Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakıdan Avropa Məhkəməsinə sərt mesaj – “Yaxın keçmişi unutmamışıq…”

By Vüsal Rafiqoğlu
29.11.2025 4 Min Read

Azərbaycan AŞ PA ilə gərginliyə görə qərarların icrasını dayandırıb; ilin sonunadək “buzlar əriyəcəkmi”? 

“Azərbaycan öz qanunlarına istinad edir. Məhkəmələrdə də, digər bütün sahələrdə də öz qanunlarına istinadən hərəkət edir və fəaliyyət göstərir”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Sözünə davam edən deputat deyib: “Deyirlər ki, Azərbaycan Avropa məhkəmələrinin qərarlarını icra etmir. Bəlkə, bir az əvvələ qayıdaq? Azərbaycan Avropa məhkəmələrinə xeyli sayda müraciət edib. 1990-cı illərdən başlayaraq – ərazilərimiz işğal altında olanda, bizə qarşı soyqırımılar törədiləndə, insanlarımıza işgəncələr verilməsi ilə, itkin düşənlərlə, əsirlərlə bağlı… Avropa məhkəmələri bunların hansına ədalətli yanaşıb? Bizim haqlı tələblərimizin, müraciətlərimizin hansına baxıb? Demək olar, heç birinə. İndi görün Avropa məhkəmələri Azərbaycana qarşı nə ilə məşğuldur – Azərbaycan vətəndaşlarına, bütövlükdə insanlığa, dövlətə, dövlətçiliyə qarşı cinayət törətmiş ermənilərin müdafiəsi, Azərbaycan qanunlarını pozaraq cinayət əməlləri ilə məşğul olan şəxslərin azadlığa buraxılması iddiası ilə! Hələ çox şeylər saymaq olar. Buna görə də, təbii ki, Azərbaycan Avropa məhkəmələrinin ədalətsiz, haqsız, Azərbaycan qanunlarına zidd olan heç bir tələbini, qərarını icra etməyəcək, yerinə yetirməyəcək”.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, öz məhkəmələri fəaliyyət göstərir: “Qanunlarımız da var və hər biri beynəlxalq hüququn, BMT-nin bütün nizamnamə və tələblərinə uyğundur. Buna görə də Avropa məhkəmələrinin qərəzli, haqsız, yersiz qərarlarını icra etmirik”.

Qeyd edək ki, Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında davam edən gərginlik səbəbindən ölkəmiz iki ilə yaxındır Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını dayandırıb. Buna baxmayaraq, hökumət Avropa Şurasının özü və digər strukturları ilə əməkdaşlıq edir. Məsələn, iki ay əvvəl qurumun İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana buraxılıb. 

Azərbaycanın AŞ PA-dakı deputat qrupunun rəhbəri olmuş Səməd Seyidov Gununsesi.info-ya demişdi ki, bunun üçün ciddi səbəbimiz var: “Bu da ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərini AŞ PA seçir. Azərbaycan da AŞ PA-da yoxdur. Biz nə üçün səs vermədiyimiz hakimlərin qərarlarını icra etməliyik?”

Maraqlıdır ki, AŞ PA ilə gərginlik yaşayan Azərbaycan Avropa Şurasının digər strukturları ilə əməkdaşlıq edirsə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icrası ilə bağlı addım ata bilərmi?

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Bu mövzuda hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a danışıb. Onun fikrincə, Avropa Məhkəməsi ilə əlaqələrin, eləcə də məhkəmə qərarlarının icra olunub-olunmamasının AŞPA ilə münasibətlərə heç bir dəxli yoxdur:

“AŞPA siyasi orqandır və məsləhətçi xarakter daşıyan, hüquqi icra mexanizmi olmayan siyasi platformadır. O, siyasi orqan olaraq istənilən dövlətə münasibətdə müəyyən mövqe tuta bilər və mən razıyam ki, Azərbaycanla bağlı AŞPA-nın son dövrlərdə tutduğu mövqe qərəzli xarakter daşıyır.

Amma məsələ ondadır ki, Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır. Avropa Şurası isə təkcə AŞPA-dan ibarət deyil. Avropa Konvensiyasına görə, Azərbaycan Avropa Şurasına üzv olduğu andan etibarən həm də Avropa İnsan Haqları Məhkəməsinin institutunu tanıyır və onun qərarlarının icrasını qəbul etmiş olur. Buna görə də hüquq orqanı olan məhkəmənin qərarlarının icrasının siyasi orqanla münasibətlərdən asılı edilməsi hüquqi baxımdan heç bir məntiqə sığmır. Əslində hüquqi prizmadan baxanda bu, nonsens kimi görünməlidir.

Məsələn, belə çıxır ki, bizim heç birimiz rayon məhkəməsi hakimlərinin təyinatında iştirak etmirik. Ali Məhkəmə və Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsində də iştirak etmirik. Onda belə bir məntiq ortaya çıxır: əgər hakimlərin təyinində iştirak etmiriksə, onların verdiyi qərarları da icra etməyək və ya vətəndaş olaraq həmin qərarları tanımayaq? Bu, tamamilə yanlış və hüquqa zidd yanaşmadır”.

Hüquqşünas vurğulayıb ki, Avropa Məhkəməsinin qərarlarının icrası dövlətin öz üzərinə götürdüyü öhdəlikdir:

“Dövlət bu gün də Avropa Şurasının digər qurumları ilə əməkdaşlıq edir. Əslində qərarların icrasına nəzarəti Avropa Məhkəməsi deyil, Avropa Şurasının Nazirlər Komitəsi həyata keçirir və Nazirlər Komitəsində qərarların icrası üçün məcburetmə mexanizmi yoxdur. Sadəcə olaraq, diplomatik təzyiq, monitorinq və siyasi tövsiyələr vasitəsilə icraya nail olmağa çalışırlar. Bu səbəbdən əgər biz Avropa Şurasının Nazirlər Komitəsinin üzvü olaraq qalırıqsa, məhkəmə qərarlarını qulaqardına vura bilmərik.

Beləliklə, bir daha təkrar edirəm ki, bu yanaşma çox uyğun olmayan bir yanaşmadır. Əslində bu, Azərbaycanın mövqeyinə bəraət qazandırmaq üçün hüquqi əsası olmayan, ziddiyyətli bir arqument kimi görünür. Biz Avropa Şurasının bütün mexanizmlərində iştirak edirik  – Nazirlər Komitəsinin işində iştirak edirik, İşgəncələrə qarşı Komitənin fəaliyyətində iştirak edirik, regional və bələdiyyə platformalarında iştirak edirik, digər qurumlarla mütəmadi əməkdaşlıq edirik. Prinsip etibarilə bütün bu proseslərin iştirakçısı olan bir ölkənin Avropa Məhkəməsinin qərarlarını icra etməməsi anlaşılan deyil.

Bu səbəbdən Avropa Məhkəməsinin qərarları hökmən yerinə yetirilməlidir, bu dövlətin götürdüyü hüquqi öhdəlikdir. Əgər dövlət bu öhdəliyi yerinə yetirmək istəmirsə, onda Avropa İnsan Hüquqları Konvensiyasından çıxmalıdır, onu ləğv etməlidir və açıq şəkildə bəyan etməlidir ki, bizim Avropa Şurası ilə bütün əlaqələrimiz kəsilir. Bu, hüquqi olaraq tamamilə mümkündür.

Anlayıram ki, çoxsaylı müraciətlər var, çoxsaylı qərarlar var və onların bəziləri hələ də icra olunmayıb. Lakin nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsinin qərarların icrası üçün məcburi icra mexanizmi yoxdur. Ona görə də müxtəlif bəhanələr uydurmaq, siyasi motivli arqumentlər irəli sürmək o qədər də ağlabatan variant kimi görünmür və belə yanaşma hüquqi reallıqla üst-üstə düşmür”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rayonlara gedənlərin diqqətinə-RƏSMİ

Next

Ermənistanda yeni konstitusiya hazırlığı – proses başladı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv