Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Hər damla HESABA ALINIR

By Vüsal Rafiqoğlu
18.11.2025 4 Min Read

Qarşıdakı illər üçün əsas hədəf bunlardır: Su ehtiyatlarını artırmaq, əhalini keyfiyyətli su ilə təmin etmək, idarəetməni müasirləşdirmək və standartlara uyğunlaşmaq

Azərbaycanın su təsərrüfatında aparılan monitorinqlər göstərir ki, bu sahədə itkilər həm infrastrukturun dayanıqlığına, həm də xidmət keyfiyyətinə ciddi təsir göstərir. Yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşma, vətəndaşlar tərəfindən çəkilən qeyri-standart xətlər və bir xəttə bir neçə abonentin qoşulması mövcud şəbəkələrin yüklənməsini artırır, nəticədə itkilərin miqyası genişlənir. Bu hallar həm resursların səmərəli idarə olunmasına, həm də su təminatının standartlara uyğun həyata keçirilməsinə mane olur.

Mövcud vəziyyətlə bağlı dəqiq məlumat almaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, su itkiləri əsas problem olaraq qalır və qanunsuz qoşulmalar mütəmadi reydlərlə aradan qaldırılır. Bu tədbirlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi işlər aparır.

Qanunsuz qoşulmalar və ya su itkiləri ilə bağlı reydlər keçirilir…

Qurumun açıqlamasında qeyd olunur ki, su təchizatında itkilər bu sahənin əsas problemlərindən biridir: “Belə ki, yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşma, vətəndaşlar tərəfindən primitiv üsullarla çəkilən su xətləri, bir xəttə bir neçə abonentin qoşulması halı mövcud şəbəkələrin həddindən artıq yüklənməsinə, su itkisinə və bəzi abonentlərin su təchizatının tam və standartlara uyğun formada həyata keçirilməsinə maneə yaradır. Lakin bununla bağlı ADSEA tərəfindən mütəmadi tədbirlər görülür. Belə ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələri tərəfindən qanunsuz qoşulmalar və ya su itkiləri ilə bağlı reydlər keçirilir. Bu zaman qanundan kənar hər hansı fakt aşkarlandıqda qarşısı alınır”.

Su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi olaraq işlər aparılır ki…

O da diqqətə çatdırıldı ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. İstismar müddətini başa vurmuş, aşınmış borular mərhələli şəkildə yeni, dayanıqlı və müasir materiallardan olan borularla əvəzlənir. Layihələrə həm magistral, həm də paylayıcı şəbəkələrin yenilənməsi, nasos stansiyalarının təkmilləşdirilməsi və idarəetmə sistemlərinin avtomatlaşdırılması daxildir. İşlərin həyata keçirilməsi monitorinq nəticələrinə əsasən müəyyənləşdirilir və mərhələli şəkildə icra olunur. Həmçinin ADSEA tərəfindən içməli və tullantı su təchizatına dair bir sıra genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir. Mərkəzləşmiş içməli su şəbəkəsi olmayan ərazilərdə yeni şəbəkələr qurulur.

İçməli suyun sayğaclaşması 93 faizə çatdırılıb, 40 minə yaxın köhnə sayğac yenisi ilə əvəz edilib

Qurumdan verilən məlumata görə, su itkilərinin qarşısını almaq və təchizatın səmərəliliyini artırmaq üçün sayğaclaşdırma sahəsində də mühüm tədbirlər görülür:“Hazırda içməli suyun sayğaclaşması 93 faizə çatdırılıb, 40 minə yaxın köhnə sayğac yenisi ilə əvəz edilib. Suvarma sistemlərində 190 müasir ölçü cihazı quraşdırılıb. Bunlar SCADA sisteminə qoşulub və onlayn izlənilir”.

Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya əsasən…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumatda o da qeyd edilir ki, bütün bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Sərəncamı ilə birbaşa bağlıdır: “Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcək:

Birinci mərhələdə 2024−2027-ci illər ərzində zəruri infrastruktur yaradılması və idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur.

2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcək.

2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsinin təmin edilməsi planlaşdırılır.

Milli Strategiyada o da qeyd olunur ki, hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir. Məişətdə, sənayedə, kənd təsərrüfatında istifadə oluna biləcək suların yenidən bərpası, yararlı hala gətirilərək təkrar istifadəsi əsas hədəflərdən biridir. Milli Strategiyanın Proqramında bu işləri görmək üçün müvafiq qurumlarla əlaqələndirici sistem qurulub. ADSEA da bu istiqamətdə işlər görür”.

Qarşıdakı illər üçün əsas hədəflər…

“Bəs, gələcək illərdə su təsərrüfatında prioritet hədəflər və əsas istiqamətlər necə müəyyənləşdirilib” sualına isə qurumdan verilən cavab belə oldu: “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qarşıdakı illər üçün əsas hədəfləri su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, yeni su anbarları və hidrotexniki qurğuların tikilməsi, su itkilərinin minimuma endirilməsi, iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsallaşmanın daha da genişləndirilməsidir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə su təsərrüfatı infrastrukturunun bərpası və regionlarda dayanıqlı su təminatının tam təmin edilməsi prioritet istiqamətlər kimi müəyyən edilib”.

Göründüyü kimi, Azərbaycan su təsərrüfatında itkilərin minimuma endirilməsi, mövcud infrastrukturun yenilənməsi və dayanıqlı su təminatının təmin olunması istiqamətində ciddi addımlar atır. Gələcəkdə isə  su təsərrüfatında prioritet istiqamətlər arasında yeni su anbarlarının tikilməsi, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası və regionlarda dayanıqlı su təminatı xüsusi önəm daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2026 nə ilidir? Kimlərə düşərli olacaq?

Next

Ağdam – Qarabağın dirilən qəlbi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv