Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putinin strateji məğlubiyyəti

By Vüsal Rafiqoğlu
10.11.2025 4 Min Read

Soyuq başla düşünüb hərarətli qərarlar qəbul etməyin zamanı

Dörd ay əvvəl, iyul ayında Ukraynada idim. Bir həftə Kiyev və ətrafında- Rusiya ordusunun qətliam törətdiyi İrpen, Buça şəhərlərində də oldum. Kiyevdə qaldığım müddət ərzində müharibəni gecələr sirena səsləri, dron, raket hücumları ilə hiss edir, sığınacağa gedir, səhərisi gün dağıntıları görürdüm. Qalan saatlarda sanki adi həyat yaşanırdı. İndi, yəni dörd aydan sonra Kiyevdə o adi həyat təsiri bağışlayan reallıqdan əsər-əlamət qalmayıb. Yaşamaq daha təhlükəli bir dövrə daxil olub. Nə işıq var, nə qaz. Həyat bütün ağırlığı, hər keçən gün çətinliyi ilə Ukrayna xalqının üstünə gəlir, dünya isə təbii fəlakətin yox, insanların, daha doğrusu Putinin yaratdığı faciənin şahidliyini edir.

Ukrayna bu gün bəşəriyyətin gözü qarşısında davam edən bir matəmgahdır. Soyuqların başlaması ilə Rusiyanın Ukrayna enerji blokunu darmadağın etməsi əhalini soyuqdan və işıqsızlıqdan elə bir çətinliyə salıb ki, sərhədlərdə ölkəni tərk edənlərin böyük bir növbəsi yaranıb. Növbə o qədər böyükdür ki, Polşa və Moldova istiqamətində çətinliklə 12 saat ərzində sərhəd keçmək mümkün olur. Sərhədi keçən əhalini isə müharibənin ilk aylarından fərqli olaraq çox pis qarşılayırlar. Yeni Ukrayna qaçqınlarına demək olar ki, heç bir yardım edilmir və məcbur edirlər ki, Qərbi Avropa ölkələrinə-Almaniyaya, Niderlanda, Belçikaya və digər ölkələrə keçsinlər. Hərçənd, o ölkələrdə də yaxşı qarşılanmırlar. Putin isə müharibəni daha da şiddətləndirir və “eyni millətik” dediyi ukraynalıları daha amansız hücumlara məruz qoyur.

IMG_4935.jpeg (272 KB)

Putin müharibəsi öz təbiətini dəyişməyib və Pokrovskdan sonra da dəyişməyəcək. 16 aydır Pokrovsk istiqamətində uğur əldə edə bilməyən Putin, Trampın sanksiyasından sonra “ət müharibəsi” hesabına bu şəhəri işğal etməyi əmr edib, bütün Donbasa sahib olduğunu dünyaya sübut etmək istəyir. Amma, bu son olmayacaq. Putin ekspansiyasının son nöqtəsi Pokrovsk, Kramatorsk və ya Slavyansk deyil, Ujqoroddur, yəni Ukraynanın sərhədinin bitdiyi, NATO sərhədinin başlandığı yer. Deməli, müharibənin bu ilin, ya gələn ilin sonuna bitəcəyi kimi guya “nikbin” proqnoz vermək istəməyimizlə arzularımızı dilə gətirirmişik, reallığı yox. Və bu mənzərə dünyanın, ən əsası isə ABŞ prezidenti Donald Trampın gözü qarşısında baş verir.

Prezident səlahiyyətlərinin icrasına başladığı gündən Putini yox, Zelenskini hədəf alan Donald Tramp Rusiya prezidentinə olan xüsusi loyal münasibəti ilə Ukraynanı daha çıxılmaz vəziyyətə gətirib çıxarıb. Pokrovsk kimi böyük bir şəhər Baxmutdan bəri Rusiyanın nəzarəti altına düşməyib. Avdeyevka ən kiçik yaşayış məntəqəsi idi. Lakin həm o vaxt, həm də indi səbəb eynidir: hərbi yardımın olmaması. Avdeyevkanı itirəndə ABŞ-da respublikaçılar dəstəyi dayandırdılar. İndi Baydenin təmin etdiyi yardım paketi sadəcə tükəndiyi üçün Pokrovsk kimi müdafiə olunan şəhər itirilmək üzrədir. Yeni paket isə yoxdur, Avropanın ləng yardımı Amerika yardımını əvəz edə bilməz. Bunu həll etmək üçün Donald Tramp Putinə olan loyallığını sərt münasibətlə əvəzləməlidir.

Amma heç də hadisələr Rusiyanın tamamilə xeyrinə deyil. Bir az strateji düşünüb, baş verənləri təhlil etsək, hər şeyin Putinin maraqlarına uyğun olmadığını görərik. Etiraf edilməlidir ki, Ukrayna ərazisinin 20%-ə qədəri işğa olsa da, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı məqsədlərinə çata bilməyib, üstəlik, müharibə onun strateji uğursuzluğuna çevrilib. 2022-ci ildə Ukraynaya müdaxilə Şimali Atlantika Alyansının genişlənməsinə səbəb oldu.

Rusiya ilə 1300 kilometrlik quru sərhədi olan Finlandiya və Baltik dənizinə çıxışı olan İsveç bloka qoşuldu. Baxmayaraq ki, “xüsusi əməliyyatın” başladığını elan edən Putin “NATO hərbi maşınının” Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəyini bildirmişdi.

Eyni zamanda, Kremlin Ukrayna prezidenti Vladimir Zelenskini vəzifədən uzaqlaşdırmaq ümidləri puç oldu. Putin Belarusdakı kimi planlaşdırdığı “dost” və ya kukla hökuməti Ukraynada əldə edə bilmədi və bilməyəcək.

Putinin guya müharibəni başlamaq səbəblərindən biri Ukraynanı “demilitarizasiya” etmək idi. İndi Avropa ölkələri “ayılaraq” həm öz müdafiələrini möhkəmlətmək üçün büdcələrinin 5%-ni hərbi xərclərə yönəldiblər, eyni zamanda Ukraynanı da silahlandırırlar.

Nəticələrə və perspektivlərə detallı nəzər salaq:

IMG_4936.jpeg (324 KB)

– Rusiyanın cəbhədə inanılmaz itkilər bahasına əldə etdiyi “yavaş və əhəmiyyətsiz qazanclara” baxmayaraq, müharibəni başladan Putin üçün “strateji məğlubiyyət” real görsənir.

– Operativ baxımdan bu müharibə dalana dirənib və “danışıqlar masasına oturmağın vaxtıdır, çünki bu, həyat itkisidir”. NATO davamlı sülh əldə olunana qədər Ukraynanın yanında “dayanacaq”.

– Rusiyanın gələcək hücumlarının risklərindən danışarkən, əgər bunlar baş verərsə, çox güman ki, hədəf Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva olacaq. Bu halda, NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi tətbiq olunacaq.

– NATO-nun hazırkı prioriteti hava hücumundan müdafiədir, Polşa və Rumıniyaya sızan Rusiya dronları ilə bağlı son hadisələr alyansı gücləndirməyə sövq edib.

Bütün bu reallıqlar sübut edir ki, Putin Ukraynada “strateji məğlubiyyətə” uğrayır.

Pokrovsk alınandan sonra, Putin Donbası tam ələ keçirdiyini bəyan edib atəşkəsə razı olacaqmı? Bəs, hadisələrin indiki mərhələsində ABŞ, daha doğrusu Tramp nə edəcək? Əgər yalnız son sanksiyalardan əlavə sanksiyalar tətbiq olunmazsa, Ukraynaya “Tomohavk” raketlərin veriləcəyi qətiləşməzsə.., Putin müharibəyə davam deyəcək və Xerson, Zaporojye vilayətlərini tamamilə ələ keçirmək üçün müharibəni davam etdirəcək. Bu da yetməyəcək, Pokrovskdan sonra Dnepropetrovsk istiqaməti relyefə görə ruslar üçün əlverişli görünür.

Rusiyaya təzyiq, Ukraynaya hərtərəfli dəstək naminə dünya, Avropa, ən əsası Tramp qarşıdakı soyuq qış günlərini soyuq başla düşünüb hərarətli qərarlar verməlidirlər. Əks halda.., yalnız Ukraynanın deyil, digər postsovet ölkələrin, hətta Avropanın ağır və çətin dövrü başlaya bilər.

İlham İsmayıl
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib

Next

Bu ölkədə güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edildi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv