Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Paytaxtda ilk – Qadın sürücülər avtobus sükanı arxasında

By Vüsal Rafiqoğlu
29.11.2025 3 Min Read

Zərif cinsin nümayəndələri bu stresli işin öhdəsindən gələ biləcəkmi? 

Paytaxtda ilk dəfə qadın avtobus sürücülərinin sükan arxasına keçməsi həm ictimai nəqliyyatda yeni mərhələnin başlanğıcı, həm də gender balansı baxımından mühüm hadisə kimi qiymətləndirilir. AYNA və “BakuBus” MMC-nin birgə həyata keçirdiyi təlim proqramını uğurla tamamlayan xanımlar artıq 121E və 141E ekspress xətlərində sərnişinlərə xidmət göstərirlər. Bu addım Bakıda uzun illərdən sonra avtobus idarə edən ilk qadınların yolçular qarşısında məsuliyyət daşıdığı real təcrübəyə çevrilib.

Təlim proqramına müraciət edən xanımlar ciddi seçim mərhələlərindən keçiblər: tibbi müayinə, psixoloji qiymətləndirmə, təhlükəsizlik üzrə yoxlamalar və praktiki idarəetmə sınaqları – bütün bu mərhələləri uğurla başa vuranlar rəsmi şəkildə işə qəbul olunublar. Onlar üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” üzrə xüsusi hazırlıq keçirilib. Bu təlimlərdə qəfil situasiyalara düzgün reaksiya, fövqəladə manevr bacarığı, arxa-ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının seçilməsi, düzgün baxış texnikası və təhlükəsiz ara məsafəsinin qorunması kimi vəzifələrə xüsusi diqqət yetirilib. İlk iş günlərində onların yanında təcrübəli mentorlar da fəaliyyət göstərir.

Qadın sürücülərin işə başlaması Bakının uzun illərdir görünməyən bir ənənəsinin də bərpası kimi dəyərləndirilir. Sovet dövründə paytaxtda tramvay və avtobus idarə edən qadınlar mövcud olub. Son illərdə isə yalnız taksi və metro sahəsində qadın sürücülərə rast gəlmək mümkün idi. Bu gün isə onların avtobus parkına qayıdışı həm yol mədəniyyətinə, həm də ictimai nəqliyyatda xidmət səviyyəsinə yeni nəfəs gətirir.

Yeni qadın sürücülər artıq bu məsuliyyətin öhdəsindən uğurla gəlməyə başladıqlarını göstərirlər. Xalidə Səmədova uşaqlıq arzusunun gerçəkləşdiyini deyir: “Avtomobil də sürmüşəm, avtobus da sürəcəyəm. Hətta ”KamAZ” olsa belə idarə etməyə hazıram”. Onun sözlərinə görə, təlimlər onları həm nəzəri, həm də praktiki baxımdan tam hazırlayıb: “Sərnişinlərə diqqətli və təhlükəsiz xidmət göstərməyə hazırıq”. Rəna Cəfərova isə müəllimlik ixtisasına baxmayaraq, sürücülüyə olan marağının bu peşəyə gətirdiyini bildirir: “Avtobus idarə etmək məsuliyyətlidir, amma maraqlıdır. Qadınlara tövsiyəm odur ki, cəsarətli olsunlar və bu sahəyə qoşulsunlar”. “BakuBus” rəhbərliyi bildirir ki, qadın sürücülərin işə cəlb olunması şirkətin xidmət standartlarının yüksəldilməsi siyasətinin bir hissəsidir. İlk gündən onların davranış mədəniyyəti, qaydalara riayət etməsi və sərnişinlərlə mədəni münasibəti ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəlməsinə real töhfə verir.

Azərbaycanın Orta Dəhlizdə rolu hər keçən gün artmaqdadır - ŞƏRH - Trend.Az

Rauf Ağamirzəyev

Nəqliyyat eksperti Rauf Ağamirzəyev “Yeni Müsavat”a bildirib ki, avtobus sürücülüyü stressli sahədir. Onun sözlərinə görə, bu stressin azaldılması üçün dövlət yetərincə işlər görür: “Avtobus zolaqların salınması stressin azalması üçün çox gözəl bir nümunədir. Gələn ildən ”Brutto müqavilə”yə keçid olacaq, yəni maliyyə dayanıqlığını təmin edəcəklər ki, bu da özündə silsilə tədbirləri ehtiva edir. Düşünürəm ki, sürücü peşəsi ağır olduğu üçün onların maaşının artırılması məsələsi də gündəmə gəlməlidir. Qadın sürücülərin bu sıraya qoşulması isə gender bərabərliyinin bir hissəsidir. Bizim qadın pilotlarımız, gəmi kapitanlarımız, metro və dəmiryol maşinistlərimiz, taksi sürücülərimiz var. Bu baxımdan avtobus sürücüləri sırasında qadınların olması müsbət haldır. Düşünürəm ki, bu artan tendensiya ilə davam edəcək. Hesab edirəm ki, qadınlar olan yerdə insanlar daha təmkinli davranır, nəyin ki, kişilərin olduğu məkanlarda. İrəliləyən illərdə qadın sürücülərin sayı artacaq. Onu da deyim ki, Azərbaycanda qadınların ictimai nəqliyyatı idarə etməsi yenilik deyil. Sovet vaxtı ölkəmizdə trolleybus sürücüləri arasında xanımlar çox olurdu, qismən isə tramvay sürənlər də var idi. İndi də bu ənənə tam fərqli bir formatda qayıdıb”.

Ekspert deyir ki, qadınların bu işə axını kişi sürücülərin sərt reaksiyası ilə qarşılanmır. R. Ağamirzəyev bildirib ki, sürücülərə münasibətdə idman zalları, futbol meydançaları güzəştlər tətbiq etməlidir: “Onların işdən sonrakı həyatına qatqı qatmaq üçün müəyyən abonent təşkil edilməlidir. Sürücülərdə stressdən ürək xəstəlikləri müşahidə olunur. Onlar futbol oyunları vəs. idman növlərinə cəlb edilməlidirlər ki, işdən sonra sürücülər aktiv idman fəaliyyəti ilə stressi özlərindən uzaqlaşdıra bilsinlər. Əmək müqaviləsi ilə işləmək, məzuniyyət, 8 saatlıq iş saatları, işdən sonra idman təşkil edilsə, tamam fərqli xidmətə sahib olarıq, həm də sürücülər sağlam olar”.

Taksilərin sayına məhdudiyyət Çin maşınlarının qiymətinə NECƏ TƏSİR EDƏCƏK?  - Yeni Çağ

Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qadın avtobus sürücülərinin işə başlaması sərnişin-sürücü münasibətlərinə təsir edəcək və davranışları müsbətə doğru dəyişəcək: “Bakı küçələrində qadınların idarə etdiyi avtobusların görünməsi artıq təkcə bir yenilik deyil – bu, paytaxtın yol mədəniyyətinin dəyişdiyinin, ictimai nəqliyyatda daha peşəkar və təhlükəsiz xidmətə keçidin rəmzidir. Qadınların bu sahəyə aktiv qoşulması gələcəkdə həm sürücü çatışmazlığının həllinə, həm də xidmət keyfiyyətinin artmasına ciddi dəstək verəcək”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əsgərlikdən möhlət alanlarla bağlı YENİ XƏBƏR- Yoxlama başlayır

Next

“Muğamda yazılmamış qanunlar var” – Mənsum İbrahimov

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv