Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

4 manatlıq ətin qiyməti də BAHALAŞDI

By Vüsal Rafiqoğlu
19.02.2026 3 Min Read

Ekspert: “Bahalaşma davam edəcək, çünki… “

Bu ilin yanvar ayında Azərbaycana 8,2 milyon dollar dəyərində 3 min 332 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər 760 ton, başqa sözlə 18,6% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 9,1 milyon dollar dəyərində 4 min 92 ton ət idxal edilmişdi. Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 2,46 dollar (təxminən 4 manat 18 qəpik) təşkil edib.
2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,22 dollar (təxminən 3 manat 77 qəpik) idi. Bu da illik müqayisədə 0,24 dollar (41 qəpik) və ya 10,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,63%-i ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,44% olub.

Bəs 4 manatlıq ətin keyfiyyətinə inanmaq olarmı? 40 qəpik bahalaşmanın səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, qiymətindən asılı olmayaraq, keyfiyyətsiz, yararsız, standartlara cavab verməyən və insan sağlamlığı üçün təhlükə yarada biləcək ətin ölkəyə daxil olmasına icazə yoxdur: “Yəni məhsul istər 40 manat olsun, istərsə də 40 qəpik – əgər mövcud sanitar, baytarlıq və təhlükəsizlik standartlarına uyğun deyilsə, onun idxalı qadağandır. Qanunvericiliyə əsasən ölkəyə yalnız müvafiq sertifikatlara malik, laborator yoxlamalardan keçmiş və müəyyən olunmuş normalara cavab verən ət məhsulları buraxılır. Bu baxımdan qiymət meyar deyil, əsas meyar uyğunluq və təhlükəsizlikdir. Yararsız məhsulun ölkəyə girişi qadağandır və idxal yalnız standartlara uyğunluq əsasında həyata keçirilir. İkinci mühüm məsələ isə ətin qiymətinin bahalaşmasını düzgün anlamaq üçün onun hansı növ ət olduğunu müəyyənləşdirməkdir. Statistik məlumatlarda “ət” ümumi kateqoriya kimi göstərilir. Halbuki ətin növləri var – mal əti, qoyun əti, toyuq əti və s. Hər birinin də maya dəyəri, idxal mənbəyi və bazar qiyməti fərqlidir. Açıqlanan rəqəmlər isə ümumi orta qiyməti əks etdirir. Əgər konkret olaraq ötən ilin yanvar ayında hansı növ ətin nə qədər həcmdə idxal edildiyi ayrıca göstərilsəydi, vəziyyəti daha dəqiq və aydın təhlil etmək mümkün olardı. Mövcud qeydlər isə qarışıq xarakter daşıyır və ölkəyə daxil olan müxtəlif növ ətlərin orta qiyməti hesablanaraq təqdim olunur. Bu isə qiymət artımının səbəblərini detallı şəkildə qiymətləndirməyə müəyyən çətinlik yaradır”.

ImageÜmumi bahalaşmaya gəldikdə isə iqtisadçının fikrincə, bunun əsas səbəblərindən biri Azərbaycanın ət idxal etdiyi ölkələrdə də inflyasiyanın mövcud olmasıdır: “Həmin ölkələrdə istehsal xərcləri artırsa, bu, avtomatik olaraq ixrac qiymətlərinə təsir edir. Əgər həmin ölkələrdə ət bahalaşırsa, təbii olaraq Azərbaycana gətirilən məhsul da daha yüksək qiymətə başa gəlir. Digər tərəfdən, daxili bazarda ətin qiyməti yüksəldikcə daha baha məhsulun idxalı iqtisadi baxımdan məntiqli görünür. Çünki sahibkar idxal etdiyi məhsulu sonradan mənfəətlə satmağı planlaşdırır. Daxili bazarda qiymətlər yüksək olduqda idxal da arta bilir, çünki satışdan qazanc əldə etmək imkanı genişlənir”.

Xalid Kərimli daxili bazarda ətin bahalaşmasına isə bu cür aydınlıq gətirib: “Daxili bazarda ətin bahalaşmasının çoxsaylı səbəbləri var. Tez-tez sual olunur ki, əgər ət gömrükdən 4-5 manata daxil olursa, niyə mağazalarda daha baha qiymətə satılır? Burada bir daha vurğulamaq lazımdır ki, ilk növbədə ətin növünə diqqət yetirilməlidir. Bundan əlavə, əsas məsələ gömrükdə tonla keçən məhsul üzrə formalaşan ilkin qiymətdir. Həmin qiymət son satış qiyməti deyil. Daha sonra vergilər əlavə olunur, logistika xərcləri hesablanır, saxlanma və daşınma xərcləri ortaya çıxır, mağazaların ticarət marjası əlavə edilir. Bununla yanaşı, satış prosesində müəyyən itkilər də olur. Bütün məhsulu tam həcmdə və istənilən qiymətə realizasiya etmək mümkün olmur. Yəni sahibkar həm xərcləri, həm itkiləri, həm də qazanc normasını nəzərə alaraq qiymət formalaşdırır. Təbii ki, sahibkar qazanc əldə etməsə, idxalla məşğul olmayacaq”.

İqtisadçı sonda vurğulayıb ki, ətin bahalaşması prosesinin yaxın zamanda yekunlaşacağı gözlənilmir: “Çünki yerli istehsalın təklifi artmır, əhalinin tələbatı isə ciddi şəkildə azalmır. Eyni zamanda, ət idxal etdiyimiz ölkələrdə də bizim ölkədə olduğu kimi inflyasiya davam edir. Bu amillər birləşərək qiymətlərin artımını stimullaşdırır. Mövcud iqtisadi şərtlər dəyişmədikcə, ət bazarında bahalaşma meylinin davam edəcəyi ehtimalı yüksək olaraq qalır”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah hava yağıntılı olacaq, güclü külək əsəcək

Next

Bakıdan Laçına yeni avtobus reysi fəaliyyətə başlayır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv