Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanlı nazir “köhnə qitə”ni silkələdi – böyük pulların hesabı

By Vüsal Rafiqoğlu
30.12.2025 3 Min Read

Aİ Azərbaycana qarşı yenə də ikili standartlardan çıxış edir; İrəvana 20 milyon, Bakıya isə…

Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, Avropa İttifaqından (Aİ) Ermənistana 20 milyon avro ayrılacaqsa, eyni məbləğ Azərbaycana da ayrılmalıdır. Nazir bildirib ki, bəzi ölkələrdən Ermənistana belə yardım edilirsə, Azərbaycana da edilməli olduğunu deyənlər olub. 

“Bu prinsipial mövqedən çıxış edən ölkələrdən biri Macarıstan idi. Ondan sonra Avropa Sülh Fondu hesabına yox, başqa mənbələr hesabına Azərbaycana da 10 milyon avro vəsait ayrıldı. Bu, minatəmizləmə işləri üçün nəzərdə tutulmuşdu. Bizim məlumatımız var ki, Aİ-dən Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin Azərbaycana da ayrılması vacibdir. Bu istiqamətdə iş davam etdiriləcək. Macarıstandan olan partnyorlarımız bu mövzuda bizə dəstək olurlar, bundan sonra da olacaqlar”, – XİN rəhbəri vurğulayıb.

Yada salaq ki, Aİ ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi Azərbaycanın etirazına səbəb olub. Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkədən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də həmin kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.

İndi də Ermənistana 20 milyon ayrılır. Bəs işğalçı üçün bu nə “Marşal planı”dır belə? Ərazisi yağmalanan, işğala məruz qalan Ermənistan idimi? Şəhərlərinə 30 ildən artıq müddətdə bir raket, yaxud PUA düşməyən ölkəyə postmünaqişə dövründə bu səxavətin səbəbi nədir? Məqsəd Rusiyadan onu qoparmağa hesablanıb, yoxsa xristian təəssübkeşliyidir? Rusiya bir yandan Qarabağdan gedən ermənilərə “humanitar yardım” ayırır, Aİ də o yandan İrəvana maliyyə dəstəyi verir.

Azər Badamov: Azərbaycan-Özbəkistan dostluğunun genişlənməsi bütün Türk  dünyasında birliyin möhkəmlənməsinə böyük töhfə verəcək - AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqazda sülhün yaranmasını və torpaqlarımızın azad olunmasını istəməyən qüvvələr uzun illər Ermənistanı himayə ediblər: “Hətta 1992-ci ildə Azərbaycanın əraziləri işğal olunmasına baxmayaraq ABŞ Konqresi Azadlığa Dəstək Aktının 907-ci maddəsinə düzəliş edərək sanksiya tətbiq etdi. Bu gün Cənubi Qafqazda sülh gündəliyi inkişaf etdiyi və Ermənistana daşınan tranzit yüklərə məhdudiyyətlərin aradan qaldırıldığı bir dövrdə “907-ci düzəliş”in birdəfəlik ləğv edilməməsi başadüşülən deyil. O cümlədən ərazilərimizi 30 il işğal altında saxlayaraq, talayıb bütün mədəni-tarixi irsimizi məhv edən Ermənistana uzun illər heç nə deyilmədi. Hətta əksinə, Minsk Qrupu Ermənistanla əlbir olaraq işğal etdiyi Azərbaycan ərazilərini legitimləşdirməyə çalışdı. Amma Azərbaycan dövləti öz sözünü dedi və işğala son qoyaraq Cənubi Qafqaza sülh gətirdi. Azərbaycanın ərzilərini minalarla zəhərləyən və yaşayış məntəqələrini yerlə yeksan edərək bütün infrastrukturu məhv edən Ermənistan olmasına baxmayaraq Avropa İttifaqı maliyyə yardımlarını da elə Ermənistana edir. İndi də Azərbaycanı nəzərə almadan Avropa İttifaqının Ermənistana birtərəfli şəkildə 20 milyon avro yardım göstərməsi ikiüzlülüyün son dərəcəsidir”.

Deputat qeyd etdi ki, Ermənistanın belə şirnikləndirilməsində məqsəd Cənubi Qafqaza sülh və əməkdaşlığın gəlməsini istəməməkdən irəli gəlir: “Əgər belə olmasaydı, Ermənistanın yerlə-yeksan etdiyi əraziləri yenidən qurub bərpa edən Azərbaycana da eyni maliyyə yardımı edib heç olmasa balansı qoruyardılar. Amma onlar ərazilərində heç bir müharibə getməyən Ermənistanın inkişafına 20 milyo avro ayırırlar. Avropa İttifaqının bu hərəkəti Azərbaycanın daha güclü olmasını tələb edir. Biz kimdənsə maliyyə yardımının gəlməsini gözləmədən ordumuzu daha da gücləndirməliyik. Çünki davamlı sülhün meydana gəlməsi üçün düşmənlərdən güclü olmağımız əsas şərtdir”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva qərəzli formada faktların təhrif olunduğunu vurğuladı: “Avropa İttifaqının Ermənistana 20 milyon ayırması, Azərbaycana isə hələ də eyni dəstəyin verilməməsi bir şeyi göstərir: “köhnə qitə” sülhü yox, öz maraqlarını düşünür. Ceyhun Bayramovun çıxışı da buna cavabdır. Əgər münaqişə bitibsə, yükü təkcə Azərbaycan çəkməməlidir. Ermənistanda bir daş belə yerindən oynayıb? Yox. Şəhərləri salamatdır. Azərbaycan isə 10 min kv.km ərazini minadan təmizləyir, 30 ilin dağıntısını bərpa edir, milyardlarla pul xərcləyir.

Üstəlik, Avropa İttifaqının sənədlərində “Qarabağ erməniləri qaçqın” kimi göstərilir. Bu, qərəzli formada faktın təhrifidir. İnformasiya savaşıdır.

Belə vəziyyətdə Ermənistana ayrılan 20 milyon nə humanitar dəstək, nə də ədalət prizmasından doğru görünür. Daha çox “Ermənistanı Rusiyadan qoparmaq üçün avans” təsiri yaradır. Yeni oyun artıq başlayıb. Ermənistan da “yazıq qonşu” obrazı ilə pul toplamağa çalışır. Macarıstanın dəstəyi ilə Azərbaycana 10 milyonun ayrılması isə göstərir ki, məsələ pulda deyil. Məsələ niyyətdədir. Bu, “tərəfsizlik” deyil. Bu, keçici siyasətdir. Ayrılmış 20 milyon siyasi mesajdır. Azərbaycan da buna öz cavab mesajını verdi. Balans pozularsa, münasibətlər də dəyişə bilər. Artıq “səxavətli Avropa” nağılı işləmir. Cəmiyyətimiz isə hər şeyi görür. Əgər bu oyun davam edəcəksə, Azərbaycan da öz qaydalarını müəyyən edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

FHN əhaliyə müraciət etdi

Next

“Allaha şükür ki, işim var, qətiyyən pis olmamışam” – Misir Mərdanov

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv