Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azaldılan xərc, zəif nəzarət, kadr çatışmazlığı: Azərbaycanda bu sahə acınacaqlı durumda

By Vüsal Rafiqoğlu
22.11.2025 3 Min Read

Son illər Azərbaycanda keytrinq xidmətlərinə tələbat artıb. Xüsusilə də korporativ tədbirlər, ofislər və istehsalat müəssisələrində bu sahənin canlanması nəzərə çarpır. Lakin artan rəqabət fonunda bəzi şirkətlərin qida təhlükəsizliyi standartlarına tam əməl etməməsi və xidmət keyfiyyətində çatışmazlıqlar müşahidə olunur.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib. Məlum olub ki, bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir və onların fəaliyyətində ciddi nöqsanlar var. Agentlik xəbərdarlıq edir ki, qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər.

Təcrübəsiz və təlimsiz işçilər problemi

Qida mühəndisi Fərid Səfərov “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, keytrinq bazarı hər zaman eyni standartda deyil. Bəzi şirkətlər yüksəksəviyyəli, beynəlxalq qida təhlükəsizliyi sertifikatlarına malikdir, digərləri isə sadəcə kommersiya məqsədli fəaliyyət göstərir, sanitar və texniki normalara tam əməl etmir: “Bunun bir neçə səbəbi var. Birincisi xərclərin azaldılmasıdır. Soyuducu sistemlər, termik nəqliyyat qutuları, laborator analizlər və sanitar təmizləmə prosesi əlavə xərc tələb edir. Bəzi şirkətlər bunu qənaət məqsədi ilə etmir. İkincisi, nəzarətin zəifliyidir. Müəyyən dövrlərdə yoxlamaların azlığı bəzi müəssisələri “rahatlaşdırır”. Üçüncüsü isə kadr çatışmazlığıdır. Təcrübəsiz və təlimsiz işçilər təhlükəsizlik qaydalarının əhəmiyyətini anlamır. Həmçinin böyük sifarişlərdə vaxt az olduğundan sanitar prosedurlar ötürülür”.

Mütəxəssis vurğulayır ki, peşəkar kadr çatışmazlığı və işçi təlimsizliyi bu riskləri artırır: “Keytrinqdə çalışan işçilər çoxu qida mühəndisliyi və ya texnoloq ixtisasına malik deyil. HACCP (Hazard Analysis and Critical Control Points) və GMP (Good Manufacturing Practice) sistemlərindən xəbərsizdir. İstilik zənciri (“cold chain”) nəzarətinin nə olduğunu bilmir. Nəticədə mikrobioloji çirklənmə, çarpaz yoluxma (xüsusilə çiy və bişmiş məhsullar arasında) halları artır”.

Kəskin qida zəhərlənmələri, allergik reaksiyalar…

F.Səfərov deyir ki, qida təhlükəsizliyinə əməl etmədikdə istehsalçı ciddi şəkildə zərər görür: “Ən tipik risklər kəskin qida zəhərlənmələri, bağırsaq infeksiyaları, allergik reaksiyalardır. Bu hallar xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün daha təhlükəlidir. Məsələn, bişmiş yeməyin iki saatdan çox otaq temperaturunda saxlanması Salmonella və Clostridium perfringens riskini, çiy və bişmiş qidaların eyni səthdə hazırlanması çarpaz çirklənməni, istifadə müddəti keçmiş və ya düzgün soyudulmayan məhsullar botulizm və ya stafilokok toksini riskini yaradır”.

Peşəkar keytrinq xidmətini necə seçməli?

Mütəxəssis bildirir ki, bu kimi risklərin qarşısının alınması üçün keytrinq müəssisələrində qida təhlükəsizliyini təmin etmək üçün həm dövlət, həm də sahibkar səviyyəsində davamlı nəzarət mexanizmləri vacibdir. Bu istiqamətdə daimi dövlət nəzarəti olmalı, HACCP sisteminin tətbiqi (Qida zəncirinin hər mərhələsində risklərin idarə olunması üçün bu beynəlxalq sistemin məcburi tətbiqi), işçilərin mütəmadi təlimi, laborator nəzarət vacibdir. Qida təhlükəsizliyi yalnız cərimə və yoxlamalarla deyil, həm də stimullaşdırıcı mexanizmlərlə möhkəmləndirilməlidir: “Xidmət sifariş edən şəxslər isə şirkətin rəsmi lisenziyası və qeydiyyatının olması, personalın gigiyenik geyimdə işləməsi və iş səthlərinin təmizliyi, qidanın temperaturu və görünüşü (çox isti və ya çox soyuq olmamalıdır), menyu və allergen siyahısının təqdim edilməsi, sosial mediada və ya AQTA-nın saytında müəssisə haqqında şikayət və ya xəbərdarlıqların olub-olmamasına diqqət yetirməlidirlər”.

“Belə hallarda dövlət nəzarəti də yetərsiz olur”

İstehsal meneceri Sayat Quliyeva deyir ki, bəzi iaşə obyektlərinin təqdim etdiyi yeməklər birbaşa həmin obyektlərin özündə deyil, səyyar qida təminatı ilə məşğul olan xidmətlər və ya fərdi şəxslər tərəfindən hazırlanır: “Hətta evdar xanımlar belə öz evlərində hazırladıqları yeməkləri restoranlara və fərdi müştərilərə təqdim edirlər. Bu, keytrinq xidmətlərinin inkişafının bir nümunəsi olaraq qiymətləndirilə bilər. Amma bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmirlər. Hətta qida təhlükəsizliyi üzrə dövlət nəzarəti yetərsiz olur. Çünki belə səyyar qida təminatının həyata keçirən şəxslər qidanı öz yaşayış sahələrində hazırladıqları üçün bu da nəzarətdən kənarlaşma ilə nəticələnir”.

S.Quliyeva bildirir ki, keytrinq müəssisələrinin qida təhlükəsizliyi standartlarına əməl etməsini təmin etmək üçün bir neçə əsas tədbir görülə bilər. Ən əsası, hüquqi tənzimləmə və nəzarət gücləndirilməli, dövlət qurumları tərəfindən mütəmadi yoxlamalar və auditlər aparılmalı, müştərilər fərdi şəxslərlə deyil, korporativləşmiş müəssisələrlə çalışmalıdır. Hətta bu müəssisələrdən də sertifikatlaşdırma və akkreditasiya sistemlərinin olmasına dair sənəd tələb edilməli, sertifikatlaşdırma prosesi yalnız kağız üzərində deyil, faktiki olmasıyla bağlı praktik yoxlamalar aparılmalıdır. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərbi Azərbacana qayıdışla bağlı beynəlxalq təbliğat işləri daha da gücləndirilməlidir

Next

Smayla görə tələbəni həbs etdilər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv