Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azyaşlılarda texnologiya asılılığı: Səssiz irəliləyən psixoloji problem

By Vüsal Rafiqoğlu
29.11.2025 3 Min Read

Günümüzdə uşaqların  ünsiyyət probleminin əsas səbəbi internet və texnologiya asılılığıdır. İnternet asılılığı uşaqların gündəlik həyatına müxtəlif formalarda təsir edir, sosiallaşmanı əhəmiyyətli dərəcədə azaldır. Azyaşlı uşaqlarda ekran asılılığı valideynlərin laqeyd yanaşmasından qaynaqlanır. Mütəxəssislər xüsusən də 0-2 yaş aralığındakı uşaqların texnoloji alətləri istifadə etməsindən çəkinmək lazım olduğunu bildirirlər.

Ekran qarşısında çox vaxt keçirmək, eyni zamanda, uşaqlarda diqqət dağınıqlığı yaradır. Çünki fasiləsiz dəyişən görüntülər və sürətli dinamika onların diqqət müddətlərini qısaldır və real həyatın daha yavaş ritminə uyğunlaşmalarını çətinləşdirir. Bununla yanaşı, texnologiyadan həddindən artıq istifadə uşaqların emosional tənzimləməsinə də mənfi təsir edir. Uşaqlar real ünsiyyətdə daha az iştirak etdikləri üçün emosiyalarını ifadə etməkdə çətinlik çəkir, səbirləri azalır və tez qıcıqlanırlar. Bu vəziyyət tədricən asılılıq davranışlarına çevrilə bilər.  Texnoloji cihazlar uşaq beynində dopamin sistemini stimullaşdırdığı üçün onların ekran qarşısında qalmaq istəyini artırır. Cihaz onların əlindən alındıqda isə aqressiya, narahatlıq və əsəbilik kimi reaksiyalar müşahidə oluna bilər.

Qeyd edək ki, texnologiyanın uşaqlara təsirinin ən bariz nəticələrindən biri də yuxu pozuntularıdır. Ekranların yaydığı mavi işıq uşağın yuxu ritmini pozur, xüsusilə də yatmazdan əvvəl telefon və kompüter istifadəsi yuxuya getmə prosesini ləngidir. Bu isə uşaqların gündüz yorğun olmasına, əhval dəyişikliyinə və öyrənmə çətinliklərinə səbəb olur. Digər bir mühüm təsir sosial bacarıqların zəifləməsidir. Real ünsiyyət imkanları azaldıqda uşaqlar jestləri, mimikanı və emosional siqnalları anlamaqda çətinlik çəkir, onlarda empatiya qurmaq bacarığı zəifləyir. Bu isə özünəinamın azalmasına, utancaqlığa və izolyasiyaya meyilin artmasına gətirib çıxara bilər.

Bundan başqa, şiddət məzmunlu oyunların təsiri nəticəsində uşaqlarda aqressiv davranışlar formalaşa bilər. Hələ emosional baxımdan tam formalaşmamış yaş dövrlərində ekran və real həyat arasındakı sərhədləri ayırd etmək çətinləşir, bu isə davranış modellərinə birbaşa təsir göstərir.

Nəticə etibarilə texnologiya özü-özlüyündə zərərli deyil, əksinə düzgün istiqamətləndirildiyi halda öyrənmə və yaradıcılığa müsbət təsir göstərə bilər. Lakin məhz azyaşlı uşaqlar üçün texnologiyanın nəzarətsiz, məqsədsiz və həddindən artıq istifadəsi psixoloji inkişafın bir çox mühüm mərhələsində geriləmələr yaradır. Buna görə də ekran müddətinin yaşa uyğun tənzimlənməsi, uşağın daha çox fiziki və sosial fəaliyyətlərə cəlb olunması sağlam inkişaf üçün vacib hesab olunur.

Ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müasir texnologiyalar uşaqların inkişafına həm müsbət, həm mənfi təsir göstərir: “Əgər kiçik yaşlı uşaqlardan söhbət gedirsə, əlbəttə ki, balaca uşaqların üç yaşına qədər yeni texnologiyalarla tanış olması onların nitqinin inkişafına, ünsiyyətlərinə mane olur, özgüvənlərinə, sosiallaşmalarına mənfi təsir göstərir. Əgər 3-6 yaşlı uşaqlarda telefon və yaxud texnoloji asılılıqlardan danışırıqsa, bu dövrdə uşaqların daha çox oyuna cəlb olunduğu vaxtdır, amma onlar oyunu texniki olaraq oynayırlar. Çünki əllərinə oyuncaq almaqdansa telefonda oynamaq onlar üçün daha rahat olur. Bununla da onların əl motorikası zəifləyir, düşünmə qabiliyyətləri aşağı düşür, uduzmaq-udmaq deyə bir anlayışları olmur və  nəticədə onlarda aqressivlik yaranır.

Altı yaşdan yuxarı olan uşaqlarda texnologiya, telefon, kompüterin mənfi təsiri odur ki, dərslərinə diqqət ayıra, vaxtı idarə edə bilmirlər və onlarda emosional asılılıq yaranır. Müsbət tərəfləri daha çox böyük uşaqlarda özünü göstərir. Texnoloji cihazlardan dərsə adaptasiya, dərslə bağlı məlumatların öyrənilməsi, yeni tədqiqatçılıq işlərinin aparılması kimi məqsədlərlə istifadə etdikləri halda bu onlara yuxarı siniflərdə müsbət təsir göstərə bilir”

Vüsalə Əmiraslanova valideynlərə müraciətində bildirdi ki, azyaşlı uşaqları yeni texnologiya ilə, yəni telefon, planşet, və s. tanış etməsələr, onların əqli və fiziki inkişafı üçün daha yaxşı olar. Məlumdur ki, zaman-zaman onlar böyüdükcə texnoloji yeniliklərlə özləri tanış olacaqlar. Valideynlərin ən böyük səhvi kiçik yaşlarından uşaqlara bahalı telefonlar, planşetlər alıb vermələri və uşaqları onlara aludə etdikdən sonra ayırmaq çətinliyi çəkmələridir. Beləliklə, uşaqlarda asılılıq yaranır və böyüdükcə, yuxarı siniflərdə də artıq texnoloji asılılıqdan ayrıla bilmirlər.

Şahnigar Əhmədova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gəncədə üç nəfər dəm qazından zəhərlənib

Next

İcbari tibbi sığortadakı yenilik məşğulluğa necə təsir göstərəcək?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv