Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dünya sülh liderini seçdi – İlham Əliyevə yüksək etimad

By Vüsal Rafiqoğlu
20.01.2026 3 Min Read

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Prezident İlham Əliyev də qaliblər sırasında yer alıb. Müharibədə qalib gələn lider sülhdə də qalib oldu.

pEiuGv7H87cPAaZVXiJSA3TuN9e84XIC8dGNFSu7_850.jpg (91 KB)

Heç şübhəsiz ki, bu mükafat cənab Prezidentin sülh gündəliyinin dünya tərəfindən təqdiridir. Nüfuzlu mükafatın alınmasında dövlət başçısının sülh yolundakı təşəbbüsləri, bu istiqamətdə qarşıya çıxan maneələrin aradan qaldırılması üçün atdığı addımlar, Ermənistanın revanşizmə və regionu yeni qarşıdurmaya sürükləmək cəhdlərinin qarşısındakı qətiyyətli LİDER obrazı, Azərbaycanın öz iradəsini diktə etməsi, münaqişənin həllində göstərdiyi çabalar və 2025-ci ilin avqustunda Vaşinqtonda məsələyə nöqtə qoyulması mühüm rol oynadı.

İLHAM ESGER.jpg (246 KB)

Mükafatın verilməsi ilə bağlı Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Əslində bütün dünyada Azərbaycanın rəhbərinə göstərilən yüksək etimad burada da xüsusi yer almaqdadır.

Dövlətimizin başçısının layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı bu böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Eyni zamanda bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürüdür. Ölkəmiz artıq yalnız enerji resursları ilə deyil, həm də regionda təhlükəsizliyin əsas dayağı kimi qlobal miqyasda nüfuz qazanıb.

Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşması ilə Azərbaycanın beynəlxalq tranzit xəritəsindəki yeri daha da möhkəmlənir və bu, bütün Avrasiya regionu üçün yeni inkişaf imkanları vəd edir. Beləliklə, qazanılan hər bir uğur Azərbaycanın suveren gücünün və sülhsevər siyasətinin sarsılmazlığını bir daha təsdiq edir.

MİRZEBEY.jpeg (77 KB)

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin təltif edilməsi təkcə fərdi liderliyin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı sülh konsepsiyasının beynəlxalq səviyyədə qəbul və təqdir edildiyinin göstəricisidir:

“Bu mükafat mahiyyət etibarilə XXI əsrdə müharibədən çıxmış dövlətin qalibiyyət psixologiyasını revanşizmə deyil, dayanıqlı sülhə yönəltməsinin nadir və nümunəvi modelinə verilən yüksək qiymətdir. Prezident İlham Əliyev öz mükəmməl diplomatik məharəti ilə sübuta yetirdi ki, müharibədə qalib gələn lider yalnız hərb meydanında deyil, sülh masasında da qalib olmalıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi mütləq qələbə regional status-kvonu dəyişdi, lakin bu qələbənin strateji dəyəri məhz postmüharibə mərhələsində ortaya qoyulan siyasi iradə ilə tamamlandı. Rəsmi Bakı revanşist ritorikaya, emosional maksimalizmə və ikrah doğuran xarici manipulyasiyalara uymadan, hüquqa və reallığa əsaslanan sülh gündəliyi formalaşdırdı. Bu yol şübhəsiz ki, asan olmadı. Bəlkə də müharibəyə qədərki dövrdən dəfələrlə çətin oldu.

Azərbaycan ilk gündən açıq şəkildə bəyan edirdi ki, sülh alternativsizdir, lakin bu sülh yalnız suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında mümkün ola bilər. Rəsmi Bakı güzəşt dili ilə deyil, özünün formalaşdırdığı reallıqların dili ilə danışdı və nəticədə prosesdə təşəbbüskar tərəf olaraq öz ədalətli mövqeyini diktə etməyi bacardı.

VASİN SON.jpg (129 KB)

2025-ci ilin avqustunda Vaşinqtonda müharibə perspektivinə birdəfəlik nöqtə qoyulması da Azərbaycanın diplomatik səylərinin, regional güc balansını düzgün oxumasının və qlobal aktorlarla praqmatik münasibətlər qurmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Burada əsas məqam vasitəçilərin və ya kənar oyunçuların deyil, tərəflərin, xüsusilə də qalib tərəfin iradəsinin həlledici olmasıdır.

Azərbaycanın münaqişənin həllində ortaya qoyduğu model artıq beynəlxalq praktikada nümunəvi təcrübə kimi qəbul edilir. Ölkəmiz öncə işğala son qoyulmasının hüquqi-siyasi əsaslarını formalaşdırdı, sonra hərbi gücün legitim tətbiqinə nail oldu, daha sonra isə qalib mövqedən sülh təklifi ilə çıxış etdi. Bu model göstərdi ki, “dondurulmuş münaqişələr” anlayışı əslində siyasi iradənin olmamasının başqa adıdır.

Şeyx Zayed Fondunun mükafatı isə məhz bu iradənin, müharibəni qələbə ilə bitirən, sülhü isə strateji nəticəyə çevirən liderliyin beynəlxalq səviyyədə tanınmasıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fevralda pensiyalar artırılacaq: İndeksasiya kimlərə şamil olunacaq?

Next

YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə qazi və şəhid ailələrini ziyarət edib.

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv