Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya Ukraynada vabank gedir? – İki lider üz-üzə

By Vüsal Rafiqoğlu
29.11.2025 4 Min Read

Ekspert: “Etiraf etməsələr də, Vaşinqton-Moskva danışıqları dalana dirənib”

ABŞ prezidenti Donald Tramp Ukraynada sülh sazişinin imzalanmasına çalışsa da, onun təşəbbüsü Moskvanın sərt mövqeyi ilə qarşılaşmaqdadır. Kreml, onun rəhbəri Putin güzəştə getmək niyyətində olmadığını və onun bütün tələblərinin yer almadığı planda maraqlı olmadığını açıq şəkildə bildirib.

Məlumdur ki, Ukrayna və onun avropalı tərəfdaşları ABŞ tərəfindən dəstəklənən 28 maddəlik sənədi Rusiya üçün çox sərfəli hesab edərək rədd edib. “The Times” qəzetinin qeyd etdiyi kimi, Moskva avtomatik şəkildə Ukrayna üçün məqbul olan istənilən təklifi rədd edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülh haqqında danışmağın hələ tez olduğunu deyib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Trampın Moskvanın öz şərtlərini yumşaltmağa hazır olduğu barədə iddiasını təkzib edib. Həmçinin xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO üzvlüyündən imtina etmədən, “əraziləri təhvil vermədən” və Ukrayna ordusunun sayına məhdudiyyət qoyulmadan Rusiyanın planı qəbul etməyəcəyini təkrarlayıb.

Danışıqları həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla Rusiya nümayəndələri arasında telefon danışıqlarının sızması da çətinləşdirib. Həmin danışıqlarda o, Putinə hörmətini ifadə edir və ərazi sövdələşməsinin mümkünlüyünü müzakirə edir.

Bu sızmalar Respublikaçılar Partiyası daxilində tənqidlərə səbəb olub və Konqresin bəzi üzvləri Uitkofu rəsmi ABŞ diplomatiyasını pozmaqda ittiham ediblər. Moskva isə sızmanı təxribat adlandırıb. Uitkof yaxın günlərdə Rusiya paytaxtına səfər etməyi planlaşdırır. Putin isə stenoqramın yayılmasını cinayət adlandırıb. 

Bu arada ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı təhlildə bildirilir ki, Ukrayna Qərb tərəfdaşlarından adekvat hərbi dəstək aldığı təqdirdə Rusiya qoşunlarının daha da irəliləməsini dayandırmaq və cəbhədəki vəziyyəti sabitləşdirmək iqtidarındadır.

Bəs Moskva radikal mövqeyi hara kimi davam etdirə biləcək? Putin Trampı qəzəbləndirsə, nə baş verəcək? Moskva vabankmı gedir? Nəhayət, Uitkofun Rusiya səfəri nə dərəcədə həlledici olacaq?

HEYDER OGUZ.jpeg (277 KB)

 Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, tərəflər açıq şəkildə etiraf etməsələr də, əslində, ABŞ-Rusiya arasında danışıqlar dalana dirənmiş vəziyyətdədir: “Və yəqin ki, Uitkofun Moskva səfərindən sonra Trampın ”sülh təşəbbüsü”nün iflasa uğradığı bəyan olunacaq. Çünki Trampın bu təklifinə təkcə Ukrayna və Moskva qarşı çıxmır, eyni zamanda, Avropa ölkələri də bu təşəbbüsü açıq şəkildə tənqid edirlər. Hətta ABŞ-ın özündə belə, bu təkliflər birmənalı qarşılanmır. Bəzi Amerika analitikləri, senator və konqresmenlər də Ukraynanın kapitulyasiyasını nəzərdə tutan bu təklifləri yaxına buraxmaq istəmirlər. Maraqlıdır ki, müxalif düşüncəlilər arasında Respublikaçılar Partiyasının nümayəndələri də az deyil. Bu da səbəbsiz deyil. Tramp administrasiyasının Rusiya yönümlü mövqe tutması istər-istəməz mövcud hakimiyyətin ictimai nüfuzunu yerlə bir edir, aralıq seçkilərinə yaxınlaşıldığı bir zamanda ona böyük zərbələr vurur. Tramp hökuməti bu mövqeyindən əl çəkməsə, gələn il keçiriləcək seçkilər onun məğlubiyyəti ilə nəticələnəcək və ABŞ prezidentinin özünü amerikalıların təbirincə desək, “topal ördəyə” çevirəcək”.

Heydər Oğuz bu mənada Uitkofun Tramp tərəfindən Moskvaya göndərilməsini, Ukrayna ilə təmasları isə ordu generalı Dan Driskolla tapşırmasını təsadüfi saymır. Onun fikrincə, ABŞ “dərin dövləti”nin Uitkofun Rusiya rəsmilərinə “Trampı ələ almağın yollarını öyrətməsi faktlarının ictimailəşdirilməsindən” sonra bu adamın öz vəzifəsini davam etdirməsi mümkün deyil: “Ola bilər ki, Uitkofa sonuncu görəvi – Rusiya rəsmilərini yola gətirmək missiyası tapşılırıb. Yalnız bu səylərinin nəticə verməsi nəticəsində öz vəzifəsini davam etdirəcəyi, əks halda Trampın nümayəndəsi vəzifəsindən qovulacağı onun diqqətinə çatdırılıb. Əks halda, Uitkofun öz işinə davam etməsi təkcə onun özünə yox, həm də Tramp hakimiyyətinə sarsıdıcı zərbə vura bilər”.

Bu ehtimalı təsdiqləyən ən bariz nümunənin Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna xüsusi xidmət orqanlarının sammitinə Uitkofvun yox, Dan Driskollun rəhbərlik etməli olduğunu bildirən siyasi şərhçinin fikrincə, istənilən iki dövlət arasında vasitəçilik missiyası yalnız bir nəfər tərəfindən yürüdülə bilər. Driskollun ötən ay Pentaqonun önəmli generallarını yanına alaraq Kiyevə səfər etdiyini, ondan dərhal sonra isə həmin heyətlə Moskvaya getdiyini xatırladan Heydər Oğuzun fikrincə, ABŞ-ın hərbi rəhbərlərinin bu həmləsi vəziyyəti yerində öyrənmək məqsədi daşıyırdı: “Bu da onu göstərir ki, Dan Driskoll və komandası yeni görəvə hazırlaşır. Mənim fikrimcə, Ukrayna-Rusiya danışıqlarına nəzarətin və vasitəçilik missiyasının hərbi heyətə tapşırılması da birbaşa ABŞ ”dərin dövləti”nin sifarişidir. Pentaqonun da içində yer aldığı bu “dərin dövlət” ABŞ-ın milli maraqlarını Tramp kimi gündə bir mövqe dəyişən siyasi liderə həvalə etmək istəmir”.

Heydər Oğuzun fikrincə, Pentaqonda yeni ulduz kimi parıldayan ordu katibi general Dan Driskoll Tramp hökumətinin vitse-prezidenti Vens ilə dostluğu ilə tanınır: “Onun cəmi 38 yaşı var və ABŞ tarixində ordu katibi vəzifəsinə gətirilən ən gənc adamlardandır. Karyerasındakı bu yüksəlişi Vensin ötən il ona Tramp komandasında yer alması təklifinə borcludur. Bildirilir ki, Driskoll əvvəllər ABŞ ordusunun bir qolunda büdcə, maddi-texniki təminatı və kadr məsələlərinə baxırdı. Vens kimi o da ABŞ ordusuna qoşulmazdan əvvəl dövlət universitetlərindən birində, daha sonra isə Yale Hüquq məktəbində oxuyub. Hər ikisi dövlət qulluğuna başlamazdan əvvəl maliyyə sahəsində çalışıblar. Venslə tanış olandan sonra bu münasibətlər yaxın dostluğa çevrilib. Driskoll həm də Vensin tələbəsi kimi tanınır.

Vens ilə bu yaxınlığına baxmayaraq, Driskoll orduda xidmət edib və generallıq rütbəsinə qədər yüksəlib. Bu məziyyəti onun həm də ABŞ “dərin dövləti”nə bağlılığını göstərir. Görünən budur ki, getdikcə ciddi nöqsanlara yol verən Tramp vaxtilə qarşı çıxdığı ABŞ “dərin dövləti”nin iradəsi ilə razılaşmaq məcburiyyətində qalıb. Əgər bu ehtimallar doğrudursa, Trampın yaxın zamanlarda Ukrayna məsələsinə yanaşmasını yenidən gözdən keçirə biləcəyini göstərir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qırğızıstanda “sükut günü” başlayıb

Next

Rayonlara gedənlərin diqqətinə-RƏSMİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv