Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda dərs saatları azaldılsın – ÇAĞIRIŞ

By Vüsal Rafiqoğlu
21.02.2026 2 Min Read

Azərbaycan universitetlərində dərs saatının müddəti bəzi ali təhsil müəssisələrində 90 dəqiqə, bəzilərində isə 80 dəqiqədir. Lakin müəllimlərin və tələbələrin fikirlərinə görə, dərsin ilk bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər. Yorğunluq və diqqət dağınıqlığı tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də bəzi müəllimlər dərs saatının minimum 60 dəqiqəyə endirilməsini təklif edirlər. Xüsusilə Amerika və Kanada universitetlərində dərslər əsasən 60-75 dəqiqə arasında tədris olunur. Avropada və Türkiyədə isə dərs müddəti adətən 55-70 dəqiqə arasında dəyişir. Bəzi hallarda 80 dəqiqəlik dərslər də olur. Bizdə isə mühazirə və seminar dərsləri sovet dövründən qalan ənənəyə uyğun surətdə 90 dəqiqə tədris olunur…

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a açıqlamasında araşdırmaların nəticələrinə diqqət çəkərək bildirib ki, tələbələrin yüksək konsentrasiya müddəti orta hesaba 20-40 dəqiqədir. Onun sözlərinə görə, 90 dəqiqəlik fasiləsiz dərslərdə ikinci 45 dəqiqədən mənimsəmə qabiliyyəti kəskin aşağı düşür:

“Avropa təcrübəsində 50-75 dəqiqəlik modellər həm də diqqət pəncərəsini daha effektiv idarə etməyə fokuslanıb. Avropanın nüfuzlu universitetlərində olmuşam, onların tədris və tədqiqat mühiti ilə tanışam. Proseslərə insanların zamanına kifayət qədər hörmət etmək baxımından yanaşma mövcuddur. SSRİ-dən qalma 90 dəqiqəlik model daha çox müəllimin birtərəfli bilik ötürməsinə hesablanıb, tələbə isə passiv roldadır. Müasir tədrisdə isə daha çox aktiv öyrənmə metodları üstünlük təşkil edir. Yaxşı müəllim isə öyrətməyi öyrənəndir”.

İlqar Orucov: Görülən işlər Qarabağ Universitetinin dünyanın ən qabaqcıl  ali məktəblərindən biri olmasına hədəflənib - AZƏRTAC

Ekspertin sözlərinə görə, eyni zamanda, kollektiv öyrənmə yanaşması kifayət qədər geniş yayılıb:

“Daha çox dərs saatı müəllimi materialları daha lakonik və intensiv təqdim etməyə, tələbəni isə daha çox fərdi araşdırmaya sövq edir. Almaniya universitetlərinin təcrübəsinə diqqət çəkərək bildirim ki, tələbə tədrisdən sonra birbaşa praktiki həllərə yönəldilir. Tələbələr nəzəri biliklərlə yanaşı, praktiki biliklərə fokuslandırılırlar. 90 dəqiqəlik mühazirə dövrü çoxdan bitib”.

İ.Orucov vurğulayıb ki, Azərbaycan təhsil sistemində də yeni modelə keçid olmalıdır:

“Ölkəmizdə Boloniya sisteminə keçid olsa da, dərs saatlarının strukturu hələ də köhnə standartlarla tənzimlənir. Türkiyə, eyni zamanda, Avropada tətbiq olunan 50 dəqiqə dərs, üstəgəl, 10 dəqiqəlik fasilə tələbənin gün ərzində daha çox fərqli fənnə fokuslanmasına şərait yaradır. Bu, həm müəllimlərin, həm də tələbələrin zehni yorğunluğunu azaldır. Digər tərəfdən bu, prosesdə daha çox çevikliyi əldə etməyə imkan verir. Düşünürəm ki, dərs müddətlərinin 60 dəqiqəyə endirilməsi tədris metodikasının köklü şəkildə yenilənməsini tələb edən addımdır. Bu gün dünyada ən qiymətli resurs zamandır. Bu resursun daha effektiv idarə edilməsi, o cümlədən dərslərin dinamik keçməsinə imkan yaratmaq baxımından ənənəvi yorucu mühazirələr keçmişdə qalmalıdır və keçid ən qısa zamanda təmin olunmalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

FHN əməkdaşının faciəvi ölümü haqda RƏSMİ AÇIQLAMA

Next

Pensiyaçılara şad xəbər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv