Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sellofan torba bəlası- Marketlər özlərini reklam edir, qiymətləri də bahalaşdırırlar…

By Vüsal Rafiqoğlu
04.12.2025 3 Min Read

Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, böyük ölçülü torbaların isə 7 qəpiyə qaldırılması əksəriyyətin diqqətini çəkdi. “Qiymət artımı istehlakçı davranışını dəyişəcəkmi?” sualı sosial şəbəkələrdə də müzakirə olundu. Lakin şəhərdaxili müşahidələr göstərdi ki, hələlik real mənzərə əvvəlki kimidir: insanlar yenə də plastik torbalara üstünlük verməkdə davam edirlər. Supermarketlərdə, bazarlarda, iri ticarət mərkəzlərində vəziyyət dəyişməyib. Kassanın qarşısında dayanan hər on alıcıdan səkkizi polietilen paket alır. Bəziləri hətta narazılıq etsə də, yenə də həmin paketi götürməyə məcbur qalır.

Paytaxtın müxtəlif marketlərində danışdığımız alıcıların demək olar ki, hamısı oxşar fikir səsləndirdi: “Qiymətlər qalxandan sonra öz-özümə dedim ki, yəqin artıq insanlar seloffan paket almayacaq, çantaları ilə gəlib gedəcəklər. Amma nə dəyişib ki? Mağazalarda alternativ yoxdur. Mən də məcburam 2–3 paket götürməyə. Onsuz da evdə yığılır, sonra da atıram”,-deyə alıcılardan biri bildirir.

“Bunu artıranda düşünməlidirlər ki, adam paketsiz nə etsin? Hər kəs yanında parça torba gəzdirmir axı. Qoy alternativ olsun, mən də seçim edim. Amma belə bir seçim yoxdur. Ona görə də pulla da olsa alıram”, -başqa alıcı narazılığını belə bildirdi.

Bu fikirdən də aydın görünür ki, istehlakçı davranışı təkcə qiymətlə dəyişmir. Əgər əvəzləyici məhsul yoxdursa, seçim də mümkün olmur. Satıcılar deyir ki, qiymət artımı insanlarda narazılıq yaradıb.

Bakının mərkəzində yerləşən iri supermarketdə kassir qadın müşahidəsini bizimlə bölüşdü: “Bir-iki nəfər deyir ki, bahalaşıb, niyə belə oldu? Amma yenə də götürür. Birinin üç paket alacağı varsa, indi də üç paket alır. Dəyişiklik yoxdur”.

İqtisadçı Natiq Cəfərli Musavat.com-a seloffan paketlərin qiymətlərinin artması ilə bağlı danışıb. O bildirib ki, bu sahədə tənzimləyici qanun yoxdur: ”Azərbaycanda seloffan torbaları pullu edəndə bunu ekologiya ilə əlaqələndirdilər. Bildirdilər ki, bu tədbirlə insanlar daha çox parça və kağız torbalara meyl edəcəklər. Lakin bunun əksi baş verdi. Seloffan torbalar pullu olandan sonra onlardan istifadə Azərbaycanda artıb. Bunun qarşısı paketləri pullu etməklə deyil, təbliğatla, maarifləndirmə ilə alınmalı idi. Seloffan torbanın qiymətini qaldırmaqla ondan istifadə azalmayacaq. Nəhayət nə baş verdi- torbaların satışını qazanc mənbəyinə çevirdilər. Avropada bu torbalar çox ucuzdur. Mağazada kassaya yaxınlaşanda orada hər kəs çantasından parça torba çıxarır və aldıqlarını içərisinə yığaraq aparır. Ona görə ki, orada bir vətəndaş inanır ki, o, seloffan torbanı almasa, özünü hansısa bir formada, kiçik də olsa ekoloji problemlərin həllində rol oynayacaq. Azərbaycanda bunu düşünən varmı? Bu istiqamətdə təbliğat aparılırmı? Torbanın pullu olması məqsəd deyil, məqsəd istifadəçini azaltmaq idi. Bizdə isə pullu olandan sonra istifadəçi də artdı”.

İqtisadçı eyni zamanda iri ticarət şəbəkələrində bu torpabalardan özlərinin reklamları üçün istifadə etmələri məsələsinə də toxunub:

“Marketlər bunu özlərinin reklamı üçün edirlər. Başqa bir səbəb də yoxdur. Hər market kiçik bir sex açıb və öz torbasını istifadə edir. Bu, çox asan başa gələn bir işdir və gəlirli sahədir. Ona görə də marketlər həm pul qazanır, həm də özünü reklam edir. Bir məsələ də var ki, marketlər bunu almağı vətəndaşları məcbur etmir. Deyir, özünü əlavə torban varsa, məhsulu onunla daşı. Söhbət ondadır ki, torbaların pullu olmasının səbəbi nə idi?! O səbəb və məqsədə Azərbaycanda çatmaq mümkün olmadı. Əksinə bu, biznes növünə çevrildi”.

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, seloffan torbaların qiymətləri tənzimlənən qiymətlər siyahısına daxil deyil:

“Hökumət sadəcə qərar verib ki, bu torbalar pul ilə satılsın, lakin ona qiymət qoyulmayıb. Qiyməti əmtəəni istehsal edib pərakəndə satan təşkilat müəyyən edir. Bu sahədə qiymət artımının qarşısını alan mexanizm yoxdur. Bu layihə çox uğursuz və dəyərsiz layihədir. Bu yalnız seloffan istehsal edən şirkətlərin, marketlərin gəlirlərini artırdı. Əslində isə  torbalar tamamı ilə qadağan olunmalı idi. O, kağız torbalar ilə əvəz edilməli idi. Eyni zamanda əhaliyə təbliğat aparılmalı idi ki, hər bir ailənin bazarlıq zənbili olsun”.

İqtisadı deyir ki, tənzimləmə olmadığına görə burada süni qiymət artımından söhbət gedə bilməz: “Bazar iqtisadiyyatında azad rəqabət və liberal qiymət prinsipi var. Sahibkar öz malını istədiyi qiymətə sata bilər, lakin onun rəqibi var, müştəri itirmək istəmədiyi üçün qiyməti optimal şəkilə salır. Bu gün supermarketlərin və seloffan istifadə edənlərin rəqibi yoxdur. Digər tərəfdən bu qiymətləri dövlət tənzimləmir”.

A. Nəsirli bildirir ki, mağazalar reklam haqqında qanuna zidd davranır: “Vətəndaş torbaya görə həm pul ödəyir, həm də sanki mağazanın reklamını aparır. Ya marketin seloffanı üzərində onun markası olmamalıdır, ya da market bunları pulsuz etməlidir”.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bütün təzyiqlərə rəğmən – Asif Adil YAZIR…

Next

Litva hibrid təhdidlərlə mübarizə üçün NATO-dan mütəxəssislər istəyib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv