Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Xocalının qisası yerdə qalmadı

By Vüsal Rafiqoğlu
26.02.2026 4 Min Read

Tarix boyu ermənilər tərəfindən dəfələrlə soyqırımı cinayətlərinə məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə üzləşdi. Həmin gün keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalını işğal edən ermənilər şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata keçirdilər. 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qəddarlıqla qətlə yetirildi, 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü. Yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı ən böyük cinayətlərdən olan Xocalı qətliamının törədilməsindən bu gün 34 il ötür. Bu hadisə ermənilərin Qarabağda həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti qanlı mərhələsi idi. Şəhərin sakinləri məhz milli mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Xocalıda baş verənlərin soyqırımı cinayəti kimi tövsif olunması üçün kifayət qədər hüquqi əsaslar var. Belə ki, erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən mülki azərbaycanlı əhali əvvəlcədən planlaşdırılmış şəkildə qətlə yetiriliblər. Ən dəhşətlisi budur ki, həmin vaxt hətta yaşlılar və uşaqlar da ən qəddar üsullarla öldürülüblər. Bu isə ermənilərin Xocalıda törətdiyi müharibə cinayətinin kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aydın göstərir. Qeyd etmək lazımdır ki, Xocalı strateji baxımdan olduqca mühüm coğrafi mövqedə yerləşir. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirmək imkanlarından uzaq olması, səhlənkarlığı, laqeydliyi və fəaliyyətsizliyi nəticə etibarilə şəhəri düşmən qarşısında müdafiəsiz qoydu və işğal edilməsinə gətirib çıxardı. Şəhərin işğalı ermənilərə Qarabağda sonrakı təcavüzkar planlarını həyata keçirə bilmələri üçün əlverişli imkanlar yaratdı. Şəhərdə amansız soyqırımını törətməklə isə ermənilər Azərbaycan xalqının gözünü qorxutmaq, onun iradəsini sındırmaq məqsədi güdüblər. Xocalı cəlladı S.Sarkisyanın vaxtilə müsahibəsində “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq” deməsi də bunu təsdiq edir. Xocalı soyqırımının baş verməsindən sonra qarşıda duran əsas vəzifələr faciənin beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət alması və tanıdılması olmuşdur. Bu istiqamətdə məqsədyönlü və koordinasiya olunmuş fəaliyyətin əsası Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlamasından sonra qoyulub. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il fevralın 24-də qəbul etdiyi “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərarda hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib. Ulu Öndər Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli Fərmanı ilə qarşıya qoyulan vəzifələrin icrasının, Prezident İlham Əliyev hücum diplomatiyasının, Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” kampaniyasının, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşlərinin nəticəsi olaraq Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Belə ki, indiyədək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən Xocalıda baş verənləri soyqırımı aktı kimi tanıyan müvafiq parlament qətnamələri qəbul edilib. 2012-ci il noyabrın 20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub. Bütün bunlarla yanaşı, xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və müəllifliyi ilə 2008-ci ildən start verilən “Xocalıya Ədalət” kampaniyası hazırda bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Xalqımız hər zaman inandı ki, işğal edilmiş bütün şəhər və kəndlərimiz, o cümlədən Xocalı mütləq azad olunacaq. Vətən müharibəsinin və antiterror tədbirlərinin nəticəsi olaraq Prezident İlham Əliyev xalqımızın bu inamının həyata keçməsini qətiyyətlə təmin etdi. 2023-cü il oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Vətən müharibəsi və antiterror tədbirləri ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, həm də xalqımızın qisas tarixi oldu. Çünki hərbi-siyasi zəfərlərimizin nəticəsi olaraq Ermənistanın soyqırımı cinayətlərinin qurbanı olan bütün vətəndaşlarımızın intiqamı da alındı. Ermənilərin müxtəlif vaxtlarda, o cümlədən 34 il əvvəl Xocalıda qətlə yetirdikləri soydaşlarımızın ruhları indi rahatdır. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın” – Prezident İlham Əliyev bildirib. 2023-cü ilin antiterror tədbirlərindən sonra həm də Qarabağda xalqımıza qarşı cinayətlərin, o cümlədən Xocalı soyqırımının törədilməsində iştirak edən bir sıra müharibə caniləri də saxlanılaraq ədalət mühakiməsinə çıxarıldılar. Bir il davam edən məhkəmə prosesində onların hər biri layiqli cəzasını aldı. İnanırıq ki, Xocalı soyqırımının törədilməsində birbaşa iştirakı olan R.Koçaryan, S.Sarkisyan da saxlanılaraq ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Bir məsələni də qeyd etməliyik ki, Vətən müharibəsindəki qələbə, Qarabağda erməni separatizminə son qoyulması və Xocalı cəlladlarının ədalət mühakiməsinə çıxarılması həm də Əli Kərimli və tərəfdarları başda olmaqla, antimilli ünsürlərə vurulan mənəvi-psixoloji zərbə oldu. Məlum olduğu kimi siyasi mübarizə adı altında xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirən bu satqın şəbəkə hər zaman belə bir fikri təlqin etməyə çalışırdı ki, Azərbaycan dövləti torpaqlarını işğaldan azad edə bilməz. 44 günlük vətən müharibəsindən sonra isə bu xəyanətkar şəbəkə Azərbaycan hakimiyyətini Rusiya qoşunlarını ölkə ərazisində yerləşdirməkdə ittiham etməyə başladı. Onu da riyakarcasına iddia edirdilər ki, Azərbaycan hakimiyyəti Qarabağdakı qondarma rejimi ləğv edə bilməz. Bu mənada antiterror tədbirlərində erməni separatizminin darmadağın olunması, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağının ucaldılması, 2024-cü ildə isə Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi həm də antimilli ünsürlərin məğlubiyyəti oldu. Xocalı artıq Qarabağda Böyük Qayıdışın həyata keçirildiyi şəhərlərdən biridir. Qısa müddətdə bərpa olunan şəhərə və Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə 3 min 600 nəfərdən çox vətəndaşımız geri dönüb. Xocalı şəhəri yenidən dirçəlir, rayonda həyat yenidən qaynayır. Xocalıda başlanan yeni həyat həm də xalqımızın zəfərinin və soyqırımı qurbanlarının döyüş meydanında alınan qisasının təntənəsidir. Xanlar Fətiyev, Milli Məclisin deputatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiyalarla bağlı vacib xəbər

Next

Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 27-də…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv