Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Mehdiyev İlham Əliyevin prezidentliyə namizəd olmağını istəmirdi – Məşhur YAP-çıdan ŞOK AÇIQLAMA

By Vüsal Rafiqoğlu
04.12.2025 5 Min Read

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında qalmaqal davam edir. İş çərçivəsində onunla əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib.

“Mehdiyev işi” ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Musavat.com xəbər verir ki, hadisələri modern.az-a şərh edən Milli Məclisin İntizam komissiyasının sədri, YAP-ın məşhur simalarından olan Eldar İbrahimov indiyədək məlum olmayan bir sıra faktları açıqlayıb.

O bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında Ramiz Mehdiyevin işi ilə bağlı çox gərgin müzakirələr gedir:

“Bir çox insanlar hətta düşünmürlər ki, 87 yaşında olan bir şəxs qanuni yolla hakimiyyətə gəlməyin mümkün olmadığını bildiyi halda zorakı yolla ölkəyə rəhbərlik etmək iddiasına düşsün. Ancaq bu bir həqiqətdir və Ramizkimilərin əqidəsi gec-tez üzə çıxmalı idi və hazırda bütün ölkəyə bəyan olundu.

Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində respublikamıza rəhbərlik etdiyi vaxtlar kasıb ailələrdən olan gəncləri yuxarı orqanlara dəvət edərək onların bilik və bacarıqlarının daha da təkmilləşməsinə, idarəetmə təcrübəsi toplamalarına şərait yaradırdı. Belə gənclərdən biri də Moskvada aspiranturanı bitirib Azərbaycana qayıdan Ramiz Mehdiyev idi. O, bu dövrdə məhz Heydər Əliyevin diqqət və qayğısı ilə respublikamızın partiya orqanlarında yüksək vəzifələr tutmuş, həmin vaxtlarda hətta ölkəmizin Ali idarəetmə orqanı olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsinə kimi yüksəlmişdir. Bununla belə, o, öz çirkin əməllərindən də əl çəkməmişdir.

Onun xisləti özü xasiyyətdə olan adamları ətrafına toplamaqla qruplar yaratmaq, dövlətinə sədaqətlə xidmət edən vəzifəlilərlə ölkə rəhbərinin arasını vurmaq, özünün hamıdan çox yüksək vəzifələrə layiq olduğuna rəhbərliyi inandırmaq olmuş və bu istiqamətdə daim çalışmışdır. Bir çox tanınmış simaların Heydər Əliyevdən incik düşməsinin səbəbi də Ramiz Mehdiyevin bu insanlığa sığmayan davranışları idi. Bunu həmin dövrdə onunla bir yerdə işləyənlər açıq deyirdilər. Hətta Heydər Əliyev Naxçıvanda işləyəndə xalqımız onu respublikaya rəhbərliyə dəvət edəndə də Ulu Öndərin əleyhinə danışmaqdan çəkinmirdi.

Bütün bunlara baxmayaraq Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərliyə başlayanda Ramiz Mehdiyevə yenə də etimad göstərərək onu Prezident Administrasiyasında Aparat rəhbəri kimi çox yüksək vəzifəyə təyin etdi. O, bu vəzifədə işlədiyi 25 il müddətində hələ Moskvada təhsil aldığı müddətdə formalaşan Rusiyanın Azərbaycana mürtəce siyasətinə rəğbətini daha açıq surətdə biruzə verirdi. Ramiz Mehdiyev bir dəfə də olsun “Bir millət, iki dövlət” dediyimiz Türkiyəyə səfər etməyib, lakin daim Rusiyada müxtəlif görüşlərdə iştirak etməklə Ulu Öndərin və İlham Əliyev cənablarının etibarından sui istifadə edərək öz çirkin əməllərini davam etdirirdi. Belə ki, icra, qanunverici və məhkəmə orqanlarında layiq olmayan insanların onun özünə sərf edən şəxslərə uyğun yüksək vəzifələrə təyinat almalarına nail olur, öz mövqeyini möhkəmləndirmək üçün müxtəlif yollarla ətrafına adamlar toplayır, respublikamızın bölgələri haqqında reallıqdan uzaq fikirlər formalaşdırırdı”.

Deputat xatırladıb ki, hələ 2003-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürəndə Ramiz Mehdiyev bununla razılaşmayaraq öz tabeliyində olan adamlara İlham Əliyevin bu vəzifə üçün çox gənc olduğunu bəhanə edərək onun əleyhinə səs verməyi tapşırırmış:

“Çünki Ramiz Mehdiyev yalnız özünü bu vəzifəyə layiq bilirdi. O, İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin ilk 16 ilində də bu yüksək vəzifəni tutmaqda riyakar və çirkin əməllərini davam etdirirdi. Bütün bunlara baxmayaraq, İlham Əliyev cənabları Azərbaycan xalqının çox böyük əksəriyyətinin səsini toplayaraq həmin seçkidə qalib gəldi. Prezident seçildikdən sonra İlham Əliyev cənablarının uzaqgörənliklə formalaşdırdığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan Respublikası 22 il ərzində analoqu olmayan iqtisadi, siyasi və sosial inkişafa nail oldu. Bu müddət ərzində respublikamızın ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası istiqamətində də əsaslı tədbirlər həyata keçirildi. Bunu gözü götürməyən və Prezidentlik xülyasından əl çəkməyən Ramiz Mehdiyev və ətrafına topladığı xainlər Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına mane olurdular, bunun vaxtının çatmadığını bildirirdilər. Yalnız Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Aparat rəhbəri vəzifəsindən azad edildikdən sonra ölkə Prezidenti qəti qərar qəbul etdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə silahlı basqınına cavab olaraq əks hücum əməlliyatına başlamaq barədə qərar verdi.

44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu möhtəşəm qələbə əldə etdi. 2023-cü ilin noyabr ayında isə bir günlük antiterror əməliyyatı ilə Qarabağ işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

Azərbaycan xalqının 30 ildən çox intizarla gözlədiyi bu tarixi hadisə Prezident İlham Əliyev cənablarının nüfuzunu həm ölkə daxilində və həm də xaricdə ən yüksək zirvəyə qaldırdı. Bundan narahat olan və Prezident olmaq ümidini itirən Ramiz Mehdiyev ətrafına topladığı və uzun müddət hərtərəfli himayə etdiyi bir çox xainlərin köməkliyi ilə ölkə rəhbərliyini ələ keçirmək üçün son cəhdə – zorakı yolla çevriliş etməyə qərar verdi. Bu məqsədlə də o, Əli Kərimli və özünün gizli yaratdığı Milli Şuranın üzvü olan Gültəkin Hacıbəyli və digərləri ilə razılaşaraq öz xain xəyallarını reallaşdırmaq üçün həmişə rəğbət bəslədiyi və təlimatlar aldığı Moskvadan da kömək istəmək qərarına gəldi”.

Eldar İbrahimovun sözlərinə görə, hadisənin gedişi göstərir ki, Əli Kərimli özünü müxalifətçi adlandırsa da əməllərində dövlətin və xalqın mənafeyini yox, həmişə şəxsi mənafeyini üstün tutmuş, hamisi olan Ramiz Mehdiyevin tapşırıq və tövsiyələrinə əməl edib:

“O, AXC-Müsavat hakimiyyəti dövründə yenicə müstəqilliyinə qovuşan respublikamızda layiq olmadığı yüksək vəzifədə – dövlət katibi vəzifəsində işlədiyi çox qısa bir dövrdə vətənə xəyanət etməsi ilə yadda qalmışdır. İndi aşkar olur ki, Əli Kərimli xarici ölkələrin Azərbaycan Respublikasına demokratiyanın inkişafı üçün ayırdıqları maliyyə vəsaitinin bir hissəsini mənimsəyib. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində maddi resurslar burulğanında əziyyət çəkdiyi bir vaxtda xaricdən ayrılan yardımı mənimsəyən Əli Kərimli və digərlərindən vətənə xainlik etməkdən başqa nə gözləmək olardı.

Sözdə vətən, xalq deyən, əməldə öz mənafeyini güdənlərdən və bu məqsədlə istənilən bəd əmələ qulluq edənlərdən biri də Gültəkin Hacıbəylidir. Ramiz Mehdiyevin dəstəyi ilə deputat seçiləndən sonra iqtidarı tərifləməkdən yorulmayan bu şəxs həmin dövrdə özünü də yaddan çıxartmırdı. Çox qısa müddətdə deputat seçildiyi Goranboy və digər rayonlarda torpaq sahələri ələ keçirir, biznes qurur və onun genişləndirilməsi ilə məşğul olurdu. Növbəti dəfə deputat seçilməyən kimi Ramiz Mehdiyevin yaratdığı Milli Şurada peyda olaraq canla-başla hakimiyyətin əleyhinə böhtanlar danışmağa başladı. Ramiz Mehdiyevə çox ağır ittihamlar irəli sürüləndə isə Gültəkin Hacıbəyli Türkiyədə gizlənmək qərarına gəldi. Lakin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları onun ölkəmizə deportasiya olunmasına nail oldu.

Nankor və acı xisləti olanlar bilməlidirlər ki, onları çox şərəfsiz sonluq gözləyir. Hazırda bu şəxslər barəsində istintaq işləri aparılır. Heç kim unutmamalıdır ki, onların gizlin apardıqları yaramazlıqlar mütləq aşkar olunacaq və hər kəs törətdiyi bəd əməllərə görə qanun qarşısında cavab verməli olacaqlar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi

Next

Bütün təzyiqlərə rəğmən – Asif Adil YAZIR…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv