Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ölkədə qeyri-rəsmi doğulan uşaqların sayı artır-sosial şəbəkə MÜZAKİRƏSİ

By Vüsal Rafiqoğlu
02.02.2026 3 Min Read

Vəkil “qanunvericilik dəyişilməlidir” deyir

Azərbaycanda sürətlə yayılan yeni və təhlükəli bir tendensiya formalaşır. Nikahdan kənar münasibətlərdən doğulan uşaqların sayı artır, ailə institutu kənara itələnir, məsuliyyət isə birtərəfli şəkildə kişilərin üzərinə yüklənir. Razılaşma olmadan analıq qərarı verilir, sonra isə atalığın tanınması və aliment tələbi hüquqi mübahisəyə çevrilir. Bu proses təkcə fərdi dramlar yaratmır, eyni zamanda vəled-i zinaların artması, ailə institutunun aşınması və demoqrafik təhlükəsizlik baxımından ciddi suallar doğurur.
Məsələni açıq və sərt şəkildə gündəmə gətirənlərdən biri beynəlxalq hüquq üzrə ekspert, vəkil Fərhad Mehdiyevdir. Onun sosial şəbəkədə paylaşdığı status və yazılan şərhlər cəmiyyətdə gedən bu təhlükəli meyli bütün çılpaqlığı ilə ortaya qoyur.

Qeyri-rəsmi nikahdan doğulan uşaqlar -  10 ilin statistikası

Fərhad Mehdiyevin statusunu təqdim edirik:

“İndi də yeni trend formalaşır. Nikahdan kənar sevgilisinin razılığı olmadan dünyaya uşaq gətirirlər, sonra yaxasından tuturlar ki, atalığı qəbul elə və aliment ödə. Praktikamda getdikcə artan templə belə bir hadisə ilə qarşılaşıram: ailə qurmayan, qura bilməyən, başqa səbəblərlə subay qalan və uşağı olmayan bəzi xanımlar yaşları 35-i keçdikdən sonra ana olmağa qərar verir; potensial ata namzədini seçir, münasibət qurur, əvvəldən razılıq olmadan ya da razılaşmanın əksinə hamilə qalır, sonra dünyaya uşaq gətirir. Adətən bu hal münasibətin bitməsinə səbəb olur çünki hamiləlik faktı ortaya çıxan kimi kişi-partnyor buna etirazını bildirir, israr edir, qarşı tərəf də qəbul etmir; hamiləliyi də başa vurmaq üçün kişini çox vaxt bloka atır. Hamiləlik sırasında “uşağa özüm baxacam, sənin heç xəbərin də olmayacaq” desələr də, müəyyən bir müddət sonra atalığın müəyyən edilməsi və alimentlə bağlı hüquqi yollara müraciət edirlər. Pullu evli kişilərdən də uşaq dünyaya gətirirlər. Mövcud qanunvericilik kişilərə bu cür hamiləliyə – ailə daxili olsa belə – hər hansı etiraz etmə imkanını tanımır. Əslində ailə daxilində belə hal olanda, onun o qədər də ciddi fəsadı yoxdur, uşaq analı və atalı bir ailədə dünyaya gəlir. Lakin nikahdan kənar uşağın dünyaya gəlməsinin yaratdığı ciddi problemlər var və bu problem əslində həm anaya, həm ataya, həm də uşağa aid olur. Bu sahədə qanunvericilik dəyişilməlidir. Valideyn olma könüllü bir seçimdir; heç kəsi zorla valideyn olmağa məcbur etmək olmaz. Qadına bu məsələdə könüllü seçim imkanı tanınır, kişilərə isə tanınmır, amma valideyn olmağın hüquqi vəzifələrə kişilərə yüklənir. Bu da şəxsi həyata müdaxilə təşkil edir. Hələ ki bu qəbildən mübahisələri Konstitusiya Məhkəməsinə, ya da Avropa İnsan hüquqları Məhkəməsinə çıxarmağa maraqlı olan vətəndaşlar olmayıb. Ümid edirəm ki kimsə bu məsələdə ərinməz, beləliklə hüququn inkişafına da təkan vermiş olar. Məsələnin birbaşa ölkəmizin qarşılaşdığı demoqrafik təhlükəsizlik məsələsinə aidiyyatı var. Uşaq istəyən insan nikaha daxil olmalıdır. Uşaq nikah daxilində dünyaya gəlməlidir”.

Prof. Fərhad Mehdiyev

Fərhad Mehdiyevin fikirlərinə yazılan şərhlər də problemin ciddi oduğunu göstərir. Şərhlərdən birində yazılır:

“Nə qədər adam tanıyıram mən bu formada tələyə düşən. Elə ona görə deyirlər də qadının şərindən qorun”.

Mövzuya şərh yazan Samir Hacıyev baş verənlərin biznes olduğunu və ağır nəticələrinin üzə çıxacağını düşünür: “Onsuz da bu dəqiqə aliment biznesdi. 1 uşaq doğ, 18 il müftə pul qazan. Bizim qanunvericilik ancaq qadın hüquqlarına dəstək məqsədi daşıyır. Belə travmalı mühitdə böyüyən uşaqların əksəriyyəti potensial cinayətkarlar olur. 10-15 il sonra ölkədə kriminal rekord vuracaq.

Digər istifadəçi isə yazır: “Yazıda aliment məsələsi də vurğulayıb deyə çoxları mövzuya pul gözlüklərindən baxır. Halbuki söhbət cəmiyyətdə vələd-i zinaların, biclərin sayının artmasından gedir. Belələri mənəvi məsələlərə ehtiyac hissi duymur deyə, mənəvi narahatlıqları da yoxdur. Çox təəssüf…”

Problemin dərinliyi Fərhad Mehdiyevin statusuna yazılan şərhlərin saysız-hesabsız olmasında da üzə çıxır. Bu müzakirə göstərir ki, söhbət tək-tək aliment davalarından yox, cəmiyyətin dərin qatlarında gedən təhlükəli prosesdən gedir. Valideynlik könüllü seçim olmaqdan çıxıb məcburi hüquqi yükə çevrilirsə, ailə institutu zəifləyir, uşaq isə mübahisənin predmetinə dönür. Qanun, mənəviyyat və demoqrafik təhlükəsizlik arasındakı bu ziddiyyət vaxtında müzakirə olunmasa, sabah daha ağır sosial nəticələrlə üz-üzə qalacağıq. İndi açıq danışmaq zamanıdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin mesajı odur ki… – Deputatdan VACİB ÇIXIŞ

Next

Türkiyədən Azərbaycana DƏHŞƏTLİ SOYUQLAR gəlir – Yaxın günlərdə…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv