Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yeni təhsil modeli repetitorluğa son qoyacaq?

By Vüsal Rafiqoğlu
24.11.2025 3 Min Read

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsilin əsas məqsədi uşaqları yalnız ali məktəbə qəbul imtahanına hazırlamaqdan ibarət olmamalıdır. Onun sözlərinə görə, hazırkı təhsil modeli çox vaxt “yarış” üzərində qurulduğu üçün repetitorluğun geniş yayılmasına gətirib çıxarır.

Nazir qeyd edib ki, yeni yanaşmanın əsas hədəfi məktəb daxilində elə bir sistem qurmaqdır ki, müəllimlər dərsdən sonra şagirdlərlə məktəbin özündə işləsin, öyrənmə prosesi məktəbin daxilində mərkəzləşsin və əlavə hazırlıqdan asılılıq azalsın. Onun sözlərinə görə, bu islahatların ideyası ondan ibarətdir ki, dövlətin müəllimə etibar etdiyi şagirdin öyrənməsi bilavasitə məktəbdə təmin edilsin və təhsilin dəyəri yalnız qəbul nəticələri ilə ölçülməsin.

Bəs bütün bunlar repetitorluğun tamamilə aradan qalxmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb. Onun fikrincə, repetitorluğun geniş yayılmasının səbəbi təkcə şagirdin imtahana hazırlaşma istəyi deyil, uzun illər boyunca formalaşmış struktur boşluqlar, yüklü imtahan modeli və məktəbdaxili öyrənmə mühitinin zəif təşkili olub:

“Qəbul imtahanlarının çətinliyi, məzmunun spiral şəkildə qurulmasına baxmayaraq şagirdin 5–6–7-ci siniflərdə öyrəndiyi mövzuların yadından çıxması və bunların 11-ci sinif imtahanlarında yenidən sınağa çəkilməsi repetitorluğa tələbatı kəskin artırıb. Bu amillər göstərir ki, təhsil sistemi illərlə “kənarda öyrənmə” üzərində qurulduğundan məktəbin özündə bilik və bacarıqların möhkəmləndirilməsi ikinci plana keçmişdi.

Elm və Təhsil Nazirliyinin son 5 ildə apardığı islahatların mahiyyəti məhz bu boşluğu doldurmaq, təhsilin strateji xəttini yenidən məktəbə qaytarmaq və repetitorluğa kütləvi ehtiyacı azaldacaq davamlı mexanizmlər yaratmaqdır. Apardığım təhlillər göstərir ki, son illərdə müəllimlərin əməkhaqqı əvvəlki dövrlə müqayisədə 2,1 dəfə artıb, sertifikasiya mexanizmi tətbiq olunduqdan sonra yüksək nəticə göstərən müəllimlərin maaşına 300–500 manat əlavə olunub və hazırda 30 mindən çox müəllim bu əlavəni alır. “Təhsil haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət təhsilin keyfiyyətini təmin etmək üçün məktəblərdə pedaqoji prosesin təşkilinə, müəllim hazırlığına və şəffaf qiymətləndirməyə məsuliyyət daşıyır. Məhz bu hüquqi baza üzərində həyata keçirilən yeni yanaşma – müəllimin məktəbdə tam gün işləməsi, əlavə fəaliyyətin məktəb daxilində təşkili, şagirdlə dərsdən sonra fərdi işin gücləndirilməsi – repetitorluğun sosial səbəblərini aradan qaldırmağa istiqamətlənib.

Aparsığım araşdırlamar göstərir ki, repetitorluğun əsas səbəbi şagirdin imtahan modelinə uyğun bilik əldə etməməsi idi. 2023–2024-cü tədris ilinin statistikası bunu təsdiqləyir: 11-ci sinif şagirdlərinin 68 faizi qəbul imtahanında ən çox çətinliyi məhz əvvəlki illərin mövzularında yaşayıb. Bu, məktəbdə uzunmüddətli tədrisin ardıcıllığının zəif olması ilə bağlı idi. Eyni zamanda bəzi müəllimlərin dərsdə öyrətməyib, enerjisini günün sonunda repetitorluğa saxlaması, ikiqat standart yaratması da problemin güclənməsinə səbəb olmuşdu. Nazirlik məhz bu qeyri-peşəkar davranışın qarşısını almaq üçün yeni iş modelini təqdim edir və tamamilə haqlı olaraq bildirir ki, dövlətin müəllimə etibar etdiyi şagirdin öyrənməsi məktəbin özündə təmin edilməlidir. Bu yanaşma həm pedaqoji etikanı, həm də müəllim nüfuzunu qoruyur”.

Kamran Əsədov həmçinin vurğulayıb ki, repetitorluğun kütləvi olduğu ölkələrdə məktəb sistemi zəif fəaliyyət göstərir:

“Koreyada repetitor bazarı ildə 20 milyard dollardan çox dövriyyə yaradırdı, ta ki hökumət məktəbdaxili saatları və müəllim nəzarətini artırana qədər. Estoniyada isə məktəb saatları genişləndirilərək şagirdə məktəbdə öyrənmək üçün əlavə vaxt yaradıldığı üçün repetitorluq yalnız 8–10 faiz həcmdə mövcuddur. Bu tendensiya göstərir ki, məktəb öyrətdikdə kənar hazırlığa ehtiyac azalır. Azərbaycan hazırda məhz bu modeli mənimsəyir və bu, istiqamət baxımından beynəlxalq təcrübədən geri deyil, əksinə, bir çox ölkədən daha cəsarətli addımlarla irəliləyir.

Son 5 ildə nazirlik məktəb infrastrukturunun yaxşılaşdırılması, müəllimlərin motivasiyasının artırılması, elektron resursların genişləndirilməsi, məktəb rəhbərlərinin seçilməsində şəffaflıq, kurikulumun həcminin optimallaşdırılması və qiymətləndirmədə obyektiv alətlərin tətbiqi ilə repetitorluğa olan sistem asılılığını qırmaq üçün mühüm baza yaradıb. Şagirdlər üçün rəqəmsal resursların istifadəsi 4 dəfə artıb, məktəblərin internet təminatı 3 dəfə yaxşılaşıb, STEAM və laboratoriya imkanları daha geniş əlçatan edilib. Bu göstəricilər göstərir ki, məktəb tədricən paralel təhsil bazarının əvəzləyicisinə çevrilir”.

Təhsil mütəxəssisin fikrincə, yeni model tətbiq olunduqca repetitorluğun kütləvi forması zəifləyəcək, çünki şagird günün sonunda ehtiyac duyduğu dəstəyi məktəbin özündə alacaq:

“Məqsəd nə repetitorluğu qadağan etməkdir, nə də fərdi hazırlığı inzibati yolla məhdudlaşdırmaq. Məqsəd repetitorluğa ehtiyacı yaradan səbəbləri aradan qaldırmaqdır. Məktəbdə müəllimin tam gün işləməsi, fərdi dəstək, qruplarla məşğuliyyət, imtahana hazırlığın məktəbdaxili resurslarla təmin edilməsi və yüksək nəticə göstərən müəllimin maddi rifahının yaxşılaşdırılması bu məqsədə xidmət edir. Nəticədə həm müəllim nüfuzu artır, həm təhsil daha mərkəzləşmiş olur, həm də şagirdlərin əlavə hazırlığa olan məcburi ehtiyacı azalır.

Bu islahatların ən mühüm tərəfi ondan ibarətdir ki, uzun illərdir həll olunmayan struktur problemlər – məktəbin funksiyasından uzaqlaşması, müəllim fəaliyyətinin parçalanması, qiymətləndirmə təzyiqi və tədrisdə motivasiya çatışmazlığı – ilk dəfədir ki, sistemli şəkildə aradan qaldırılır. Nazirlik bu sahədə ardıcıl, analitik və nəticə yönlü siyasət yürüdür və bu siyasətin hədəfi həm müəllimi gücləndirmək, həm də şagirdi məktəbə qaytarmaqdır. Bu yanaşma təhsil sistemini daha səmərəli, daha dürüst və daha şəffaf modelə doğru aparan ən real addımdır”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“12 manata quzu əti” – Monqol əti Azərbaycan bazarına necə yol tapdı?FOTO

Next

“Zəngəzur dəhlizi türk dünyasının birliyinin simvoludur”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv