Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər…

By Vüsal Rafiqoğlu
31.01.2026 3 Min Read

Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir.

Musavat.com bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır.

Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr kimi tanınır.

El arasında belə bir deyim də var: “Böyük çillə dondurar, Kiçik çillə yandırar”.

Yəni Böyük çillə daha çox şaxtası ilə, Kiçik çillə isə sərt küləyi, çovğunu, kəskin temperatur dəyişmələriylə insanı sınağa çəkir. Həm hava şəraitinin ağırlaşması, həm yolların buz bağlaması, həm də insanların gündəlik həyatında yaratdığı çətinliklər Kiçik çilləni qışın ən ağır mərhələsinə çevirir.

Folklorşünasların qeyd etdiyi kimi, çillə anlayışı sırf meteoroloji dövr deyil, həm də qədim təqvim düşüncəsinin, zaman bölgüsünün, xalqın təbiətlə harmoniyada yaşamaq təcrübəsinin məhsuludur. Əcdadlarımız qışı sadəcə soyuq mövsüm kimi yox, mərhələlərə bölünmüş canlı bir zaman parçası kimi dərk ediblər. Hər mərhələnin öz xarakteri, öz davranışı, öz “əhvalı” olub.

Kiçik çillənin daxilində qeyd olunan Xıdır İlyas bayramı isə xalq mədəniyyətində xüsusi yer tutur. Bu bayram Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır. Bəzi yerlərdə ona “Xıdır Nəbi” də deyilir.

XIDIR.png (943 KB)

Xüsusilə Naxçıvanda bu bayram ənənəvi şəkildə, böyük coşğu ilə qeyd olunur və fevralın 10-na qədər davam edir. Kəndlərdə insanlar bir-birinə qonaq gedir, evlərdə süfrələr açılır, qədim mərasimlər icra olunur. Bəzi bölgələrdə isə bayramın cümə axşamlarına təsadüf etməsi İslam dininin qəbulundan sonra formalaşmış inanclarla əlaqələndirilir.

Xıdır İlyas bayramı həm Novruz ənənələri, həm də çox qədim inanclarla sıx bağlıdır. Bu bayramın köklərində Şumer inancları, Zərdüştlük, xristianlıq və İslamın izləri aydın şəkildə görünür. Tədqiqatçılar Xıdır obrazını su, həyat, dirilik və yenilənmə ilə əlaqələndirirlər. Zərdüştlükdə od və suyun müqəddəsliyi, Şumer mifologiyasında xilaskar motivi, xristianlıqda müqəddəs fiqurların himayədarlıq anlayışı və İslamda Xıdır peyğəmbər haqqında rəvayətlər zamanla xalq təfəkküründə birləşərək vahid mədəni obraz yaradıb. Bu səbəbdən Xıdır İlyas həm dini, həm mifoloji, həm də folklor xarakteri daşıyır.

Xıdır İlyas xalq yaddaşında xilaskarlıq, ümid, nicat və bolluq rəmzi kimi yaşayır. İnsanlar bu bayramı yazın gəlişi ilə əlaqələndirir və böyük səbrsizliklə gözləyirdilər. Çünki Kiçik çillənin ən sərt günlərində belə bu bayram insanlara ümid verirdi: “Qışın beli qırılır, yaz yaxınlaşır”.

Bayram süfrəsində buğdadan hazırlanan qovğa və qovud xüsusi yer tutur. İnanca görə, bayram gecəsi qovud qapının kandarına qoyulur və Xıdırın boz atı ilə gəlib həmin izləri yoxlayacağına inanılırdı. Səhər oyananda qovudun üzərində at nalına bənzər izlərin görünməsi Xıdırın gəlişinin əlaməti kimi qəbul edilirdi. Bəzi bölgələrdə uşaqlar səhər tezdən oyanıb ilk olaraq həmin izləri axtarardılar. Bu cür inanclar qışın sərt günlərində insanların yazın gəlişinə olan ümidlərini daha da gücləndirirdi.

Bundan başqa, gənc qızların niyyət tutaraq su qabının içinə üzük, daraq, sancaq kimi əşyalar atması, səhər onların taleyini yozması kimi mərasimlər də Xıdır gecəsinə aid edilən qədim inanclardandır. Bu mərasimlər sonradan Novruz adətləri ilə də qaynayıb-qarışıb.

Kiçik çillənin başa çatması ilə Boz ay başlayır. Boz ay Novruzun yaxınlaşmasını və təbiətin oyanışını simvolizə edən mühüm dövr hesab edilir. Bu ayda xalq arasında geniş şəkildə qeyd olunan çərşənbələr keçirilir. Su, od, yel və torpaq çərşənbələri Boz ayın əsas mərasimləridir. Su çərşənbəsi ilə başlanan bu mərasimlər torpaq çərşənbəsiylə tamamlanır və baharın gəlişi böyük sevinclə qarşılanır.

Əslində, Kiçik çillə ilə Boz ay arasında görünməz bir körpü var. Birində qışın sərt nəfəsi, digərində isə yazın ilıq nəfəsi hiss olunur. Xalq təqvimi bu keçidi sadəcə tarixlə yox, mərasimlərlə, inanclarla, ümidlərlə müşayiət edib. Qışın ən çətin günlərində belə insanlar bayramlar, inanclar və mərasimlər vasitəsilə öz ruhlarını isidə biliblər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2 fevralda iş olacaq?

Next

Məktəblilərin qış tətili sabah başa çatır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv