Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ramazan ayı insanın mənəvi kamilləşməsi üçün MÜHÜM FÜRSƏTDİR – MÜSAHİBƏ

By Vüsal Rafiqoğlu
18.02.2026 3 Min Read

Xoş gəldin, on bir ayın Sultanı…

İlahiyyatçı: Ramazan ayı insanı daha məsuliyyətli, daha mərhəmətli və daha anlayışlı olmağa çağırır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, müqəddəs ayın ilk günü fevralın 19-na təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edib, Uca Allah- Təaladan müqəddəs orucluq ayında ibadətlərin qəbula yetməsini diləyib. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir.

Bununla əlaqədar ilahiyyatçı, “Mirtağı” məscidin imamı Seyyid Murad Paşazadə “İki sahil”ə müsahibəsində Ramazanın dini, mənəvi və ictimai əhəmiyyətindən bəhs edib.

– Ramazan ayının müsəlmanların həyatında rolu nədən ibarətdir?

– Bildiyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən elan olunan fətvalar həm dini qaydalara, həm də elmi-astronomik hesablamalara əsaslanır. Bu qərar cəmiyyətimizdə ibadətlərin vaxtında və düzgün şəkildə icrasına şərait yaradır. Ramazan ayının fevralın 19-da başlanması möminlər üçün aydınlıq yaradır və dini birlik baxımından mühüm əhəmiyyət daşıyır.

Ramazan İslam dünyasında mənəvi tərbiyə ayı kimi qəbul olunur. Bu ay insanın nəfsini tərbiyə etməsi, səbirli olması, pis əməllərdən çəkinməsi və xeyirxah işlərə yönəlməsi üçün xüsusi fürsətdir. Oruc yalnız yeməkdən və içməkdən imtina deyil, eyni zamanda pis sözlərdən, qəzəbdən, ədalətsiz davranışdan uzaq durmaq deməkdir. Ramazan ayı insanı daha məsuliyyətli, daha mərhəmətli və daha anlayışlı olmağa çağırır. Allah-Təala bu ayı Ona iman edən insanlar üçün fəzilətli edir.  Ramazan ayı və onun orucu İlahi əmridir, bu barədə Qurani-Kərimin “Bəqərə” surəsində belə buyurulur: “Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun…”

– Bu müqəddəs ayda hansı ibadət və əməllər xüsusilə tövsiyə olunur?

– Ən başlıca ibadətlərdən biri Qurani-Kərimin oxunması və mənasının dərk edilməsidir. Bununla yanaşı, ehtiyacı olan insanlara yardım göstərmək, sədəqə vermək, kimsəsizlərin qayğısına qalmaq Ramazanın əsas ruhunu təşkil edir. Ailə üzvləri və qohumlarla münasibətlərin möhkəmləndirilməsi, küsülülərin barışdırılması da bu ayın savab əməllərindəndir.

– Ramazan ayının cəmiyyətə təsiri barədə nə deyə bilərsiniz?

– Ramazan ayı cəmiyyət daxilində həmrəylik və qarşılıqlı dəstək mühitini daha da möhkəmləndirir. Bu dövrdə insanlar bir-birinin halına daha həssas yanaşır, ehtiyacı olanlara yardım göstərmək mənəvi borc kimi qəbul olunur. Sosial məsuliyyət hissinin güclənməsi nəticəsində xeyriyyə aksiyaları, ianə kampaniyaları və könüllü təşəbbüslər daha geniş miqyas alır. Xüsusilə aztəminatlı ailələrə, ahıllara və tənha insanlara göstərilən diqqət cəmiyyətin humanist dəyərlər üzərində formalaşmasına mühüm töhfə verir.

Bununla yanaşı, Ramazan ailə münasibətlərinin möhkəmlənməsinə də müsbət təsir göstərir. İftar süfrələri ətrafında insanların bir araya gəlməsi ünsiyyəti artırır, mehribanlıq və anlayış mühitini gücləndirir. Küsülülərin barışması, qohumluq əlaqələrinin bərpası bu ayda daha çox müşahidə olunur. Nəticə etibarilə Ramazan təkcə fərdi ibadət ayı deyil, həm də cəmiyyətin mənəvi dəyərlər əsasında birləşdiyi, sosial həmrəyliyin gücləndiyi mühüm bir dövrdür ki, bu da uzunmüddətli perspektivdə sağlam və dayanıqlı ictimai inkişaf üçün möhkəm zəmin yaradır.

– Gənclər üçün Ramazanın hansı mənəvi dərsləri var?

– Ramazan ayı gənclər üçün yalnız oruc tutmaqla məhdudlaşan bir ibadət dövrü deyil, eyni zamanda iradə tərbiyəsi və mənəvi kamilləşmə məktəbidir. Bu ay gənclərə nəfsinə nəzarət etməyi, səbirli olmağı və öz davranışlarına məsuliyyətlə yanaşmağı öyrədir. Gün ərzində yeməkdən və içməkdən uzaq qalmaqla yanaşı, mənfi düşüncələrdən, kobud sözlərdən və zərərli vərdişlərdən çəkinmək insanın daxili intizamını möhkəmləndirir. Ramazan ayı vaxtın düzgün bölgüsünə xüsusi diqqət yetirməyi təşviq edir. İbadət, təhsil, əmək fəaliyyəti və ailə həyatı arasında tarazlıq yaratmaq gənclərin gələcək həyatında da nizam-intizamlı olmalarına mühüm təsir göstərir. Ramazanın fəlsəfəsini dərindən dərk edən gənclər mərhəmət, paylaşmaq və başqasının halını anlamaq kimi ali dəyərləri həyatlarının əsas prinsipinə çevirirlər. Nəticə etibarilə bu müqəddəs ay onların həm mənəvi, həm də vətəndaşlıq baxımından məsuliyyətli, dürüst və faydalı fərd kimi formalaşmasına güclü zəmin yaradır.

– Sonda oxucularımıza hansı mesajı vermək istərdiniz?

– Arzu edərdim ki, hər kəs Ramazan ayını yalnız formal ibadət dövrü kimi deyil, daxili dəyişiklik və saflaşma fürsəti kimi dəyərləndirsin. Bu ayda edilən xeyirxah əməllər, göstərilən mərhəmət və anlayış il boyu davam etsə, cəmiyyətimiz daha sağlam və daha güclü olar. Uca Allah tutulan orucları və edilən duaları qəbul etsin.

Orxan Vahidoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

17 itkin-şəhidimiz dəfn olunacaq – SİYAHI

Next

Azərbaycan-Serbiya: münasibətlər yeni mərhələdə

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv