Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sabah Novruzun ilk çərşənbəsidir – Nələri səhv bilirik?

By Vüsal Rafiqoğlu
23.02.2026 2 Min Read

Sabah Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsidir.

Bu çərşənbəni bəzən “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.

Çərşənbə adətləri nələrdir, adlandırılması nə ilə bağlıdır, çərşənbələr haqqında nələri bilməliyik?

Publika.az xəbər verir ki, folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlama verib. O bildirib ki, kiçik çillə fevralın 20-də başa çatıb, ayın 21-dən isə Boz ay başlayıb:

“Boz aydakı ilk çərşənbə axşamı Su çərşənbəsi kimi qeyd olunur. Yaxın keçmişdə bəzi bölgələrdə bu günə “Yalançı çərşənbə” də deyilib.

Çərşənbələr və dörd ünsür məsələsi

Çərşənbələrin adlandırılması dörd ünsürlə – hava, od, su və torpaqla əlaqələndirilir. Buna görə də bəzən bu ənənə səhvən zərdüşlüklə bağlanır. Səbəb kimi zərdüştilikdə oda xüsusi münasibətin olması göstərilir. Lakin bu yanaşma doğru deyil. Zərdüştilikdə od müqəddəs sayılır və sitayiş obyektidir. Novruzda isə tonqal qalamaq və onun üzərindən tullanmaq “ağırlığım tonqalda yansın” deyimi ilə müşayiət olunur. Heç bir dində insan sitayiş etdiyi Tanrının üzərindən hoppanmaz. Deməli, Novruz tonqalı ilahiləşdirilmiş od deyil, təmizlənmə və yenilənmə rəmzidir”.

Çərşənbələrin adları: ənənəvi yanaşma

Folklorşünas bildirib ki, yaxın keçmişə qədər çərşənbələr ünsürlərlə deyil, başqa adlarla tanınıb:

“Xalq arasında çərşənbələr “Yalançı”, “Xəbərçi”, “Ölü çərşənbəsi” və “İlaxır” kimi adlar işlədilirdi. Novruz bayramı isə “İlbaşı” kimi xatırlanırdı. Çərşənbələrin dörd ünsürlə adlandırılması sonrakı dövrlərdə formalaşıb və bunu farslarla müəyyən mədəni yaxınlaşmalarla izah etmək olar. Lakin Novruzu qeyd etmək atəşpərəstliyin davamı demək deyil. Orta Asiya xalqları və bütövlükdə türk dünyası bu bayramı qeyd edirsə, bu, onun qədim türk mədəniyyətinə bağlılığını göstərir”.

Su çərşənbəsi və qədim inanc sistemi

“İlk çərşənbə Su çərşənbəsidir. Qədim türklərin təktanrılıq inancı olan Tenqriçilikdə “Yer-Su” anlayışı mövcuddur. Qədim təsəvvürlərə görə, yer və su ruhları – yəni əyələr – təbiətin qoruyucu sahibləridir. “Əyə” burada sahib, qoruyucu mənasını verir. Folklorumuzda suya böyük hörmət göstərilib. Məsələn, su içən adama toxunmazlar, əlində su ilə qarşılaşmaq aydınlıq və xeyir sayılar, su içən insanı danışdırmazlar. “Çay nənəsi”, “Vurğun əyəsi” kimi obrazlar suyun ruhunu və müqəddəsliyini ifadə edir. Bu inanclar qədim türklük düşüncəsinə dayanır və xalq yaddaşında qorunub saxlanılıb. Bəzi tədqiqatçılar dörd ünsür anlayışını zərdüştiliklə əlaqələndirsələr də, su ilə bağlı inancların kökü daha qədim – Tenqriçilik dünyagörüşünə gedib çıxır”.

Su çərşənbəsinin adətləri

Aynur Qəzənfərqızı qeyd edib ki, su çərşənbəsində dan yeri sökülən vaxt evləri təmizləmək, həyət-bacaya su səpmək adətdir:

“Bu, təmizlənmə və yenilənmə rəmzi sayılır. Uşaqlıq xatirələrimdə çayın buzunu sındırıb su gətirmək və həyətə çiləmək xüsusi yer tutur. Su hər şeyi saflaşdıran ünsür kimi qəbul edilir. Bu gün həmin adəti simvolik şəkildə davam etdirmək üçün buzluqda su dondurub, buzunu qıraraq evə çiləmək olar. Müasir araşdırmalarda da suyun strukturunun ona yönələn təsirə görə dəyişə bildiyi qeyd olunur. Xalqımız isə bunu elmi terminlərlə deyil, inanclar və adətlər vasitəsilə əsrlər boyu yaşadıb. Ona görə də ilk çərşənbədə evə su çiləmək sadəcə bir adət deyil, həm də təmiz niyyət, saf düşüncə və yeni başlanğıca inamın rəmzidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maaşlarla bağlı mühüm AÇIQLAMA

Next

Bu şəxslərin maaşı artacaq – MƏBLƏĞ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv