Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Ölkədə torpaq azalır, qəbir çoxalır” – İlahiyyatçı alimdən ÇAĞIRIŞ

By Vüsal Rafiqoğlu
30.12.2025 4 Min Read

Samid Quliyev: “Fiqhə görə qalıqlar torpağa qarışdıqdan sonra qəbir yerinin yenidən istifadəsi mümkündür”

Şəhərlərin sürətlə böyüməsi, əhalinin artması və urbanizasiyanın dərinləşməsi fonunda qəbiristanlıqların sahəsi də ildən-ilə genişlənir. Xüsusilə, iri şəhərlərdə torpaq resurslarının məhdudlaşması qəbir yerlərinin planlaşdırılması və idarə olunmasını ciddi ekoloji və sosial problemə çevirib. Yaşayış massivləri ilə qəbiristanlıqların sərhədlərinin yaxınlaşması, torpaq ehtiyatlarının tükənməsi və ekosistemə təsir məsələsi cəmiyyətdə haqlı suallar doğurur. Bu kontekstdə həm dini, həm də hüquqi baxımdan alternativ və davamlı yanaşmaların mövcudluğu xüsusi əhəmiyyət kəsb edir.

Bəs İslam fiqhində bu problemə necə yanaşılır? Qəbir yerlərinin yenidən istifadəsi mümkündürmü və bu, dini qaydalarla ziddiyyət təşkil edirmi?

SAMİD.jpg (1.02 MB)

Məsələ ilə bağlı QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev Musavat.com-a verdiyi açıqlamada həm fiqhi prinsipləri, həm də müasir ekologiya və urbanistika baxımından bu yanaşmanın əsaslarını ətraflı izah edib.

O bildirib ki, İslam fiqhində dəfn qaydaları bədənin torpağa ən təbii və sadə şəkildə qaytarılmasını nəzərdə tutur:

“Bu prinsiplər dini təlimlərin icra olunmasıyla yanaşı, həm də torpaq ekologiyası, mikrobiologiya və ekosistem dövriyyəsi ilə bağlı elmi biliklərlə üst-üstə düşən bioetik sistemdir.
Monoteist dinlərdə bədən Tanrı tərəfindən yaradılmış əmanət olaraq dəyərləndirildiyi üçün ölüm anından sonra da onun qorunması əsas normadır. Quranda insanın yaradılışı ilə torpaq arasında olan orqanik bağlılıq aydın şəkildə ifadə edilir: “Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.” (Taha, 55)

Bu ayə həm insanın ontoloji başlanğıcını, həm də təbii dövrünün son mərhələsini təsvir edir. Xristianlıqda “torpaqsan və torpağa dönəcəksən” (Yaradılış, 3:19) fikri, yəhudilikdə isə təbii dəfn ənənəsi bu yanaşmanın digər dini formalarıdır.

Müasir ekologiya elmi də göstərir ki, insan cəsədinin torpağa kimyəvi müdaxilə olmadan qaytarılması torpaq mikroorqanizmlərinin fəaliyyətini optimallaşdırır, torpağın strukturunu qoruyur və çirklənmənin qarşısını alır. Bu, teoloji təlimlərin ekoloji rasional əsasını təsdiq edir.
İslamda dəfnin sadə aparılması və qəbirüstü ağır konstruksiyalardan çəkinmək dini göstəriş olmaqla yanaşı, ekoloji funksiyaya malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərin üzərində tikinti etməyin, onları bəzəməyin”. (Muslim, Cənaiz)

Bu qadağa həm riyadan uzaq durmanı təşviq edir, həm də torpağın hava və su mübadiləsini qoruyaraq ekosistemin pozulmasının qarşısını alır. Beton örtüklərin istifadəsi torpağın nəfəsliyini azaldır, mikrobioloji fəaliyyətə mane olur və suyun torpaqda təbii dövriyyəsini zəiflədir.

Tarixi şəhərsalma nümunələri göstərir ki, müsəlman şəhərlərində qəbiristanlıqlar yaşıl zolaqlar kimi formalaşdırılırdı. Ətrafında ağacların əkilməsi, məkanın təbii landşaftla uyğun saxlanılması ekosistemin sabitliyinə töhfə verirdi. Bu model müasir urbanistikada “ecological cemetery”, “green burial park” kimi konsepsiyaların erkən formasıdır”.

İlahiyyatçı alim qeyd edib ki, cəsəd torpağa qoyulduqdan sonra bir-birini izləyən mürəkkəb biokimyəvi və mikrobioloji proseslər baş verir:

“Öz-özünə həll olunma, hüceyrələr fermentativ şəkildə öz-özünü parçalamağa başlayır. Bu mərhələ İslamın kimyəvi müdaxilələrdən (balzamlama) uzaq durma prinsipini ekoloji baxımdan əsaslandırır. Kimyəvi balzamlama prosesləri torpağın mikrobiotasını məhv edir və yeraltı sular üçün toksik risk yaradır. Aerob və anaerob bakteriyalar toxumaların parçalanmasını davam etdirir. Elmi araşdırmalar göstərir ki, orta rütubətli, hava keçirən torpaqlarda proses daha sürətli və təbiidir. Peyğəmbər (s) tərəfindən “yumşaq torpaqda dəfn” tövsiyəsinin bu elmi mexanizmlə uyğunluğu diqqət çəkir.

Cəsədin parçalanmasından yaranan üzvi maddələr torpağın azot-fosfor balansını dəyişir. Qrunt suları səthə yaxın olduqda sızma riski artır. Bu səbəbdən müasir urbanistikada qəbiristanlıq yerləşdirilməsi ciddi hidrogeoloji təhlil tələb edir.

İslam fiqhində də su yollarına, içməli suya yaxın ərazilərdə dəfnin məkruh sayılması ekoloji təhlükəni önləməyə yönəlmiş dini mexanizmdir. Fiqh mənbələrində bir sıra məsələlər ekoloji davamlılıqla paralel şəkildə izah edilə bilər: Tabutun zərurət olmadıqda istifadə edilməməsi – tabut torpağın mikroorqanizmlərini cəsədlə təmasdan ayırır və parçalanmanı gecikdirir. Fiqh isə torpaqla birbaşa təmasın əməli şərt olduğunu bildirir. Bu, həm də torpaq dövriyyəsində balansın qorunmasına xidmət edir. Eləcə də qəbirüstü konstruksiyaların minimuma endirilməsi- bu tələb torpaq eroziyasının qarşısını alır, landşaftın təbii strukturunu saxlayır və ekosistemin şəffaflığını artırır”.

Samiq Quliyev onu da bildirib ki, fiqhə görə, qalıqlar torpağa qarışdıqdan sonra qəbir yerinin yenidən istifadəsi caizdir:

“Bu prinsip urbanistik məkanın məhdud olduğu böyük şəhərlərdə torpaq resurslarının davamlı idarə olunmasını təmin edir. Azərbaycan Respublikasının 2018-ci il tarixli 522 nömrəli qərarı ilə qəbir yerlərinin 25 illik istifadə müddətinin müəyyən edilməsi fiqhi normaların müasir dövlət idarəçiliyi və ekoloji siyasətlə uzlaşdırılmasının konkret nümunəsidir. Bu yanaşma bir tərəfdən dini-hüquqi prinsiplərə hörməti qoruyur, digər tərəfdən isə urbanizasiyanın sürətləndiyi şəraitdə torpaq ehtiyatlarının rasional və davamlı istifadəsinə hüquqi zəmin yaradır. Beləliklə, dövlət tənzimləməsi həm ictimai maraqları, həm də dini dəyərləri balanslaşdıran funksional mexanizm kimi çıxış edir.

İslamda insanın torpaqdan yaranması və torpağa qayıtması fikri həm də insanın ekosistemə inteqrasiya olunmuş strukturunu göstərir. Quranda buyurulur: “…O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.” (Furqan, 2)
Bu “nizam” ekosistem tarazlığının pozulmaması prinsipini də ehtiva edir.

İnsanın torpağa təbii qaydada qaytarılması həmin yaradılış nizamının qorunmasının bir parçası kimi mövcud olur. Müasir ekoloji antropologiya da insan bədəninin torpağa təbii şəkildə qovuşmasının ekoloji dövrün ayrılmaz halqası olduğunu təsdiq edir. Bu mənada, İslam fiqhindəki təbii dəfn modeli həm teoloji, həm antropoloji, həm də ekosistem baxımından optimal həll kimi görünür.

İslam fiqhində dəfn qaydaları sadəlik, israfın qadağan olunması, kimyəvi müdaxilələrdən çəkinmək, bədənin torpağa təbii şəkildə qaytarılması və torpaq resurslarının səmərəli idarə olunması kimi prinsiplər üzərində qurulub. Müasir ekologiya, mikrobiologiya və urbanistika elmləri bu prinsiplərin ekoloji baxımdan yüksək dərəcədə rasional və davamlı olduğunu təsdiq edir. Beləliklə, islam fiqhində təbii dəfn min illər əvvəl formalaşıb, lakin müasir “yaşıl dəfn” konsepsiyalarının mahiyyətinə tam uyğun gələn davamlı bioetika modelidir”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yanvarda Bakıya qar yağacaq? – AYLIQ PROQNOZ

Next

Azərbaycanda 237 dərmanın QİYMƏTİ tənzimlənib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv