Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

20 Noyabr – Ağdam Şəhəri Günü

By Vüsal Rafiqoğlu
19.11.2025 3 Min Read
Ermənistan silahlı qüvvələrinin hissələri Ağdama da həmlələr, hücumlar edirdi. Ağdamı əhali və ərazi özünümüdafiə taborları qoruyurdu…
1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi işğal olundu. Rayon mərkəzi və 90 kən­din işğalından sonra 128 min insan köçkün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı.
Ağdam rayonunun 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu erməni işğalının subyekti oldu. Ermənistanın elan etmə­dən başladığı müahribədə 6 mindən artıq döyüşçü və mülki vətəndaş şəhid oldu, minlərlə insan yaralandı…
BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli “işğalçı qüvvələrin Ağdam rayo­nun­dan və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarıl­ma­sı”nı tələb edən 853 saylı qətnamə yerinə yetirilmədi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pisləsə də”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etsə də” nəticə olmadı…
İkinci Qarabağ müahribəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Noyabrın 10-da üç­tə­rəfli bəyanat imzalandı. Bu bəyanat qalibi, məğlubu müəyyənləşdirdi. Dünya ictimaiyyəti bu bəyanatın bəyanını haqqın, ədalətin təntənəsi bildi. Bəyanata əsasən Ermənistanın silahlı qüv­və­lə­rinin hissələri və Ermənistana tabe olan silahlı dəstələr Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etməli idi. Bu qərara əsasən Ermənistan Ağdamı 2020-ci il noyabrın 20-də tərk etdi.
Tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­ca­mı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi…
Düşmən işğal etdiyi digər rayonlarda da böyük dağıntılar törətmişdi. Ancaq Ağdamda əsl er­mə­nilik törədilmişdi. Bu səbəbdən xarici siyasətçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırıb.
Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Bu pro­ses Ağdam rayonunda da böyük məsuliyyətlə yerinə yetirilməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək in­ki­şafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azər­baycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı plan­laşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağ­damda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infras­t­ruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.
Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradıl­ma­sında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının real­laşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırıl­ma­sıdır. Ağdam Sənaye Parkı ölkədə ikinci ən böyük sənaye parkıdır.
Ermənistanın elan etmədən başladığı müharibəyə qədər Ağdam Azərbaycan musiqisinin, bu baxımdan muğamlarımızın inkişaf, formalaşma mərkəzlərindən biri idi. Ağdamda keçirilmiş “Xarı Bülübül festivalı” bu gün da yaddaşlardadı və tarix bu festivalın işığında neçə-neçə tədbir izləyib. Müharibədə muğamlarımızın da inkişafına ermənilik daşları atıldı. Lakin tarixi Zəfərdən sonra bu sahədə də quruculuq işləri həyata keçirildi, Ağdamda Muğam Mərkəzi yaradıldı. Ağdam Muğam Mər­kəzi 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tama­şa­çı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Ağdama səfər­lə­rində quruculuq prosesinin istər dinamikasının, istərsə də miqyasının genişlənməsini təmin edirdi.
2020-ci il noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağı ucaldıldı, 2021-ci il mayın 28-də Ağdam şəhərində ilk yaşayış binasının təməli qoyuldu, 2022-ci il fevralın 13-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. 2023-cü il dekabrın 24-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı oldu, 2025-ci il fevralın 18-də Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Komp­lek­sinin açılışı oldu,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni vəhşiliyini belə ifadə edib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu, şəhərə də ehtiramdır…
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Saytlara girişlə bağlı yaranmış texniki nasazlığın səbəbi bilindi – AÇIQLAMA

Next

Səudiyyə Ərəbistanı və ABŞ enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalayacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv