Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İRANDAKI SAVAŞ AZƏRBAYCANIN ƏRZAQ BAZARINI “VURACAQ”? – “Yüzlərlə məhsul bahalaşa bilər…”

By Vüsal Rafiqoğlu
03.03.2026 3 Min Read

Məlum olduğu kimi, Yaxın Şərqdə son günlər hərbi-siyasi gərginlik yenidən artıb. İsrail və ABŞ-nin İran ərazisinə zərbələr endirməsi, İranın isə regiondakı ABŞ hərbi bazalarını hədəfə alması bölgədə qarşıdurmanın daha geniş miqyas alma ehtimalını gündəmə gətirib. Proseslərin nə qədər davam edəcəyi və hansı mərhələyə keçəcəyi hələlik bəlli deyil. Lakin baş verənlər təkcə hərbi deyil, həm də iqtisadi baxımdan region ölkələrinə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyə bilər.

İllərdir Azərbaycanda İran istehsalı olan ərzaq və gündəlik tələbat mallarının satışı ilə məşğul olan xüsusi mağazalar fəaliyyət göstərir. Xüsusilə Bakıda belə obyektlərin sayı daha çoxdur.

Paytaxtda “Nə alsan 1 manat” kampaniyaları ilə tanınan bəzi mağazalarda məhsulların ucuz olmasının əsas səbəblərindən biri də məhz İran mallarının geniş paya malik olmasıdır. Hazırda paytaxtda və cənub bölgəsində yerləşən ticarət mərkəzlərində İran istehsalı olan ərzaq, ədviyyat, çərəz və digər gündəlik məhsullar geniş çeşiddə təqdim olunur.

Statistik göstəricilərə görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə cüzi dəyişərək 644 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 647 milyon dollar olub. 2025-ci ildə Azərbaycan İrandan əsasən portağal (14,3 milyon dollar), kartof (13,6 milyon dollar), qida üçün yararlı duz və yodlaşdırılmış məhsullar (11,8 milyon dollar), badımcan (9,4 milyon dollar), peçenye (8,8 milyon dollar), kərə yağı (8,7 milyon dollar), bibər (8,3 milyon dollar), xurma (6,4 milyon dollar), soğan (6,1 milyon dollar), yerkökü (5,7 milyon dollar), kələm (4,5 milyon dollar), pendir (4,1 milyon dollar), kivi (3,1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Bununla yanaşı, idxalda əsas ağırlıq sənaye və tikinti məhsullarının payına düşüb. Həmin dövrdə İrandan azot (84,8 milyon dollar), arqon (48,7 milyon dollar), mərmər qırıntıları və tozu (20,1 milyon dollar), tikinti daşlarının dənəvərləri və qırıntıları (18,9 milyon dollar), təbii barium sulfatı (12,5 milyon dollar), ağ portlandsement (9,7 milyon dollar), hipoxlorit və xloritlər (6,9 milyon dollar), dinatrium karbonat (5,8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub. Göründüyü kimi, İranla ticarətdə sənaye və tikinti məhsullarının həcmi ərzaq məhsullarını üstələyir.

Qeyd edək ki, regionda baş verənlər fonunda ucuz seqmentdə satılan gündəlik İran malların bahalaşması ehtimalı istisna edilmir.

İqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, İranda baş verən hadisələr və bu ölkədən idxalın məhdudlaşması yerli bazarda qiymət artımına təsir göstərə bilər. Onun sözlərinə görə, bu təsir birmənalıdır.
İRANDAKI SAVAŞ AZƏRBAYCANIN ƏRZAQ BAZARINI "VURACAQ"? - "Yüzlərlə məhsul bahalaşa bilər..."“Hətta İrandan idxal olunan məhsullarda birbaşa problem yaranmasa belə, İran üzərindən həyata keçirilən daşınmalarda çətinliklər yarana bilər. Azərbaycan İrandan təkcə bu ölkənin məhsullarını almır, eyni zamanda İran ərazisi vasitəsilə tranzit daşımalar həyata keçirilir. Naxçıvana, Türkiyəyə, eləcə də Çindən və digər şərq ölkələrindən idxalın əhəmiyyətli hissəsi Bəndər-Abbas limanı üzərindən reallaşır. Hazırda həmin limanın vurulması isə logistika zəncirində riskləri artırır. Bu da qeyd olunan məhsullar üzrə qiymət artımına səbəb ola biləcək amillər yaradır”, -deyə iqtisadçı qeyd edib.

Ekspert vurğulayıb ki, mağazalar fəaliyyətlərini davam etdirmək üçün ya İrandan məhsulları daha baha qiymətə almağa məcbur qalacaqlar, ya da Türkiyə və digər alternativ bazarlara yönələcəklər:”İndiyədək bir çox sahibkarlar məhsulları İrandan daha əlverişli və ucuz olduğu üçün gətirirdilər. Alternativ bazarlar isə qiymətlərin sabit qalacağı anlamına gəlmir. Əksinə, məhsulların bahalaşması ehtimalı yüksəkdir. Söhbət yüzlərlə məhsul növündən gedir və hər biri üzrə qiymət artımı baş verə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Günün aktual problemi: Rəqəmsal mühitdə uşaqların qorunması

Next

Ramazanın 14-cü gününün duası – İftar və imsak vaxtları

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv