmişdi. Münaqişədən qazananlar, silah düccarları Zelenskini masaya oturmağa qoymadılar. Nə dəyişdi? İlyarım keçib, Ukrayna cəbhəsində vəziyyət daha pis, itkilər daha çoxdur. Amma daha Zelenskiyə “Pokrovsk getdi, sən də get” yazmağın mənası da yoxdur. İlyarım əvvələdək güman etmək olardı ki, Ukraynanı bir dövlət olaraq bu qədər tükəndirməmək lazımdır. Amma görünür ki, indi Ukrayna dayanarsa, dövlət kimi çıxdaş edilə bilər. Ordunun pulundan tutmuş, əhalinin pensiyasınadək Qərbin maliyyə təşkilatları verir. Müharibə dayansa, bu yardımlar, kreditlər də dayanacaq. Bu vəziyyət Rusiyaya da aiddir. Rusiya tam “müharibə iqtisadiyyatı”na keçib və bu prosesin qəfil dayandırılması ölkəni batıra bilər…

Bir çox mənbələr müharibənin ən azı 2027-ci ilə qədər davam edəcəyini iddia edir. Kreml rəsmiləri isə hesab edir ki, Ukraynadakı münaqişə bir-iki ay ərzində başa çata bilər, o şərtlə ki, “sponsorluq pulları və döyüş sursatları” bitsin. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da Ukraynadakı münaqişə ilə bağlı özünün “real” ssenarisini açıqlayıb. O, savaşın yalnız bir neçə ildən sonra bitəcəyinə inanır.

Rusiya hakimiyyəti isə yeni hücum hazırlığındadır və Yeni ilə qədər 135 min nəfəri orduya çağırmaq niyyətindədir. Rusiyanın Teleqram kanalları yazır ki, çağırış yaşı olanların ölkədən çıxışına qeyri-rəsmi məhdudiyyət var. Ölkədən çıxmaq istəyənlər yalnız şəxsən hərbi komissarlığa getməlidir. Əvvəllər valideynlər yaz-payızda narahat olurlar, indi isə dörd fəsil hərbi xidmətə çağırış var. Çağırışçıları birbaşa cəbhə xəttinə aparmasalar da, sərhədyanı Kursk və Belqorod rayonlarına xidmətə göndərildiyi barədə məlumatlar yayılıb. Rusiyalılar mümkün qədər ən müxtəlif səbəb və bəhanələrlə övladlarını Putinin nəticəsiz müharibəsindən qorumağa çalışırlar.

Sabah Azərbaycan şanlı qələbəsinin 5-ci ilini Azadlıq meydanında hərbi paradla qeyd edəcək. Dəngələri dağılan dünyada əldə etdiyimiz bu qələbənin qiymətini bilməliyik…

Nazim SABİROĞLU,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən Şahin Məmmədovla bağlı SƏRƏNCAM

Next

Prezidentin Milli Qəhrəman adı verdiyi Pəncəli Teymurovun DOSYESİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv