Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qara gündən al günə – 8 mayı unutduran 8 Noyabr

By Vüsal Rafiqoğlu
08.11.2025 3 Min Read

Bu gün elə bir gündür ki, ona riqqətə gəlmədən, qürur duymadan, fərəhlənmədən yanaşmaq olmur.

Bu gün təkcə Şuşanın işğaldan azad olunduğu gün deyil, həm də 44 günlük müharibənin son iki günündən biridir.

8 Noyabr olmasaydı, 9-10 Noyabr da olmazdı, noyabrın 9-u və 10-u adi günlərdən biri olardı.

2020-ci ilin bu günü Şuşada dalğalanan üçrəngli bayrağımız Xankəndidən durbinlə Şuşaya baxan erməni silahlı birləşmələri üçün təslimiyyət işarəsi oldu.

Onlar məhz 8 Noyabrda anladılar ki, bundan sonra hər keçən saat daha ağır məğlubiyyətə uğrayacaq, daha çox itki verəcəklər.

Əslində 8 Noyabr zəfəri həm də minlərlə erməni hərbçisinin qanının arasına girdi. Onlar da müqavimət göstərən silahdaşları kimi yol kənarında, meşə cığırlarında düşüb qalacaqdılar.

Biz qara gün -8 maydan al günə – 8 Noyabra 6 aya gəlməmişdik, 28 ilə gəlmişdik. Şuşanın işğalından bu qədər vaxt keçmişdi. O üzdən qələbə təşnəsiydik.

1992-ci ildə döyüşlər, bombardmanlar görmüş Şuşa qoyub getdiyimiz kimiydi, hələ daha betər idi. O gözəllikdə şəhəri işğal edənlər iki cüt bir tək bina inşa etmişdilər, ya etməmişdilər. Necə viran qoymuşdularsa, şəhəri elə də saxlamışdılar.

Bizə isə nə qədər qədimi olsa da, Şuşanın binaları, tikililəri yox, quru torpağı, yalın qayası bəs idi.

Biz uzun illər boyunca Şuşanı simvollaşdırmışdıq və bunu əbəs yerə etməmişdik.

Şuşa qələbəmizin, ərazi bütövlüyümüzün simvolu olduğunu elə 8 Noyabrda təsdiq etdi. Şuşanı geri aldıq və müharibə bitdi.

O mənada “müharibə bitdi” deyirik ki, 10 noyabrda ermənilərin əlində qalmış Laçın, Kəlbəcər və Ağdamın taleyi də əslində Şuşanın geri alınması ilə həll olundu və cəmi 1 sutkalıq iş qaldı.

3 il sonra Xankəndi, Ağdərə, Əsgəran və digər əzəli rayonlarımız üzərində də dövlət yurisdiksiyamız bərpa olundu.

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamədən narazı qalanlar da az deyildi. Bunu cığallıqdan edənlərlə yanaşı, səmimi vətənpərvərlər umurdular ki, başlamışkən, sona qədər getmək, məsələni “Qordi düyünü” kimi kəsərək həll etmək lazımdır.

Amma reallıqlar vardı. Onları nəzərə almadan olmazdı. Çox adam isə əmin idi ki, bu, adi nəfəsdərmədir, bundan sonra Qarabağda separatizm ocağı közərməyəcək.

Çünki günlərin bir günü Şuşadan enən sis-duman həmin ocağı anındaca söndürə bilərdi. Xankəndiyə sığınmış Ermənistan hərbçilərinin və yerli separatçıların başqa seçənəyi yox idi.

Yadellilər rədd olub ölkələrinə getməliydilər, yerli mülki şəxslər isə Azərbaycanın qanunlarına tabe olmalı, ölkə vətəndaşına çevrilməliyidilər.

Kim onlara nə vəd etmişdisə, hiss olunurdu ki, ağızları isti yerdədir. Elə bilirdilər ki, ziyanın yarısından qayıdıblar, Azərbaycanın öz torpaqlarını özünə qaytarıblar, amma “qədim erməni yurdunu” qoruya biliblər.

Bu, onların aldanışı idi. Şuşadan ovuc içi kimi görünən Xankəndi heç bir oyuncaq quruma paytaxt olası deyildi.

Ancaq dəvədən yıxılan, “höt-höt” deməkdə davam edən bədəvilər kimi, ermənilər də gerçəkliklə barışmaq istəmirdilər, müqavimət göstərməyə hazırlaşır, toparlanmağa çalışırdılar.

Onlar Rusiyanın hərbi kontingentinin 5 il boyunca Qarabağda onları qoruyacağına əmin idilər. Amma o plan puç oldu. 3 il tamam olmamış vəziyyət yenə dəyişdi. Bu dəfə ermənilər Qarabağda qalmaq istəmədilər.

Güman ki, onları hərbçi soydaşlarının illərlə xalqımıza qarşı törətdikləri cinayətlərin, axıtdıqları haqsız qanların xofu basdı. Qarabağ erməniləri Xocalıda necə bir qəddarlığa, qansızlığa yol verdiklərini yaxşı bilirdilər, ona görə də qisasdan qorxdular.

Azərbaycan dövləti mülki və dinc ermənilərdən qisas almaq fikrində deyildi, amma yəqin ki, ən düzü elə bu oldu. İç-içə yaşamaq alınmadısa, heçi-köçü ayrı yaşamaq daha məqbuldur.

Ermənilərlə azərbaycanlıların iç-içə yaşamasının mümkün olmadığı barədə tezis məhz erməni separatçıların rəhbəri Robert Köçəryana məxsusdur. O, Ermənistan prezidenti olduğu vaxt “etnik uyarsızlıq” kimi termin icad etmişdi.

Bu gün 8 Noyabrın təqvimdə al-qırmızı olduğu gündən 5 il keçir. Bu beş ildə biz millət olaraq fərəhlənməyin, qürurlanmağın dadını bilmişik. Qəddimiz düzəlib. Gözümüzün kölgəsi çəkilib.

Necə deyərlər, hər şey yaxşılığa doğrudur. Son 125 ildəki ən böyük problemimizi həll edə bilmişiksə, yerdə qalan məsələlər su içim qədər asandır. Ümid edək ki, biz yaxın gələcəkdə onları da həll edəcəyik və hər il 8 Noyabrı artmaqda olan coşquyla, ürək açıqlığı ilə qeyd edəcəyik.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfər Gününün hava proqnozu

Next

Azadlıq meydanından ƏN SON GÖRÜNTÜLƏR – FOTOLAR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv