Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Aztəminatlı ailələrə 200 manat birdəfəlik yardım veriləcək – Sosial islahatların gücü

By Vüsal Rafiqoğlu
23.12.2025 3 Min Read

Azərbaycanda sosial siyasət dövlət idarəçiliyinin prioritet istiqamətlərindən biri kimi formalaşaraq vətəndaşların rifahının yüksəldilməsinə, sosial ədalətin təmin olunmasına və cəmiyyətin dayanıqlı inkişafına xidmət edir. Bu siyasətin mərkəzində insan amili dayanır və bütün islahatlar əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir.

Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı sosial islahatlar əməkhaqlarının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin genişləndirilməsi və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olunur. Dövlət büdcəsində sosial xərclərin xüsusi çəkisinin artması bu sahəyə verilən önəmin bariz göstəricisidir. Əhalinin məşğulluğunun təmin edilməsi isə sosial siyasətin əsas komponentlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Aktiv məşğulluq proqramları, özünüməşğulluq layihələri, peşə hazırlığı kursları və yeni iş yerlərinin yaradılması işsizliyin azaldılmasına və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Sosial siyasətin mühüm istiqamətlərindən biri də həssas əhali qruplarının-şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin və aztəminatlı vətəndaşların sosial müdafiəsidir. Bu kateqoriyadan olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması, tibbi və sosial xidmətlərlə təmin olunması dövlətin davamlı diqqətindədir.

Eyni zamanda, təhsil və səhiyyə sahələrində aparılan islahatlar sosial siyasətin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Keyfiyyətli təhsilə və əlçatan tibbi xidmətlərə çıxışın genişləndirilməsi insan kapitalının inkişafına, uzunmüddətli sosial-iqtisadi tərəqqiyə zəmin yaradır.

Beləliklə, Azərbaycanda həyata keçirilən sosial siyasət sosial ədalət prinsiplərinə əsaslanaraq, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edən kompleks və məqsədyönlü tədbirlər sistemi kimi çıxış edir.

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri, təhlükəsizliyi və xoşbəxtliyi dayanır”- Prezident İlham Əliyevin bu fikirləri onun tapşırıqları əsasında ardıcıl şəkildə həyata keçirilən sosial islahatlarda aydın və əməli təsdiqini tapır. Xüsusilə son illər bir-birinin ardınca reallaşdırılan bu islahatlar minlərlə, hətta milyonlarla vətəndaşın sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Dövlətin sosialyönümlü siyasətinin davamı olaraq 2026-cı ildə də sosial təminat və sosial müdafiə tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. 2026-cı ilin dövlət büdcəsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş milli prioritetlərə və strateji hədəflərə tam uyğun şəkildə tərtib olunub.

Büdcə sənədi iqtisadi artımın davamlılığının təmin edilməsinə, qeyri-neft sektorunun potensialının genişləndirilməsinə, iqtisadi diversifikasiyanın sürətləndirilməsinə və sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, 2026-cı ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların payının 58 faizə qədər yüksələcəyi proqnozlaşdırılır. Bu göstərici fiskal diversifikasiyanın dərinləşdiyini, eyni zamanda, büdcə gəlirlərinin neft amilindən asılılığının azaldıldığını nümayiş etdirir. Büdcənin dayanıqlılığı və uzunmüddətli maliyyə sabitliyi baxımından bu amil xüsusi əhəmiyyət kəsb edir. Dövlət mənafeyi baxımından sosial xərclərin büdcədə yüksək paya malik olması cəmiyyətin rifahının qorunması, sosial sabitliyin təmin edilməsi və ümumi təhlükəsizlik mühitinin gücləndirilməsi üçün fundamental əhəmiyyət daşıyır.

2026-cı il üçün nəzərdə tutulan sosial paket geniş əhali kütləsinin həyat səviyyəsinə birbaşa təsir göstərəcək. Pensiya və əməkhaqqı artımları dövlətin sosial ədalət prinsipinə sadiqliyini nümayiş etdirməklə yanaşı, inflyasiya şəraitində əhalinin alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş zəruri iqtisadi addım kimi dəyərləndirilir. Bu yanaşma vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir və dövlətin mövcud iqtisadi reallıqları adekvat şəkildə qiymətləndirdiyini ortaya qoyur. Ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi və ehtiyac meyarının artırılması aztəminatlı ailələrin sosial yükünün azaldılmasına, eyni zamanda, sosial müdafiə mexanizmlərinin daha ədalətli və çevik şəkildə yenilənməsinə şərait yaradır.

Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin birdəfəlik sosial yardımla bağlı imzaladığı Sərəncam 76 min aztəminatlı ailəni əhatə etməklə dövlətin sosial həssas qruplara yönəlik dəstəyinin miqyasını bir daha nümayiş etdirir. Ünvanlı dövlət sosial yardımı alan ailələrə 200 manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, bu addım dövlətin sosialyönümlü siyasətinin davamı olmaqla, həssas əhali qruplarına göstərilən dəstəyin daha da gücləndirilməsinə yönəlib.

Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə göstərdiyi xüsusi diqqət və qayğı ölkədə sosial tərəqqinin təmin olunmasına, sosial müdafiə sisteminin davamlı şəkildə gücləndirilməsinə və vətəndaş rifahının yüksəldilməsinə xidmət edən ardıcıl və məqsədyönlü addımların atılmasını təmin edib. Həyata keçirilən sosial islahatlar əhalinin müxtəlif təbəqələrini əhatə etməklə yanaşı, xüsusilə həssas qrupların sosial təminatının gücləndirilməsinə real və effektiv töhfə verir. Bu siyasət nəticəsində sosial ədalət prinsiplərinə əsaslanan müasir sosial müdafiə mexanizmləri formalaşdırılıb, vətəndaş–dövlət münasibətlərində qarşılıqlı etimad daha da möhkəmlənib. Əldə olunan nailiyyətlər onu göstərir ki, sosial sahədə müəyyən edilmiş strateji xətt qarşıdakı dövrdə də ardıcıl şəkildə davam etdiriləcək, sosial təminat və sosial müdafiə tədbirləri daha geniş miqyasda həyata keçirilərək cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milad ümid və sülh bayramıdır

Next

Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv