Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dərman bazarında ucuzlaşma olmayacaq

By Vüsal Rafiqoğlu
12.12.2025 3 Min Read

Yeni mexanizm ancaq qiymətlərin son həddini müəyyən edə bilər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq.

Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.

O bildirib ki, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək. Şərti kompensasiya məbləğinin 100%-i agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır. Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN. Modelə əsasən 12 AZN şərti kompensasiya məbləği təyin edilir və agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir.

Ümumilikdə dərman vasitələri üzrə kompensasiya mexanizmi dərman qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a danışıb. İqtisadçının fikrincə, bu mexanizm, yəni dərman kompensasiyası bazarlarda şərti olaraq qiymətlərin tavanını müəyyən edə bilər: “Başqa sözlə, müəyyən mənada “tavan qiymət effekti” yarada bilər. Çünki kompensasiyanın məbləği bilavasitə eyni təsir edən maddələr üzrə ən ucuz variantın qiymətinə bağlanırsa, onda dövlət həmin məbləği tam ödəyəcək. Yəni ən aşağı qiymətli dərmanın dəyəri əsas götürüləcək. Kim aşağı qiymət təklif edirsə, dövlət həmin məhsulu alacaq və kompensasiya da onun əsasında hesablanacaq.

Bu baxımdan, sığorta sistemi çərçivəsində mümkün qədər ucuz dərmanlar, yəni eyni təsiredici maddəyə sahib, lakin daha sərfəli olan preparatlar daha çox alınacaq. Çünki vətəndaşın seçimi təbii olaraq daha ucuz varianta yönələcək. Nəticədə bazarda ümumi orta qiymət səviyyəsi formalaşır”.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Eldəniz Əmirov

Eldəniz Əmirov qeyd edib ki, bu prosesin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: “Müsbət tərəfi ondadır ki, sistemdə şəffaflıq artır, apteklərin üzərində nəzarət güclənir və kəskin qiymət artımlarının qarşısını müəyyən qədər almaq mümkün olur. Eyni zamanda keyfiyyət göstəricilərinin də yüksəlməsi ehtimalı yaranır. Belə ki, insanlar artıq dərmanın brendinə deyil, təsiredici maddəsinə diqqət yetirməyə başlayır. Bu da keyfiyyətli dərmana çıxış imkanlarını genişləndirir.

Mənfi tərəfi isə budur ki, kompensasiyanın ən ucuz seqmentə yönləndirilməsi premium və innovativ dərman preparatlarının ölkəyə gətirilməsini demotivasiya edə bilər. Yəni bəzi şirkətlər yüksək keyfiyyətli və bahalı məhsulları bazara çıxarmaqda maraqsız ola bilər. Bu hal xüsusilə dərman satışının həcmi kəskin artsa, daha qabarıq şəkildə özünü göstərər. Əgər bazarda dövriyyə böyükdürsə, ucuz seqmentin dominantlığı innovativ preparatların payını azalda bilər. Amma satış azdırsa, bu amilin təsiri də nisbətən zəif olacaq. Onsuz da bahalı və keyfiyyətli dərman gətirmək istəyən şirkətlər onu gətirəcək və bazarda satacaq”.

İqtisadçı həmçinin vurğulayıb ki, burada digər mühüm məsələ sui-istifadə riskləridir: “Çünki bilirik ki, dərman idxalında arzuolunan səviyyədə rəqabət yoxdur. Bu səbəbdən bəzi şirkətlər eyni təsiredici maddəyə malik, lakin keyfiyyəti minimum səviyyədə olan çox ucuz məhsulları bazara çıxara bilər və kompensasiyadan faydalanaraq onları daha kütləvi şəkildə sata bilərlər. Həmçinin müəyyən distributorlar arasında gizli razılaşmaların olması da mümkündür: məsələn, ən ucuz dərmanın qiymətinin süni şəkildə qaldırılması, bununla kompensasiya məbləğinin artırılması və sair kimi manipulyasiyalar mümkündür.

Yəni bütün hallarda bu sistem güclü və davamlı nəzarət tələb edir. Mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq ciddi, ardıcıl və effektiv nəzarət mexanizmləri qurulmalıdır ki, həm sui-istifadənin, həm də keyfiyyətsiz məhsulların bazara çıxmasının qarşısı alınsın”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DTX Heydər Əliyevin anım günü ilə əlaqədar VİDEO paylaşdı

Next

“Odlar yurdu” adı polemikası

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv