Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dənizin delikatesi – Yerli istehsal yoxdur, ən çox bu ölkədən gətirilir

By Vüsal Rafiqoğlu
28.02.2026 3 Min Read

Keçən ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 0,74 ton həcmində hisə verilmiş və mişarvari krevetka idxal edib. Krevetka idxalı əsasən Farer adaları, Qrenlandiya və Yaponiyadan həyata keçirilib. Farer adalarından idxal olunan məhsulun 1 kiloqramı 7,5 dollar (12,75 manat) olub. Ən böyük idxal payı isə Qrenlandiyaya məxsusdur.

Qrenlandiya mənşəli məhsulun 1 kiloqramı isə 7,91 dollar (13,45 manat) təşkil edib. Qeyd edək ki, Azərbaycanda krevetkalar pərakəndə satış şəbəkələrində əsasən dondurulmuş 500 qr-1 kq paketlər şəklində təqdim olunur. Marketlərdə bu məhsulun qiyməti 22,50 manatdan 34,50 manata qədər dəyişir.

“Əlçatan delikates” kimi təqdim olunan krevetka Azərbaycanda artıq tanış məhsula çevrilib. Lakin bu bazarla bağlı suallar çoxdur: Azərbaycanda krevetka istehsalı varmı? Dəniz, yoxsa şirin suda yetişdirilən növlərə üstünlük verilir?

“Ən çox krevetka İrandan gətirilir”

Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyevin sözlərinə görə, ölkəyə ən çox krevetka İrandan gətirilir: “Mənim bildiyim sahibkarlardan biri ötən ilin noyabr ayında İrandan 3 ton pələng krevetkası gətirmişdi. Ancaq bu rəqəmlər rəsmi statistikada əksini tapmayıb. Statistik siyahıda bu ölkənin, eləcə də Çinin adının yer almaması təəccüblüdür. Adıçəkilən digər ölkələrdən idxal edilən krevetkalar isə baha başa gəlməsi səbəbindən əlçatmazdır. Yerli krevetkaya gəldikdə isə, bazarlarda xarici məhsulla müqayisədə qat-qat çox satılır. Ümumilikdə, yerli krevetka idxal olunan məhsuldan daha çoxdur və satış baxımından da təxminən 50 dəfə üstünlük təşkil edir. İl ərzində yalnız bizim qurum 400–500 kiloqram yerli krevetkanı balıq yemi məqsədilə alır. Azərbaycanın su hövzələrində bir neçə növ krevetka mövcuddur ki, onların da böyük hissəsini Xəzər krevetkası təşkil edir və bu növ ilboyu ovlana bilir. Ölkənin hava şəraiti isə su hövzələrində bioresursların ilboyu istehsalına imkan verir”.

Yerli istehsal yoxdur

Ə.Əliyev bildirdi ki, hazırda Azərbaycanda krevetka istehsalı həyata keçirilmir: “Bəzi ərazilərdə “katyollar” qurulur, krevetkalar kiçik vaxtlarından ovlanaraq saxlanılır. Belə nümunələrdən biri Neftçala rayonundadır. Lakin bu proses istehsal hesab edilmir. İstehsalla məşğul olmaq istəyən insanlar var, amma onların qarşısında müəyyən əngəllər mövcud olduğu üçün bu, hələlik mümkün deyil”.

“Mövcud tələbatın qarşılanması üçün…”

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı da dedi ki, artan tələbatı qarşılamaq üçün istehsal mütləqdir: “Azərbaycan dünya akvakultura bazarından kənarda qala bilməz. Krevetka hazırda dünyada ən məşhur balıq məhsullarından biridir və qlobal miqyasda istehlakı artmaqdadır. Bu da istehsalın genişlənməsini zəruri edir. Təəssüf ki, hazırda Azərbaycanda bu məhsulun istehsalı hələ də təşkil olunmayıb. Müəyyən cəhdlər olsa da, bəzi şəxslər idxal olunan məhsullar əsasında istehsal qurmağa çalışıblar. Bununla belə, texniki baxımdan ölkədə krevetka yetişdirmək mümkündür”.

“İqtisadi baxımdan cəlbedici sayılmır”

Z.Salmanlı bildirdi ki, məhsuldan restoranlarda geniş istifadə olunur, marketlərdə isə asanlıqla tapılır. Bu baxımdan, yerli istehsalın formalaşması məqsədəuyğun olardı: “Krevetkanın yetişdirilməsi mövsümi xarakter daşımır və qış aylarında qapalı su hövzələrində də istehsal mümkündür. Bu üsulla bazardakı idxal məhsulları ilə rəqabət apara biləcək məhsul əldə etmək olar. Yerli məhsul iri ölçülü, təzə və canlı olacağı üçün alıcıların ona üstünlük verməsi mümkündür. Bu amillər yerli krevetkanın bazarda mövcud məhsulları üstələməsinə şərait yarada bilər”.

Müsahibimizin sözlərinə görə, hazırda balıqçılar Xəzər dənizindən və çaylardan krevetka tutsalar da, bu, ümumi istehlakın yalnız kiçik bir hissəsini qarşılayır: “Üstəlik, bu proses istehsal deyil, vəhşi təbiətdən ovlanma hesab olunur və məhsulun qiyməti də nisbətən baha olur. Yerli növlərin yetişdirilməsinin perspektivli hesab edilməməsi isə onların gec böyüməsi və kiçik ölçülü olması ilə izah edilir. Bu səbəbdən fermerlər üçün yerli krevetka növlərinin yetişdirilməsi iqtisadi baxımdan cəlbedici sayılmır”.

Üstünlük Xəzər krevetkalarına verilir

Krevetka satışı ilə məşğul olan Seymur Mamedov isə bildirdi ki, xaricdən gətirilən krevetkalar əsasən İran mənşəlidir: “Bu məhsullar iri ölçülü olur. Adətən okean və ya pələng krevetkası kimi tanınır. Yerli krevetkalar isə əsasən orta və kiçik ölçüdədir. Hazırda yerli krevetkanın mövsümü olmasa da, bazara çıxarılan yerli məhsul istehsal deyil, təbii olaraq Xəzərdən ovlanan krevetkalardır. Bu məhsullar bişirildikdən sonra satışa buraxılır. Krevetkalar əsasən topdan şəkildə restoranlara satılır, lakin pərakəndə alıcıların da sayı az deyil. Qabığı soyulmuş və paketlənmiş krevetkalar əsasən mağazalarda təqdim olunur. Lakin bu məhsullar dad baxımından zəif, keyfiyyətinə görə isə yetişdirilmə məhsulu olduğu üçün daha süni hesab edilir. Bu səbəbdən satışda əsasən bişirilmiş və qabıqlı krevetkalara üstünlük verilir”.

S.Mamedov qeyd etdi ki, krevetkaya tələbat ümumilikdə orta səviyyədə qiymətləndirilir. Bununla belə, yerli krevetkalara tələbat daha yüksəkdir, çünki qiyməti idxal məhsulları ilə müqayisədə daha münasibdir: “Eyni zamanda, yerli krevetkaların həm dad, həm də keyfiyyət baxımından üstün olduğu bildirilir. İri ölçülü krevetkalar əsasən yetişdirmə yolu ilə böyüdülür, Xəzərdən tutulan krevetkalar isə tamamilə təbii məhsul hesab olunur. Xəzər krevetkası zülalla daha zəngindir və göz sağlamlığı üçün faydalı hesab olunur. Məhz bu amillərə görə istehlakçılar ən çox Xəzərdən ovlanan krevetkalara üstünlük verirlər”.

Satıcının sözlərinə görə, hazırda bazarda qiymətlər ölçüyə görə dəyişir. Naxçıvan mənşəli iri krevetka 27 manat, Xəzərin orta ölçülü krevetkası 10 manat, Xəzərin xırda ölçülü krevetkası 4 manatdır. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xınalığa yarım metrdən çox qar yağıb

Next

Kartla baha, nağd ucuz – Vətəndaş nə etməlidir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv